Xalqımızın qəhrəmanlıq eposuKoroğluAzercell-in Audiokitab layihəsində!

 

Lider mobil operatorun təşəbbüsü dəstəyilə ən sevilən folklor incilərimizdən biri bloqer Azər Qəribin ifasında artıq Bookmate tətbiqində

Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasir dinamik şəkildə oxuculara çatdırılması sahəsində növbəti təşəbbüslə çıxış edib. Bilavasitə şirkətin təşəbbüsü ilə ərsəyə gələn son layihə çərçivəsində isə xalqımızın vətənpərvərlik qəhrəmanlıq tarixini təcəssüm etdirənKoroğludastanı fərqli rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib. Epos səsli formatda işlənib-hazırlanmış Azercell-inBookmatemobil tətbiqininAudiobook” (“Audio Kitab”) bölümünə yüklənəcək. Belə ki, “Koroğludastanının 10 qolu tanınmış jurnalist səyyah-bloqer Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilənKoroğluaudiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə Zəhra Əzimzadə çalışıb.

Nəzərinizə çatdıraq ki, 21 fevral tarixində bloqer Azər Qəribin rəsmi Facebook səhifəsində layihənin eksklüziv təqdimatı baş tutacaq. Layihəni, həmçinin, Azercell-in rəsmi Youtube kanalından da izləmək mümkün olacaq.

Qeyd edək ki, AzercellBookmatemobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. “Bookmateməkandan istifadə edilən cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron audio kitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Azercell bu əməkdaşlığın ilk ilindən mobil kitabxananın Azərbaycan dilində olan kontentini zənginləşdirməyi hədəfləyib. İndiyədək Azercell-in təşəbbüsü ilə onlarla əsər elektron audio kitab versiyada tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl rübailəri üç dildə səsləndirilərəkBookmateproqramınınAudio Kitabbölməsinə yüklənilmişdi.

Azercell-in təqdimatındaKoroğluaudiokitab layihəsi digər faydalı materiallardan zövq almaq üçün https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html səhifəsi vasitəsilə Bookmate tətbiqinə qoşulma qaydaları barədə ətraflı məlumat əldə etmək olar.

Layihəmizin davamını izləyin!

 

Yeni Azərbaycan.- 2021.- 20 fevral.- S.4.