BERNAMA agentliyi AZƏRTAC-ın 101-ci ildönümü ilə bağlı xüsusi məqalə yayıb

 

 

 

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasının 101-ci ildönümü ilə əlaqədar xüsusi məqalə yayıb.

 

AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri xəbər verir ki, “Azərbaycanın ilk informasiya agentliyi AZƏRTAC 101 yaşını qeyd ediradlı məqalədə martın 1-nin AZƏRTAC-ın yarandığı gün kimi qeyd edildiyi əksini tapıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan agentlik tezliklə yeni inşa edilmiş, müasir binaya köçməyə hazırlaşır.

 

Qeyd edilir ki, ötən 101 il ərzində AZƏRTAC çətin, lakin şərəfli yol keçib. Agentlik ötən dövrdə bir çox uğurlara imza atıb.

 

Xatırladılır ki, AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycanın ilk xəbər agentliyi olaraq fəaliyyətə başlayıb. Onun ilk xəbərləri martın 2-də “Azərbaycanqəzetində dərc olunub.

 

Vurğulanır ki, 24 saat fasiləsiz olaraq çalışan AZƏRTAC 8 dildə - Azərbaycan, ingilis, fransız, rus, alman, ispan, ərəb Çin dillərində xəbərlər hazırlayır. Agentlik tərəfindən hər gün video foto materiallar da daxil olmaqla 500-dən çox informasiya yayımlanır.

 

Qeyd edilir ki, beynəlxalq informasiya məkanının nüfuzlu fiqurlarından birinə çevrilən agentlik OANA, EANA, Dünya Xəbər Agentlikləri Konqresi, ANİA, BSANNA, TKA İİNA kimi beynəlxalq regional informasiya təşkilatlarının üzvüdür.

 

Məqalədə bildirilir ki, 2016-cı ildən 2019-cu ilədək AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə OANA-ya sədrlik edib. Bundan əlavə, məqalədə agentliyin 2011-2013-cü illərdə Qara dəniz Milli Xəbər Agentlikləri Birliyinə rəhbərlik etdiyi əksini tapıb. AZƏRTAC-ın hazırda Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik etdiyi qeyd olunub.

 

Yazıda AZƏRTAC-ın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu xəbər agentlikləri ilə sıx əlaqələr qurduğu, 50-dək agentliklə ikitərəfli əməkdaşlıq barədə müqaviləyə malik olduğu da bildirilir. Hazırda agentliyin xüsusi müxbirlərinin 22 ölkədə fəaliyyət göstərdiyi, ölkənin daxilində isə bütün bölgələrdə müxbir məntəqəsinə malik olduğu qeyd edilir.

 

Ötən ilin payızında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın bir dövrdə işğal altında saxlanan torpaqların azad edilməsi barədə ilk xəbərlərin bütün dünyaya məhz AZƏRTAC tərəfindən çatdırıldığı xüsusi vurğulanır.

 

Bildirilir ki, agentliyin kollektivi müasir dövrün çağırışlarına operativ reaksiya vermək qabaqcıl texnologiyalara yiyələnmək üçün əzmlə çalışır. Vurğulanır ki, sosial media bumunun yaşandığı bir dövrdə ənənəvi medianın qabaqcıl mövqeyinin saxlaması üçün AZƏRTAC kifayət qədər güclü yaradıcı texniki potensiala malikdir.

 

Yeni Azərbaycan.- 2021.- 2 mart.- S.7.