AZƏRBAYCAN DÜNYAYA ÖRNƏK MULTİKULTURALİZM MODELİ TƏQDİM EDİR

 

Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun Türkiyənin yeniakıt.com milatgazetesi.com informasiya portallarında müsahibəsi dərc edilib.

 

Azərbaycan 44 günlük vətən müharibəsindən sonra qələbəsi ilə yeni bir dövrə qədəm qoydu. Qələbədən sonra Azərbaycan mədəniyyəti daha çox təbliğ olunmalı ermənilərin mədəniyyət abidələrinə qarşı törətdikləri vəhşiliklər beynəlxalq ictimaiyyətə daha çox izah edilməlidir." Müsahibəsində R. Həsənov bu sözləri qeyd edərək bildirib ki, Bakıda Azərbaycanın digər bölgələrində kilsələr, məbədlər, monastırlar, eləcə digər dini abidələr qorunub saxlanılsa da, ermənilər işğaldan azad edilən ərazilərdə, də Ermənistan adlandırdığımız Qərbi Azərbaycan torpaqlarında bu həssaslığı göstərməyiblər. Əksinə, bütün abidələri məhv ediblər. Ermənilərin otuz il ərzində işğal etdikləri torpaqlarda milli, mənəvi mədəni abidələrimizi necə məhv etdiklərini bütün dünyaya elan etməliyik. Sanki dünyanın görə bilmədiyi ya görmək istəmədiyi həqiqətləri onların üzünə səsləndirməliyik.

 

BBMM-in icraçı direktoru onu da əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, mədəniyyətlərin kəsişməsində olan Azərbaycan örnək model olan multikulturalizm tolerantlıq ənənəsinə sahibdir. Ermənistandan fərqli olaraq, müxtəlif etnik qruplara, kimliklərə dinlərə mənsub insanlar ölkəmizdə sülh barış içərisində yaşayırlar.

 

Bu müharibə həmrəy olduğumuzu, heç bir gücün bizi heç vaxt bölə bilməyəcəyini ortaya qoydu. Səngərdəki qəhrəmanlarımız düşmənə qarşı, qalanlarımız informasiya müharibəsində düşmənə qarşı vuruşduq. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında möhkəm birləşən Azərbaycan xalqı torpaqlarımızı işğaldan qurtardı. Yenə bu bölgələrdə hər kəs dinc sakit yaşamağa davam edəcək. Çünki Azərbaycan dünyaya çox inkişaf etmiş bir multikulturalizm, sülh tolerantlıq modeli təqdim edir. Buna görə , müxtəlif etnik dini kimliyə sahib olmasına baxmayaraq, bütün azərbaycanlılar "Azərbaycan" deyərək, Vətənin müdafiəsinə qalxdığı kimi, mədəniyyətimizi, adət ənənələrimizi qoruyacaq, əbədi yaşadacaqlar.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

 

Yeni Azərbaycan.- 2021.- 9 fevral.- S.7.