“SAVAŞ HAVADAN BAŞLAYACAQ”

 

Azərbaycan müdafiə nazirinin həmsədrlərə xəbərdarlığı qərbdə Ermənistanda narahatlıq yaradıb

 

Daha bir nüfuzlu “beyin mərkəzi” Qarabağda müharibənin yaxınlaşdığı barədə anonsla çıxış edib. Beynəlxalq Böhran Qrupunun ardınca Londonda yerləşən “Jane s İntellegence Group” bəyan edib ki, münaqişənin dinc yolla nizamlanması imkanları tükənir və tərəflər arasında hərbi əməliyyatların yenidən başlanması təhlükəsi kifayət qədər realdır. Mərkəzin analitiklərinə görə, II Qarabağ savaşı qurudan deyil, havadan başlayacaq. “Son illərdə Qarabağ probleminin nizamlanmasına yönələn çoxsaylı diplomatik səylərə baxmayaraq, münaqişə gərginləşməkdədir. Neftdən və qazdan əldə etdiyi gəlirlər hesabına Azərbaycan 17 illik status-kvonu dəyişdirmək istəyir” deyə, mərkəzin hazırladığı hesabatda bildirilir. “Jane s İntellegence Group” özəl kəşfiyyat araşdırmaları ilə məşğul olur, müxtəlif ölkələrin və ayrı-ayrı iri şirkətlərin sifarişləri əsasında bu və ya digər münaqişəli situasiya, o cümlədən iqtisadi proseslər və hərbi durum barədə təhlillər hazırlayıb təqdim edir.

Mərkəzin Qarabağa dair hesabatından çıxarışlar Ermənistan KİV-lərində yer alıb. Xatırladaq ki, bu günlərdə Brüsseldəki  nüfuzlu Beynəlxalq Böhran Qrupu Qarabağda müharibənin yaxınlaşdığı barədə hesabatla çıxış etmişdi. Hesabatda deyilirdi ki, Ermənistanın danışıqlar masası üzərindəki təklifləri qəbul etməməsi üzündən münaqişənin dinc yolla nizamlanması imkanları tükənir, müharibə riski isə artır.

 

“Sarsıdıcı bombardmanlar və artelleriya zərbələri”

 

“Jane s İntellegence Group” qeyd edir ki, Azərbaycan bu il hərbi sahəyə 3.1 milyard dollar xərcləyəcək. Bu, Ermənistanın hərbi xərclərindən 6 dəfə çoxdur. Mərkəzin analitikləri bildirir ki, Azərbaycan bu xərcləri əsasən hərbi infrastrukturun inkişafına yeni silahların alınmasına sərf edir. Hərbçilərin maaşlarına gəldikdə isə Azərbaycanla Ermənistan arasında hələlik ciddi fərq yoxdur. Hesabatda deyildiyinə görə, son bir neçə ildə Azərbaycan güllə əldə olunması məqsədilə 1 milyard dollardan çox vəsait sərf edib, gözlənilir ki, bu il silah hərbi texnikanın alınmasına iri həcmdə vəsaitlər yönəldiləcək. Bununla belə, mərkəzin analitikləri Ermənistan Azərbaycanın sərəncamındakı zirehli maşınların sayına görə tərəflərdən heç birinin aşkar üstünlüyə malik olmadıqlarını qeyd edirlər. “Lakin tərəflər arasında silahlı toqquşmalar çox güman ki, birinci növbədə havada başlayacaq. Hava hücumları ilə paralel güclü artelleriya hücumları gözlənilir, Ermənistan Azərbaycan silahlı qüvvələrindəki bu iki sahədəki fərqlər situasiyanı əhəmiyyətli ölçülərdə dəyişdirə bilərdeyə, hesabatda bildirilir.

Qeyd edək ki, Azərbaycan son illərdə əldə etdiyi texnika silahlar sayəsində havada quruda, xüsusən artelleriya sistemlərində düşmən üzərində əzici üstünlüyə malikdir. Azərbaycan xaricdən ayrı-ayrı vaxtlarda onlarla “SU-27", ”MiQ-29", “JF-17" tipli qırıcı-bombardmançı təyyarələr, habelə çoxlu sayda zərbə vertolyotları, hədəfləri dəqiq vura bilən aviasiya bombaları raketləri alıb. Həmçinin iriçaplı, hədəfi kifayət qədər uzaq məsafədən dəqiq vura bilən güclü artelleriya qurğuları, düşmən hədəflərinə sarsıdıcı zərbələr endirmək iqtidarında olan reaktiv artelleriya sistemləri əldə edilib. Ermənistan isə kifayət qədər bahalı sayılan bu cür silahları almaq iqtidarında deyil yalnız Rusiyanın ianə verdiyi silahlara ümid edə bilər.

