Alman
əsilli rəssam Zinaida Mirzəzadə: Qoy bütün dünya bilsin ki, Azərbaycanda bütün sahələrdə
inkişaf var
Azərbaycanın zəngin mədəniyyət
məkanında özünəməxsus
yaradıcılığı və sənət fəlsəfəsi ilə
seçilən sənətkarlardan
biri də Zinaida Mirzəzadədir.
O, həm tətbiqi sənətin müxtəlif
sahələrində uğurlar
qazanmış, həm
də elmi fəaliyyətini sənətlə
birləşdirərək nümunəvi
bir yaradıcılıq
yolu formalaşdırır.
Zinaida Mirzəzadə
Bakı Dövlət Rəssamlıq Akademiyasının
məzunudur və oranı fərqlənmə
diplomu ilə bitirib. Hazırda həmin ali məktəbdə saathesabı
müəllim kimi çalışır.
Bu gün
o, Azərbaycan tətbiqi
sənətinin ən
maraqlı simalarından
biri olaraq həm tələbələrinə
örnək olur, həm də sərgilərdə öz
əsərləri ilə
tamaşaçıları düşündürməyi bacarır.
Z.Mirzəzadənin yaradıcılığı
milli sənət irsinin müasir ruhda yaşadılmasının
gözəl nümunəsidir.
Beləliklə, müsahibəmizi
oxucularımıza təqdim
edirik.
- Sizi rəssamlığa gətirən ilk təkan nə oldu?
- Ailədə
dörd övlad olmuşuq, 6 yaşım olanda atam xərçəng
xəstəliyindən dünyasını
dəyişdi, anam bizi tək böyüdüb.
1993-cü ildə məktəb
yaşlarda olanda anamın dəstəyi ilə qərara gəldim ki, Peşə Qızlar Liseyində moda sahəsi üzrə təhsil alım. 3 il təhsil alandan sonra İradə Qurbanova ilə Avrasiya moda evində
işləməyə başladım.
Rəhmətlik anam mənə məsləhət
gördü ki, ADRA da təhsilimi davam etdirim. Beləliklə,
2005-ci ildə Rəssamlıq
Akademiyasına Sənətşünaslıq
fakültəsinə qəbul
olundum, eyni zamanda, paralel olaraq ekspert menecer kimi işlədim.
Sonra magistratura təhsili aldım. Qeyd edim ki,
həm bakalavr, həm magistr təhsilimi qırmızı
diplomla başa vurmuşam.
- Bildiyim qədər o vaxtlar Azərbaycan dilini yaxşı bilmirdinioz. Çətin olmadı sizin üçün?
- Həmin ərəfələrdə
Akademiydan mənə iş təklifi gəldi, qeyd etdiyiniz kimi Azərbaycan
dilini yüksək səviyyədə
bilmirdim. Lakin işə başlamaq üçün dil öyrənmək şərt
idi. Anamın dəstəyi ilə qərara gəldim ki, Azərbaycanda dövlət dilini yüksək səviyyədə
bilməliyəm.
Öz üzərimdə
çalışdım, xeyli
kitablar oxudum, insanlarla ünsiyyətdə
oldum və nəticə gözlədiyimdən
də yaxşı alındı. Sonradan doktoranturaya qəbul oldum.
- Hazırkı zirvəyə
çatmağınızda kimlərin dəstəyini
aldınız?
- Bilirsiniz,
mən öz üzərimdə dayanmadan
çalışmışam. Akademiyada oxuduğum və işlədiyim vaxtlarda fəaliyyətimə
verən dəyərə
görə qəzetiniz
vasitəsi ilə Ömər Eldarova və Natiq Əliyevə
dərin təşəkkürümü
bildirirəm. Onlar mənim zəhmətimi yüksək səviyyədə
dəyərləndiriblər, bu mənə daha da çox
motivasiya verir. Qeyd edim ki,
hazırda akademiyada saat hesabı müəllim kimi çalışıram.
- Ananız
alman olub?
- Bəli, anamın anası rus, atası isə alman olub.
Lakin ata tərəfdən
nənə rus və babası isə azərbaycanlı olub. Qeyd edim ki bu
vaxta kimi qazandığım bütün
uğurlarımı anama
həsr eləmişəm.
