16 MİN TÜRKİYƏ YAZARI VƏ QƏZETÇİSİNDƏN AZƏRBAYCANA DƏSTƏK

 

Türkiyə Qəzetçilər Federasyonu başqanı Nazmi Bilgin: “Azərbaycan Qarabağ məsələsi ilə bağlı Türkiyə hökumətinin davranışlarından narahatçılığını rəsmən dilə gətirməlidir”

 

Türkiyə iqtidarı ilə Ermənistan arasında gizli danışıqların aparılması bu müzakirələr nəticəsində AKP hökumətinin İrəvan qarşısında indiyə qədər qoyulan Azərbaycan torpaqlarının boşaldılması tələbindən çəkilməsinə dair məlumatlar qardaş ölkədə mətbuat nümayəndələrinin narahatlığına səbəb olub. Bu narahatlıq həm xarici güclərə bağlı AKP- yaxın olan media quruluşları vasitəsilə Türkiyə ictimaiyyətinin Ermənistanla Qarabağ bazarlığına hazırlanması barədə təbliğat aparılmasına görədir.

Türkiyə Qəzetçilər Federasyonunun Jurnalistlər Assosiasiyasının başqanı Nazmi BilginYeni Müsavatın Türkiyəyə ezam olunmuş əməkdaşları ilə söhbətində bildirib ki, uzun zamandan bəri Avropa Birliyi Ankara qarşısında qəbuledilməz şərtlər irəli sürür:Bizim kimliyimizə, kişiliyimizə, hətta xarici siyasətimizə təsir edəcək şərtlər qoyulur. Bununla bağlı Türkiyədə çox ciddi sıxıntılar var. Azərbaycanla bağlı məsələyə gəlincə isə mən Türkiyə Azərbaycanı ayırmağın tərəfdarı deyiləm. Biz bir ananın qarnından çıxmış övladlarıq. Azərbaycanda birinin başı ağrıyanda mən burada özümü xəstə hiss edirəm. İllərdir Azərbaycanda bir Qarabağ projesi həyata keçirilir. Bu proje nəticəsində minlərlə adam şəhid olub, 1 milyon insan yurd-yuvasından didərgin düşüb zülm içində yaşayır s. Nəhayət, bu problemin çözülməsi lazımdır”.

N.Bilgin deyib ki, Türkiyə Avropa Birliyi istəyir deyə beynəlxalq milli maraqlarından imtina edə bilməz: “İlk baxışdan görünür ki, dünyada ölkələri hökumətlər idarə edir. Amma əslində ölkələri ictimaiyyət, həmin ölkələrin insanları idarə etməlidir. Onların düşüncələrinə rəğmən onların istəmədiyini etməyə heç bir iqtidarın gücü çatmaz. Eyni zamanda, bizim hökumətin Türkiyə cəmiyyətinin istəmədiyini etməyə gücü çatmaz. Xüsusən Ermənistanla bağlı nəyisə edə bilməz”.

Federasyon başqanı bildirib ki, on illərdir Türkiyə ermənilərin uydurma soyqırım iddiaları ilə üzləşir: “Amma əslində soyqırıma biz məruz qalmışıq. Ermənilərin kütləvi şəkildə həyata keçirdikləri qətliamların izinə Türkiyədə hələ rast gəlinir. Biz yaxın tariximizdə yaşadığımız bu iztirabları bir kənara buraxaraq Avropa Birliyi Amerikanın istəyi ilə kimliyimizdən, tariximizdən vaz keçə bilmərik. Biz bu davada tərəfik özü açıq şəkildə bəyan etməliyik ki, Azərbaycanın tərəfindəyik”.

N.Bilgin deyib ki, sərhədlərin açılması Ermənistanın güclənməsinə səbəb ola bilər. Onun fikrincə, Ermənistan işğalçı siyasətindən əl çəkməyincə, Türkiyə onunla əlaqələr qurulmasına razı olmaz. Hökumətin belə bir niyyətə düşməsi isə onun sonu demək olar.

