Beynəlxalq konfransda 35 ölkədən 700-ə yaxın tədqiqatçının 510 elmi araşdırmasının nəticələri ictimaiyyətə təqdim olunub

 

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı başa çatıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Nizami Gəncəvi davamlı inkişaf” mövzusuna həsr olunan 4 gün davam edən konfransda 35 ölkədən 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 510 elmi araşdırmanın nəticələri onlayn rejimdə müzakirə olunub. Məruzə seksiyaları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən, BMT-dən, Dünya Bankından, Avropa Yenidənqurma İnkişaf Bankından mütəxəssislərin, universitetlərin, dövlət qurumları özəl sektor nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan 16 vorkşop, 26 xarici tədqiqatçının, eləcə elmi fəaliyyətlərini dünyanın nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin Azərbaycan alimlərinin aktual iqtisadi mövzuları əhatə edən məruzələri dinlənilib.

“Ağıllı dayanıqlı şəhərlər”, “Azərbaycanda postmüharibə dövründə məşğulluq investisiyalar”, “Gəncə timsalında şəhərlərin brendləşməsi”, “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “Blokçeyn texnologiyalar rəqəmsal valyutalar”, “IV Sənaye İnqilabı”, “Sosial biznes sosial sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda elektron ticarət elektron ixracat perspektivləri”, “Yaşıl şəhərlər yaşıl inkişaf perspektivləri”, “Akademik uğurun formulu” digər mövzularda təşkil olunan seminarlar UNEC-in rəsmi feysbuk səhifəsi yutub kanalında canlı yayımlanaraq müzakirə edilib geniş ictimaiyyətə təqdim olunub.

Konfransa göndərilmiş məruzələrdən seçilmiş tədqiqat işləri dünyanın 30-a yaxın nüfuzlu elmi platformasında indekslənən beynəlxalq elmi jurnalda nəşr olunacaq. Seçilmiş məruzələrin bəziləri isə kitab halında beynəlxalq nəşriyyatda dərc olunacaq həmin kitabın elektron versiyası dünyanın nüfuzlu Harvard, Oksford, Yel, Stenford, Prinston, Kolumbiya, Toronto, Çikaqo, Dyuk digər aparıcı universitetlərin, eləcə “Royal Danish Library”, “British Library”, “Biblioteque Nationale de France” kimi nüfuzlu dövlət kitabxanalarının kataloqlarında yer alacaq.

Əlavə olaraq, konfransda təqdim olunmuş məruzələrin dünyanın nüfuzlu indeksli yüksək impakt faktorlu xarici jurnallarda nəşr olunması nəzərdə tutulur.

Xatırladaq ki, konfransın açılışı Gəncə şəhərində keçirilib.

 

Yeni Azərbaycan.- 2021.- 9 iyun.- S.5.