Çünki mənim
bu zirvəyə çatmağım üçün
anam əlindən gələn hər şeyi etdi. Onu da bildirim ki, bir neçə millətin qan qarışığı olsa
da, özümü azərbaycanlı
kimi hiss edirəm. Mənim Vətənim Azərbaycandır.
- Ən çox hansı texnikada işləməyi
xoşlayırsınız?
- Daha çox müxtəlif qarışıq texnikalarla
işləyirəm, məsələn
dekorativ tətbiqi sənət üzərində
işləməyi çox
sevirəm. Hansısa bir
əsəri çəkəndə
müxtəlif rəssamlara
müraciət edirəm.
Düşünürəm ki, hər bir rəssam
özünü müxtəlif
texnikalarda yoxlamalıdır.
Uğursuz alınsa belə, bu onlar
üçün böyük
təcrübə olacaq.
- Məsələn
kimlərin adlarını
çəkə bilərsiniz?
- Salvador Dali, Vinsent
Van Qoqh, Manet və
s, milli rəssamlardan Əzim
Əzimzadə, Bəhruz
Kəngərli, Səttar
Bəhlulzadə və
s.
- Gənc rəssamlardan ad
çəkmək istəmirsiniz?
- Kifayət qədər istedadlı gənc rəssamlarımız var, etiraf edim ki, ad çəkməkdə çətinlik
çəkirəm. Çünki
birini desəm, o birisi qalacaq. Onların işləri biri birindən gözəldir. Qeyd edərdim ki, ümumiyyətlə,
Azərbaycanda yaradıcı
insanlar çoxdur.
- Rəssam kimi fəaliyyət göstərmək qadın
olaraq sizin üçün hansısa
çətinliklər yaratdı?
- Mənim üçün xeyr.
- Əsərlərinizdən
hansı sizin daxili dünyanızı ən yaxşı əks etdirir?
- “Van Qoqh” əsərimi çox xoşlayıram. Eyni zamanda,
“Günəbaxan” əsərimin
adını çəkə bilərəm. Rəsm çəkməzdən öncə bir çox rəssamların əl işlərini araşdırıram, kimdənsə
rəngkarlıq, kimdənsə
qrafika götürürəm.
Onlardan ilhamlanıram.
Bir rəssam öz dəst-xəttini tapmaq istəyirsə, digər rəssamların həyat tərzi, tarixi, üslubunu öyrənməlidir.
Bəzən buna plagiatlıq kimi də baxırlar. Lakin öz dəst-xəttini tapmaq müəyyən vaxt tələb edir. Öz yerini
tutana kimi digər rəssamların işlərindən
mütləq yararlanmaq
lazımdır.
- Beynəlxalq sərgi və müsabiqələrdə
iştirakınız və
qazandığınız uğurlar
barədə nə deyə bilərsiniz?
- İspaniyada
Salvador Dali Beynəlxalq müsabiqəsində,
Almaniyada, İtaliyada müxtəlif müsabiqələrdə
iştrak eləmişəm.
Fransa, London və Almaniyadan
rektorumuz adına təşşəkürnamə gəlmişdi. Mükafat hər
bir yaradıcı adam üçün bir motivasiyadır. Orada qalib olanda təkcə
özümü yox, eyni zamanda, Azərbaycanı
tanıtmış oluram.
Vətənimi xarici ölkələrdə təmsil
etmək, uğurla ölkəmə qayıtmaq
mənim üçün
böyük fəxrdir.
Qardaşım Qarabağ
müharibəsində qazi
olub. O, könüllü
gedib Vətən üçün canını
necə veribsə, mən də öz sahəmlə ölkəmi ucaltmaq istəyirəm. Qoy bütün dünya bilsin ki, Azərbaycanda bütün sahələrdə
inkişaf var.
- Abstrakt və ya realist üslub arasında sizə daha yaxın olan hansı üslubdur və niyə?
- Bilirsiniz, realistlik üslubu çox gözəl üslubdur, lakin realist şəkil çəkmək
üçün kifayət
qədər təcrübə
lazımdır.
