YAP Mərkəzi Aparatında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə adlı gənc rəssamların sənət sərgisi keçirilib

 

İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə adlı gənc rəssamların sənət sərgisi keçirilib.

 

Sərginin açılışında çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən Tahir Budaqov bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə , onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ozamankı hakimiyyət isə respublikanı idarə etmək iqtidarında deyildi. Bu səbəbdən , respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızın isə Ermənistan tərəfindən işğalı davam edirdi. Belə bir şəraitdə xalqımız, o cümlədən dəyərli ziyalılarımız bu ağır durumdan çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.

 

YAP Sədrinin müavini qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı. Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Onun sözlərinə görə, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda dünyada Azərbaycanın nüfuzu daha da artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü, qüdrətli dövlətə çevrilib. YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, Dəmir yumruq əməliyyatı ilə qazanılan tarixi zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurları xalq-iqtidar birliyi dayanır.

 

Tahir Budaqov əminliklə bildirib ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın müstəqilliyi əbədi olacaq ölkəmizin qüdrəti daha da artacaq. O, təşkil olunmuş sərginin Milli Qurtuluş Gününə həsr edildiyini vurğulayıb: Düşünürəm ki, gənclərimizin bu sərgidə iştirakı, zəngin əsərlərlə tanış olması həm onların bədii-estetik zövqünün inkişafına təkan verir, həm biz burada bu tədbir vasitəsilə Ulu Öndərin xilaskarlıq salnaməsini yada salır, Azərbaycanın milli qurtuluşunun tariximizdə, dövlətimizin həyatındakı rolunu bir daha gənclərimizin diqqətinə çatdırırıq.

 

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sərginin ərsəyə gəlməsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rolunu vurğulayıb Akademiyanın rektoru, akademik Ömər Eldarova təşəkkürnamə Zəfər salnaməsi kitabını təqdim edib.

 

Çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O, qeyd edib ki, hər il Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş sərgilər təşkil olunur Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yetirmələri bu prosesdə böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

 

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə isə bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixində müstəsna yer tutur. Çünki Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Qanunsuz silahlı birləşmələr ləğv edildi, vətəndaş müharibəsinin qarşısı alındı, güclü ordu yaradıldı.

 

Onun sözlərinə görə, Ulu Öndərin tarixi qayıdışından sonra respublikada bütün sahələr üzrə dirçəliş dövrü, Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı, siyasi iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Bütövlükdə, bu gün Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasındadır. Xüsusilə əlamətdar haldır ki, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Biz bu il Milli Qurtuluş Gününü qələbə əhval-ruhiyyəsi ilə qeyd edirik. Qazanılan bütün nailiyyətlərin əsasında isə qurtuluş məfkurəsi dayanır.

 

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da çıxışında 15 İyun - Milli Qurtuluş Gününün tariximizdəki rolundan danışaraq, müstəqil Azərbaycanın qurulması inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. O, bildirib ki, müasir Azərbaycan gəncliyinin inkişafının əsası da məhz qurtuluşdan sonra qoyulub. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin gənclərə yüksək diqqət qayğısı gənclərimizin üzərinə məsuliyyət qoyur. Biz gənclər öz fəaliyyətimizlə göstərilən yüksək etimadı hər zaman doğrultmağa çalışacağıq, - deyə B.İslamov vurğulayıb.

 

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

Yeni Azərbaycan.- 2021.- 15 iyun.- S.5.