2024-cü il...

 

Azərbaycan mədəniyyəti ilə yadda qaldı?

 

Azərbaycanın mədəniyyət inciləri - musiqisi, poeziyası incəsənəti qədim milli-mənəvi dəyərlərin vəhdətindən doğan nadir bir xəzinədir. Bu gün ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu bir məkan olaraq həm Şərq, həm Qərb mədəniyyətlərinin təsirini özündə əks etdirir bizi dünya mədəniyyət xəritəsində seçilən tanınan bir zirvəyə aparır.

 

İslam dünyasının mədəniyyət paytaxtı

 

2024-cü il ölkəmizin mədəniyyətini dünya səhnəsinə təqdim edən mühüm tədbirlərin, festival sərgilərin keçirilməsi ilə əlamətdar il oldu. Belə ki, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçünİslam dünyasının mədəniyyət paytaxtıelan edilməsi tarixi hadisə kimi yadda qaldı.

İl ərzində İslam Dünyasının Mədəniyyət Forumu təşkil edildi bu çərçivədə Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfrans, “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələrimövzusunda dəyirmi masa, sərgi digər təqdimatlar keçirildi. Mayın 11-də Şuşanın Cıdır düzündə VII “XarıbülbülBeynəlxalq Musiqi Festivalının Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı - 2024” ilinin açılış mərasimi keçirildi. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı. Həmçinin builki festival iştirakçıları arasında ICESCO-ya üzv ölkələrdən ifaçılar yaradıcı kollektivlər yer almışdı.

 

Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir

 

Bundan başqa, Şuşada iyun ayının 1-də rəngarəng mədəniyyətlərin harmoniyasını nümayiş etdirənŞuşa türk dövlətləri birliyinin mədəniyyət incisidiradlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi. Bu möhtəşəm tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Macarıstandan gələn 250-yə yaxın məktəblinin iştirakı ilə baş tutdu. Beynəlxalq yaradıcılıq festivalının əsas qayəsi türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq münasibətlərini möhkəmləndirmək, onlara öz milli kimliklərini mədəni irslərini tanıtmaq üçün imkan yaratmaqla yanaşı, Şuşanın füsunkar təbiətini mədəni əhəmiyyətini beynəlxalq ictimaiyyətə tanıtmaq idi.

Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi sahəsindəki mühüm nailiyyətlərdən biri iyun ayında Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyət Günləridir. Bu tədbir iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi, Azərbaycanın zəngin mədəni irsinin təqdim edilməsi müxtəlif sahələrdəki uğurlarının tanıdılması məqsədi daşıyırdı. Qeyd edək ki, “ÖzbəkistanForumlar Sarayında keçirilən konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Emin Sabitoğlu, Tofiq Quliyev, Rauf Hacıyev, Ələkbər Tağıyev, Faiq Sücəddinovun əsərlərinə müraciət olunub, xalq rəqsləri nümayiş etdirilib tədbirə Rauf HacıyevinAzərbaycanmahnısı ilə yekun vurulub.

 

 Şəkiİpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı

 

Növbəti ay Azərbaycanın qədim sənət mədəniyyət mərkəzlərindən olan Şəkidə musiqi bayramına - Şəkiİpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına start verilib. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan festival üç gün davam edərək bir sıra ölkələrin, eləcə Azərbaycanın tanınmış musiqi kollektivlərini istedadlı musiqiçilərini bir araya gətirib. Bu növ tədbirlərin keçirilməsi musiqi mədəniyyətimizin zənginliyini bir daha ortaya qoyur.

Sentyabr ayında Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyinin təntənəli açılışı ilin mühüm hadisələrindən biri oldu. Muzeyin bərpası həm milli-mədəni irsin qorunması, həm Qarabağın mədəni dirçəlişinin simvolu kimi qiymətləndirildi. Muzeydə təqdim olunan 136 unikal eksponat, bəstəkarın şəxsi əşyaları ailə fotoşəkilləri ziyarətçilərə böyük təsir bağışladı. Şuşada mədəni dirçəlişi əks etdirən bu mühüm addımla yanaşı, Qarabağın digər bölgələrində tarixi-mədəni irsin bərpası istiqamətində genişmiqyaslı işlər görüldü. 2023-cü ildə yerli xarici mütəxəssislərin iştirakı ilə restavrasiya arxeoloji tədqiqat işlərinə başlanılan Ağdam İmarət Kompleksinin bu il açılışı keçirildi. Açılışda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış oldu, Qarabağ atlarına baxdı düşmən tərəfindən məhv edilən tarixi çinarların yerində ağac əkdi.

 

Azərbaycan mədəniyyətinin inciləri

 

Göründüyü kimi, 2024-cü il ölkəmizin mədəniyyətini dünya səhnəsinə təqdim edən mühüm tədbirlərin, festival sərgilərin keçirilməsi ilə əlamətdar il oldu. Qazaxıstanda Azərbaycan Mədəniyyəti günlərinin başlanması da bu ilin sentyabr ayına təsadüf edir. Bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazıçıları media nümayəndələri Astanaya səfər ediblər. Sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı etnocaz konserti, növbəti gün isə Qazaxıstan Azərbaycan milli kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi, Elmira Axundovanın kitabının təqdimatı, habeləAzərbaycan mədəniyyətinin incilərisərgisinin açılışı rəqs ansamblının konserti keçirildi. Hər bir təqdimat, hər bir tədbir iki ölkə arasında mədəni əlaqələrin daha da güclənməsinə xidmət edərək mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev müxtəlif sahələrdə olduğu kimi, mədəniyyətin inkişafını da hər zaman diqqət mərkəzində saxlayır. Prezidentin rəhbərliyi altında Azərbaycanın mədəni irsinin qorunması dünya səhnəsində tanıdılması sahəsində bir çox uğurlar əldə edilib. 22 oktyabr tarixli qərara əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakıdakı Muğam Mərkəzinəbeynəlxalqstatusunun verilməsi bu sahədə növbəti mühüm addım oldu.

 

2024-cü ildə itirdiklərimiz...

 

2024-ci ildə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, elmi adına itkilərimiz oldu. Yanvar ayının 5-də Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü, yanvarın 6-da isə Əməkdar artist, xanəndə Aygün Bəylər dünyasını dəyişdi. Fevralın 21-də isə Xalq yazıçısı, nasir, dramaturq, ssenarist Mövlud Süleymanlı vəfat etdi. Mayın 22-də tanınmış alim-türkoloq, tərcüməçi, filologiya elmləri doktoru, professor Ramiz Əskər dünyasını dəyişdi. Oktyabrın 26-da Xalq artisti, opera müğənnisi Şahlar Quliyev   Xalq artisti, bəstəkar, dirijor Yaşar İmanov haqqın rəhmətinə qovuşdu.

 

Yeganə BAYRAMOVA

 

Yeni Azərbaycan.- 2024.- 30 dekabr, №243.- S.8.