Bəzən realist üslubda
çəkirəm, lakin
buna zaman lazım olduğunu
hiss edirəm. Nə qədər əsər gözəl alınsa da, sanki orada bir
çatışmazlıq görürəm. Buna görə
də daha çox abstrakt çəkməyə üstünlük
verirəm. Şəkilə
psixoloji olaraq yanaşmağı sevirəm.
- Qeyd etdiniz ki, Azərbaycan dilini universitet dönəmlərində öyrənməyə
başladınız. Çətin
olmadı?
- İlk
növbədə nağıllardan
başladım.
Məsələn, “Tık-tık
xanım”, “Tülkü
həccə gedir”, “Düyməcik”, və s. Sonra yavaş - yavaş milli filmlərə baxmağa başladım. Milli filmlərdən “Məşədi
İbad”, “Qaynana”, “O, olmasın, bu, olsun” və s..
Bu filmlərə baxmaq və bədii kitablar oxumaq mənim üçün olduqca vacib idi.
- Şəxsi sərginiz olub?
- Xeyr, lakin hazırlaşmaq
istəyirəm. Pandemiya
dövründə onlayn
şəxsi sərgim
oldu. Eyni zamanda, bir çox
sərgilərə öz
əsərlərimlə qatılıram.
Yeri gəlmişkən,
sentyabr ayında İtaliyaya, oktyabrda Vyanaya dəvət almışam. Oralarda baş
tutacaq beynəlxalq sərgilərdə
ölkəmizi təmsil
edəcəm.
- Maraqlıdır, sizdən
başqa yerli rəssamlardan kimlərsə
iştirak edir o sərgilərdə?
- Bəli,
onlardan Sakit Məmmədov, Tahir Məmmədov və s rəssamların adlarını
çəkə bilərəm.
- Bəs, dünya
ölkələrinə çıxışı
necə əldə etdiniz?
- Xarici ölkələrdə
keçirilən sərgilərlə
bağlı araşdırmalar
edirdim. Eyni zamanda, İtaliyada bir dostumuz var
onun vasitəsilə orada keçirilən müsabiqələr barədə
ətraflı məlumat
aldım. Lakin iştirak
etmək üçün
müsabiqələrdə yer
tutmalıydım. Qeyd
edim ki, üç il müxtəlif
cəhdlər etsəm
də həmin müsabiqələrdə iştirak
edə və sərgilərdə qalib ola bilmədim.
- Ruhdan
düşməmisiniz...
- Həyatda
o qədər itkilər
olur, lakin bunu itki kimi
yox, təcrübə
kimi qəbul edirəm. Səbr edib dəfələrlə
cəhdlər etdim. Gördüyünüz kimi
istədiyimə nail oldum. Səbrlə yanaşanda hər zaman qalib gəlirsən.
- Sinənizdə maraqlı orden görürəm..
- Bunu Almaniyada
“City Star” müsabiqəsində qazanmışam. Həmin müsabiqədə müxtəlif
nominasiyalar var idi, mən dekorativ sənət və qrafika tətbiqi nominasiyasına layiq görüldüm. Otto Fon
Bismarkın strategiyası
üzərində işlədim. Onun strategiyası, siyasəti məni çox maraqlandırırdı. İlk olaraq sənətşünas
kimi yanaşıb, geniş şəkildə
araşdırdım.
- Çətin
olmadı?
- Müsabiqədə iştirak
etmək elə də asan deyil.
Əsas məsələ
alman dilini yüksək
səviyyədə bilməkdir.
Goethe Universitetində təhsil
almışam və
Alman dilini yaxşı
bilirəm deyə müsabiqədə iştirak
etmək çətin
olmadı. İlk öncə
həmin şəxsiyyət
haqqında məqalə
yazmalı, sonra əsər üzərində
işləməli idik.
Mənim anamın atası almandır. Anam 2021 - ci ildə dünyasını dəyişdi.
Almaniyaya gedib qohumlarını görmək
onun ən böyük arzusu idi. Lakin xəstəlik buna aman vermədi. Gec də olsa,
anamın arzusunu yerinə yetirdim, onun vətənində birinci dərəcəli döş nişanını
qazandım. Ən çox da anama görə Almaniyada birinci
yer tutmaq istəyirdim.
Söhbətləşdi: Havar Şəfiyeva
Yeni Azərbaycan 2025.- 17 iyul
(¹122).-S.7.