Bakı Dövlət Universitetinin yaradılmasından 90 il ötür

 

Bu il respublikamızın aparıcı təhsil ocaqlarından olan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 90 ili tamam olur. Bu münasibətlə təntənəli yubiley tədbiri keçiriləcək. Mərasim noyabrın 2-də BDU-nun böyük akt zalında baş tutacaq. Xatırladaq ki, BDU müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ölkəmizdə ali təhsilin elmin tərəqqisi naminə misilsiz xidmətlər göstərməkdədir.

Onu da qeyd edək ki, respublikamızda ali təhsil və elmin ənənələrinin zənginləşdirilməsində, milli dövlətçiliyin qorunub möhkəmləndirilməsində mühüm xidmətlərini nəzərə alaraq, BDU-nun 90 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyev 24 aprel 2009-cu il tarixli Sərəncam imzalayıb.

 

 

Yeni Azərbaycan.- 2009.- 22 oktyabr.- S.8.