Aydın ziyalı və
yaxud ictimai məzmunla mənalanmış
ömür
Bu gün
tanınmış jurnalist-politoloq,
“Bakı - xəbər”
qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevin 65 yaşı tamam olur. Yubiley
yaşıdır. Kifayət
qədər uca zirvədir, uzun yoldur. Hər adama nəsib olmur belə uzun yolu keçmək.
Cəmiyyətdə, onu
əhatə edən insanlar, həmkarlar arasında həmişə
barışığa can
atan, hamını ortaq məxrəcə gətirməyə səy
göstərən və
həmrəylik, dostluq,
xoş münasibət
yaratmağı bacaran
Aydın Quliyev kimi bir insanı
lütf göstərib
bu zirvəyə yüksəldən Uca Tanrımızdan razılığımızı
ifadə edirik, yubliyara isə çıxdığı, keçdiyi
yolu hələ bundan sonra ən
azından 35 il, yəni 100-dək indiki şövq və enerji ilə davm etdirməsini arzulayırıq. Yolun yarımçıq dayandırılması
Aydın Quliyev tərəfindən onu tanıyanlara, geniş ictimaiyyətə və əlbəttə ki, birinci növbədə də mətbuatımıza
xəyanət olardı.
İndi elə
bir mərhələyə
çatmışıq ki,
mətbuatımızın Aydın
Quliyev kimi peşəkar və təəssübkeş yazarlara,
təşkilatçılara, fikir adamlarına böyük ehtiyacı var. Burada bir
məqamı da xüsusi qeyd etmək istərdik. Aydın Quliyevin 65 illik yubileyi milli mətbuatımızın
150 illiyi ilə üst-üstə düşür
- arada cəmi dörd gün fərq var. Bunu, bəlkə də, təsadüf də saymaq olardı. Ancaq Aydın Quliyevin xoşbəxtliyidir ki, onun yubileyi ilə
taleyini bağladığı,
ömrünü həsr
etdiyi sevimli peşəsinin bayramı eyni ərəfədə qeyd olunur.
Yubliyar üçün
daha bir xoş məqam ondan ibarətdir ki, onun adı
kimi, həyatının
məqsədini, fəaliyyətinin
məzmununu da elə “aydın” sözü ilə ifadə etmək daha doğru olardı. Bəli, onun barəsində düşünəndə, yazılarını,
təhlillərini analiz
edəndə məhz
“aydın ziyalı” ifadəsini işlətmək
yerinə düşür.
Aydın Quliyevin ictimai-siyasi fəaliyyətinin
ən qaynar, məhsuldar dövrü respublikamızın müstəqillik
illərinə təsadüf
edir. Azərbaycan ötən əsrin doxsanıncı illərinin
əvvəllərindən möhtəşəm
zəfərlərimizədək, yeni reallıqlar şəraitində qədəm
qoyduğumuz indiki strateji mərhələyədək
asan olmayan yol keçərək, daxildəki satqınlara, xarici düşmənlərə
sarsıdıcı məğlubiyyət
acısı yaşadaraq
özünün ümummilli
hədəflərinə çatıb.
Aydın Quliyev də hər zaman şəxsi məqsədlərdən uzaq
olan fəaliyyəti ilə bu çətinliklərin
dəf olunmasına öz payını verib. Onun barəsində
“aydın ziyalı” ifadəsini işətmək
ona görə yerinə düşür ki, o keçdiyimiz təlatümlü proseslərdə
heç vaxt vətəndaş-ziyalı mövqeyini
ortaya qoymaq üçün bəziləri
kimi, necə deyərlər, suların durulmasını gözləməyib,
doğru bildiyi seçimi bəri başdan edib. Bu seçim isə bir qayda
olaraq müstəqilliyimizin,
dövlətçiliyimizin qorunması və möhkəmlənməsi, ərazi
bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsi ilə bağlı olub. Hazırda regionumuzda və dünyada mürəkkəb proseslərin
izlənildiyi hər kəsə bəllidir. Ayrı-ayrı siyasi şərhçilər prosesləri
dəyərləndirməyə çalışırlar. Ancaq
həmin dəyərləndirmələrin
böyük əksəriyyəti
mücərrəd səciyyə
daşıyır, ən
əsası da müəllifin hansı məzhəbə qulluq etdiyi başa düşülmür. Aydın
Quliyevin təhlilləri
isə konkretliyi ilə fərqlənir, onların arxasında müəllif məni dərhal görünür.
“90-cı illərin əvvəlində Naxçıvanda
əldə silah könüllü müdafiə
dəstəsində oldum.
Erməni təcavüzkarlar
Topxananı məhv edəndə Naxçıvanda
ilk ayağa qalxanların yanında idim. “Heydər Əliyevsiz müstəqil
dövlət qurmaq çox mürəkkəb
olar” deyən ilk təşəbbüskarlarla
bir sırada olmuşam. Bu çətin mərhələlərin
hər birində mövqe tutmaqdan çox, mövqe göstərməyə çalışdım.
Əslində, bunlar o
qədər qaynar proseslər idi ki, onların içində şəxsi
planda nələrisə
düşünmək mümkün
deyildi. Bu mənada, bizim nəsli daha çox bəxti gətirənlərdən saymaq
olar. Bəxtli gətirənlərdənik ona
görə ki, o qaynar proseslərin içində olduq. Şəxsi işlərlə
məşğul olmağa
fürsətimiz qalmadı.
Çönüb arxaya
baxanda ömrümü
ictimai məzmunla mənalanmış görürəm”,
- deyə yubliyarın
özü müsahibələrinin
birində vurğulayıb.
Yubileyi ərəfəsində
mətbuatda Aydın Quliyev barəsində çoxsaylı yazılar
dərc olunur. Sanki bütün redaksiyalar, yazarlar ordusu onu təbrik
etmək yarışına
çıxıb. İşıq
üzü görən
hər yazının səmimiyyətlə, içdən
gələn istəklə
qələmə alındığı
hiss olunur. Hər müəllif onu tanıdığı,
başa düşdüyü
kimi təqdim edir və mətbuatımızdakı
uca yerini yüksək dəyərləndirir.
Aydın Quliyevin təltifləri azdır. Ancaq hesab edirik
ki, mətbuat cameəsinin hörməti
və dərin ehtiramı onun üçün ən böyük mükafatdır.
65 yaşa çatmaq insan üçün hesabat məqamıdır. Qiymətləndirməmiz belədir ki, Aydın Quliyevin ömür hesabatı kifayət qədər dolğundur və xalqımız, ölkəmiz, dövlətimiz üçün çox faydalıdır. “Yeni Azərbaycan” qəzetinin kollektivi olaraq Aydın Quliyevə möhkəm cansağlığı, bol-bol yaradıcılıq uğurları, daha səmərəli ictimai məzmunlu fəaliyyət arzulayırıq!
Yeni Azərbaycan 2025.- 18 iyul
(¹123).-S.5.