Ozan-aşıq ensiklopediyası iki mindən çox oçerk yığcam elmi təqdimatları özündə ehtiva edir

 

Ozan-aşıq sənəti türk-oğuz xalqlarının, o cümlədən azərbaycanlıların mühüm sərvətidir. Çağdaş mərhələdə ozan-aşıq yaradıcılığının tədqiqi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, Ozan-aşıq ensiklopediyası ikicildliyinin nəşri bu işə əhəmiyyətli töhfə kimi qiymətləndirilə bilər. Ozan-aşıq ensiklopediyası Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra milli mədəniyyətə böyük qayğının nəticəsi kimi ortaya çıxıb. Ozan-aşıq ensiklopediyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşıqlar Birliyinin inkişafına dəstək məqsədilə ayırdığı vəsait hesabına nəşr olunub.

Ensiklopediyada ozan-aşıq yaradıcılığı ilə bağlı faktoloji bilgilər, sənətin mənşəyi, təşəkkülü, inkişaf tarixi, günümüzə qədərki mənzərəsi, ustad sənətkarların, el şairlərinin yığcam bioqrafiyası, sənət ənənəsi, dastançılıq ifaçılıq xətləri, sinkretiklik, improvizasiya məsələləri, qopuz, saz, balaban, davul, nağara s. barədə elmi-tarixi məlumatlar yer alır. Saz havalarının əsas səciyyəsi, melodik quruluşu not yazıları əsasındakı təhlillərə xüsusi diqqət yetirilir. Türk şamançılığı, orta çağ təsəvvüf mədəniyyəti, ozan-aşıq keçidi onun tarixi dinamikası ilə bağlı təhlillər uyğun ölçüdə öz əksini tapır. Ozan-aşıq sənətinin elmi-nəzəri problemləri ilə məşğul olan folklorşünaslar, etnoqraflar, aşıqşünas musiqşünaslar barəsində yığcam oçerklər təqdim olunur. Türk xalqlarında mövcud olan sənət ənənəsi onun çağdaş mənzərəsi, eləcə dünya xalqlarında ozan-aşıq sənətinə yaxın olan folklor sahələri haqqında da ensiklopedik bilgilər verilir. Bu nəhəng əsər iki mindən çox oçerk yığcam elmi təqdimatları özündə ehtiva edir. Təqdimat oçerklər ümumi qaydaya uyğun olaraq, əlifba sırası ilə verilib.

Məlumat üçün bildirək ki, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının baş redaktorluğu altında ərsəyə gələn nəşrdə yaradıcı heyətin üzvləri - filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadədir.

 

 

Müşfiqə BAYRAMLI

 

Yeni Azərbaycan.- 2021.- 10 iyun.- S.7.