Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada Xarıbülbül musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xarıbülbül musiqi festivalının keçirilməsi tarixi hadisə idi. Mayın 12-13-də keçirilən Xarıbülbül musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.

Bu fikirləri Xalq artisti Mənsum İbrahimov qəzetimizə açıqlamasında deyib.

Xalq artisti bildirib ki, Heydər Əliyev Fondunun təşkil etdiyi festivalın yüksək səviyyədə keçirilməsi bir daha Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə böyük önəm verdiyini göstərir: 32 ildən sonra yenidən Şuşada Xarıbülbül musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi. Mən Ağdam şəhərində doğulmuşam, amma məktəbdə oxuyan illərdə biz hər yay Şuşada dincəlirdik. Şuşanın hər bir cığırı, bulağı mənim əzbərimdədir. Azad olunandan sonra yenidən Şuşaya daxil olmaq çox qürurverici bir hadisə idi. Sanki, Şuşa da bizi gördüyünə sevinirdi. Çünki torpağın sahibləri qayıtmışdı. Şuşada reallaşdırılan infrastruktur layihələri tədbirlər bir daha onu sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir Böyük Qayıdışa hazırlaşır.

Xarıbülbül festivalı həm Azərbaycanın multikulturalizm ənənələrinin rəmzinə çevrildi. Burada müxtəlif xalqların mədəniyyətini, musiqi rəqs ənənələrini nümayiş etdirən çıxışlar bir daha Azərbaycanda tolerantlığın mövcudluğunun bu birliyin, vəhdətin İkinci Qarabağ müharibəsində tarixi qələbəmizi şərtləndirməsinin təsdiqi idi, - deyə M.İbrahimov vurğulayıb.

 

 

MÜŞFİQƏ

Yeni Azərbaycan.- 2021.- 18 may.- S.3.