Həqiqətin onomastikası kitabı işıq üzü görüb

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Həqiqətin onomastikası kitabını nəşr edib. Kitab indiki Ermənistan ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi saxtalaşdırılması faktlarına həsr olunub.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olmasını bildirib, bu mövzunun tədqiqi təbliğinə dair Azərbaycanın alim mütəxəssislərinə tövsiyə verib. Beləliklə, dövlət başçısının tövsiyəsinə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi-alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb olunması ilə Həqiqətin onomastikası adlı kitabı hazırlanaraq nəşr etdirilib.

Gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin erməni saxtakarlığının ən bariz nümunələrindən birinə - tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlərboyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün xalqımıza məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Mütəxəssislər geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq qışlağın toponimlərinin tarixi izahı verilib. Ermənistan Respublikası ərazisində toponimlərin müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. Kitabın yaxın zamanda ingilis rus dillərində nəşri nəzərdə tutulur.

Həqiqətin onomastikası kitabının ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər - filologiya elmləri doktoru, professor İbrahim Bayramov tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

 

 

Müşfiqə BAYRAMLI

 

Yeni Azərbaycan.- 2021.- 9 iyun.- S.5.