Yaddaşlardan silinməyən
yazıçı
İsmayıl Şıxlının anım
günüdür
Tarixin müxtəlif zamanlarında təsdiq olunub ki, Vətənin,
millətin ağır günündə iki böyük
qüvvə öndə dayanıb: biri millətin, Vətənin
sərkərdəsi, biri də millətin, yetirdiyi
böyük qələm və söz adamları,
işıqlı ziyalıları. Görkəmli Xalq
yazıçısı İsmayıl Şıxlı ədəbi-mədəni
həyatımızda, ictimai-bədii fikir tariximizdə
özünəməxsus mövqeyi, orijinal dəsti-xətti,
şəxsiyyəti ilə seçilir.
Yazıçının milli hiss və Vətən sevgisi təsvir
olunmayacaq dərəcədə güclü olub. O,
bütün həyat və yaradıcılığını
azərbaycançılığa həsr etmiş əvəzolunmaz
şəxslərdən olub.
Bu gün xalq yazıçısının vəfatından
30 il ötür. Həyatı boyu həm ədəbi, həm
də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq
mövqeyində duraraq, milli mentalitet, ?ətənin
azadlığı, müstəqillik duyğusu ilə
yaşayıb. Millilik, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın
gənc nəslə çatdırılması
baxımından onun əsərlərinin dəyəri və
ibrət dərsləri çox güclüdür.
İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci
ildə “Ədəbiyyat” qəzetində dərc olunub.
İsmayıl Şıxlı təkcə bir şeirini
çap etdirdikdən sonra şeir aləmindən
uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda
yaranmış olan bir həvəsdir. Bəlkə də
keçici, ötəri bir hissdir. Başa düşdü ki,
sözünü demək üçün şeir meydanı
ona kifayət etmir və bəlkə də bu meydanda o,
bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə
vaxtilə verdiyi müsahibələrinin birində deyir: “Bircə
onu deyə bilərəm ki, şeirin atı məni üstdən
tez saldı. Bircə şeir çap elətdirəndən
sonra, şeirin mənim yemim olmadığını başa
düşdüm”.
Onun qiymətli kitablarını, “Ayrılan yollar”, “Dəli
Kür” romanlarını oxuduqca daha çox öz “Mən”imiz,
kökümüz üstündə
düşünmüş, milli özünüdərkimiz
üzərində tərbiyə olunmuşuq. “Ayrılan yollar”
romanı nəsr sahəsində İsmayıl
Şıxlının özünə olan inamını
artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi.
İsmayıl Şıxlı
yaradıcılığının milli ruhu - Azərbaycan
insanının xarakteri bizi özümüzə göstərib
və düşündürüb ki, Azərbaycan kişisinin
bədii obrazı - xırdalıqdan,
gözüqıpıqlıqdan yox, bəylikdən, cəsarətdən,
qürur və milli xarakterdən keçməlidir.
Yazıçı bizə hələ ötən əsrin
60-cı illərində bədii obraz olaraq Cahandar ağanı
bağışlamışdı. Hətta İsmayıl
Şıxlı “Kommunist” qəzetində yazmışdı
ki, əsər yazılıb kinossenariləşdiyi
çağlarda - yuxarılarda, keçmiş sovet
ittifaqında əsərə qarşı aqressiv münasibət
olmuşdu. Bir anlıq xatırlayaq Azərbaycan bəyi Cahandar
ağanın rus “soldatları” tərəfındən necə
güllələndiyini! Hətta İsmayıl
Şıxlı məsələsinə Yazıçılar
İttifaqında, MK plenumlarında baxılmasına Azərbaycan
KP MK qarşısında tələb qoyulmuşdu. Lakin
İsmayıl Şıxlının şəxsiyyət və
ləyaqəti hər hansı bir addımın
atılmasına, cəsarətin göstərilməsinə
sipər olmuşdu. O, öz milli nümunəsinə görə
bu təhdid və təqiblərdən qoruna bilmişdi.
İ.Şıxlı sənətdə olduğu kimi,
həyatda da vətənpərvərlik duyğularını,
vətəndaşlıq qürurunu qoruyub, hər şeydən
uca tutub. Yaradıcılığında ifadələrin sadə,
mənanın aydın, eyni zamanda fəlsəfi olması daha
çox İ.Şıxlının xalq yaddaşı və
xalq ruhu ilə bağlandığını təsdiqləyir.
Onu həmişə xalqın taleyi, mənəviyyatı
düşündürdüyündən əsərləri
xalqın ürəyinə tez yol tapıb. Bu əsərlər
onun görkəmli Azərbaycan yazıçısı kimi
tanınmasına və xalq tərəfindən sevilməsinə
səbəb olub.
Əsərləri keçmiş SSRİ və xarici
ölkə xalqlarının dillərinə tərcümə
olunub. Xidmətlərinə görə “Qızıl Ulduz”
(1945), “Şərəf nişanı” (1971), “Qırmızı
əmək bayrağı” (1979), II dərəcəli
“Böyük Vətən müharibəsi” (1985) ordenləri və
medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını
(1973) və Azərbaycan Respublikasının “Şöhrət”
ordenini almışdır.
Yazıçı 1995-ci il iyulun 26- da Bakıda vəfat
edib, Fəxri xiyabanda dəfn olunub.
Yeganə BAYRAMOVA
Yeni Azərbaycan .- 2025.- 26 iyul (¹129).- S.8.