Qərbin Ermənistan məsələsində Türkiyəyə təzyiq etməsi buna görə AKP-nin geri çəkilməyə məcbur olması barədə səslənən fikirlərlə bağlı isə N.Bilgin bunları deyib: “Türkiyənin, hətta Azərbaycanın da Avropa Birliyinə inteqrasiyasına sayğı ilə yanaşıram. Buna qarşı çıxanların ağıllı insanlar olduqlarına şübhə edərəm. Amma hər şeyə rəğmən milli kimliyimizi, dostluğumuzu, qardaşlığımızı nəzərə almadan Avropa Birliyinin bu şərtlərini qəbul etmək nöqtəsinə gəlib çatanların da vətənsevərliyinə şübhə edirəm. Avropa Birliyinin şərtləri Türkiyə cəmiyyətinin istəklərinə qarşı olmamalıdır. Biz AB- girməyə hazırlaşırıq, can atırıq, amma hər gün Avropa ölkələri bizim əleyhimizə fəaliyyət göstərirlər. Ona görə mən belə addımlar atmaq istəyənlərə deyirəm ki, tarix sizi çox sərt şəkildə yarğılar. Bizim bir parçamız Kipr, bir hissəmiz Qarabağ, bir hissəmiz Kərkükdür. Onlarla bağlı atdığımız yanlış addımlar təkcə özümüzü yox, atalarımızın sümüklərini sızladar. Amma mən bu ölkədə yaşayanların atalarının rahatsız edilməsinə izn verəcəklərinə inanmıram”.

N.Bilgin deyib ki, Türkiyə ilə Ermənistan arasındakı problem yalnız Qarabağla bağlı deyil. Federasyon başqanı bildirib ki, illərdir Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir: “Amma Qarabağ məsələsinə görə Türkiyənin sərhədləri bağlaması, diplomatik əlaqələr qurmaması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin əvəzində ona verilən cəzadır. Bu cəzanın nəticəsində Ermənistan iqtisadi cəhətdən çöküb əhali kütləvi şəkildə oranı tərk edir. Bu, Türkiyənin əlində bir kozırdır onu əldən buraxmamalıdır. Bundan qətiyyən vaz keçməməliyik. Onu da deyim ki, mən bu təzyiq mexanizmindən vaz keçilməsinə ən azından inanmaq istəməm. Türkiyə hökuməti belə addım atacağı  təqdirdə başda mən olmaqla Türkiyə Jurnalistlər Assosiasiyası Qəzetçilər Cəmiyyəti ən ciddi təpki göstərəcək. Buna cəsarət edənlər olarsa, qarşılarında bizi görəcəklər”.

Bu məsələdə Türkiyə mediasından istifadə olunmasına gəlincə isə federasyon başqanı deyib ki, bu gün doğrudan da Türkiyədə bir çox media quruluşları sahiblərinin digərlərinin maraqlarını ölkənin maraqlarından üstün tuturlar. N.Bilgin deyib ki, onun rəhbərlik etdiyi Türkiyə Qəzetçilər Federasyonunun 14 min, jurnalistlər Assosiasiyasının isə 2 min üzvü var: Azərbaycanın yanında olduğumuzu bəyan edirəm onu da bildirirəm ki, əgər Azərbaycanın Qarabağ məsələsi ilə bağlı Türkiyə hökumətinin davranışlarından narahatçılıqları varsa, bu, rəsmi şəkildə dilə gətirilməlidir. Əks təqdirdə, bizim Türkiyə ictimaiyyətini təhlükələrin qarşısına almaq üçün hazırlamaq imkanlarımız məhdudlaşır. Azərbaycanda ən yüksək səviyyədə bu problem varsa, dilə gətirilməlidir ki, biz bunu bir imdad siqnalı kimi qəbul edək hərəkətə keçək. Eyni zamanda, Türkiyə hökuməti bununla bağlı açıqlama verməlidir”.

 

 

Zabil MÜQABİLOĞLU,

 

N.HƏSƏNZADƏ

 

Yeni müsavat.- 2009.- 25 fevral.- S. 5.