 

Ermənistanın əsas ümidi Rusiyadır

 

“Jane s İntellegence Group” bu faktı  da konstatasiya edir ki, Azərbaycan artıq Ermənistan üzərində canlı qüvvə, büdcə silahlar baxımından üstünlüyü əldə edib. Bununla belə, mərkəzin analitikləri rəsmi Bakının bu üstünlüyü cəbhə xəttində vəziyyəti öz xeyrinə dəyişmək üçün dərəcədə istifadə edə biləcəyinə skeptik yanaşırlar. Bildirilir ki, bu baxımdan Azərbaycana Qarabağın mürəkkəb coğrafi şəraiti, Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyi ölkə daxilindəki siyasi situasiya çətinlik yarada bilər. “Rusiya ilə müttəfiqlik Ermənistanın müdafiəsinin möhkəmləndirilməsinin əsas mənbəyidir. Bu, Bakı üçün əlavə risklər yaradır: Azərbaycanın Rusiya ilə münasibətləri, yaxud Türkiyə ya Qərblə təhlükəsizlik sahəsində ittifaqı Moskvanın münaqişəyə müdaxilə etmək potensialını tam aradan qaldıra bilməz. Münaqişə yenidən alovlansa həm Qərb, həm Türkiyə Rusiya ilə açıq qarşıdurmaya girməzdideyə, analitiklər bildirir. Bununla belə, mərkəz hesab edir ki, bütün bu amillər Qarabağda hərbi əməliyyatların başlamasını istisna etmir. Ancaq tərəflərin məhdud imkanları beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanmasını ləngidən amillərdir.

 

Əbiyevin xəbərdarlığı şərh olunur

 

Xəbər verildiyi kimi, ötən həftə Minsk Qrupu həmsədrlərini qəbul edən Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev işğal edilmiş ərazilərin azad edilməsi üçün ciddi hazırlıq getdiyini açıq şəkildə bildirib. Nazir deyib ki, heç kim Azərbaycanı buna görə qınamaq haqqına malik deyil. S.Əbiyevin bu bəyanatı istər Ermənistanda, istərsə Qərbdə ciddi narahatlıqla qarşılanıb, çoxsaylı reaksiyalara səbəb olub. Aparıcı Qərb xəbər agentlikləri onun sözlərindən sitatları təcili xəbər kimi yayıblar. BBC eksperti  Damyen Makginnes hesab edir  ki, Beynəlxalq Böhran Qrupunun hesabatı onun ardınca nazirin bəyanatı 20 il əvvəl dondurulmuş münaqişənin yenidən qızışa biləcəyini göstərən daha bir əlamətdir: “Ermənistan Azərbaycan arasında müharibə indi hər zamankından daha həssas görünür. Hər iki tərəf silahlarını artırır, Dağlıq Qarabağ uğrunda müharibəyə populist çıxışlarında getdikcə daha döyüşkən səslənirlər. İki ölkə arasında sülh danışıqları dalana dirənib. Aqressiv ritorikaya baxmayaraq, hər iki tərəf müharibədən çox şey itirə bilər - xüsusilə iqtisadi cəhətdən. Ona görə , hər hansı birinin məqsədli şəkildə hücuma başlayacağı inandırıcı görünmür. Amma ön cəbhədə atışma ölüm hallarının sayı artır. Ona görə , onsuz da riskli olan vəziyyətin müharibəyə aparacaq dərəcədə nəzarətdən çıxması ehtimalı artır. hər iki tərəfdə döyüş barədə söhbətlər gərginliyi artıraraq bu ehtimala daha da güc verir”.

 

Çox çətin vəziyyət...”

 

Beynəlxalq Böhran Qrupundan Laurence Sheets isə deyir ki, əgər münaqişə alovlansa, bu bütün regionda qeyri-sabitlik yarada bilər: “Biz təəssüf ki, çox çətin vəziyyətlə üz-üzəyik. Hər iki tərəf daha müasir silahlara yiyələnir daha döyüşkən bəyanatlar verir. Bu isə vəziyyətin barışıqdan getdikcə daha da uzaqlaşdığını göstərir. Biz düşünürük ki, məsələyə ciddi beynəlxalq diqqət olmalıdır. Bunun üçün isə insanlara xatırlatmaq lazımdır ki, bu təcrid olunmuş regionda təcrid olunmuş münaqişə deyil. Bu bütün region üçün böyük strateji enerji əhəmiyyəti olan regiondur. NATO üzvü olan Türkiyə, eləcə Rusiya İranın uzunmüddətli müharibəyə yaxud açıq düşmənçiliyə cəlb olunması potensialı var. Regional müttəfiqlərin cəlb olunmasının mümkünlüyü hər iki tərəfin hər zamankından daha güclü silahlanması ilə Ermənistan Azərbaycan arasında yeni müharibə 1992-ci ildə iki ölkə müharibəyə başlayanda olduğundan daha ağır nəticələr gətirib çıxara bilər. O zaman 25 minə yaxın insan öldürülmüş bir milyondan artıq adam qaçqın olmuşdu. Atəşkəs isə 1994-cü ildə əldə olunmuşdu. Ancaq Azərbaycan üçün həmin razılaşma torpaqlarının 16 faizinin itirilməsi bahasına başa gəlmişdi. Belə görünür ki, Azərbaycan indi bu faktı düzəltməyə qərarlıdır. Lazım gələrsə, döyüş meydanına qayıtmaqla”.

Eurasianetportalı isə qeyd edir ki, Ermənistan Qarabağda taktiki üstünlüyə malik olduğuna inanır. Çünki bir çox yüksəkliklərə, o cümlədən 3 min metrdən hündürdə yerləşən Murovdağ yüksəkliyinə nəzarət edir. Bu baxımdan Azərbaycanın hücum əməliyyatlarına başlaması üçün ən əlverişli istiqamət Füzuli-Cəbrayıl istiqamətidir. Digər istiqamətlərdə uğurlu hücum əməliyyatları aparmaq üçün isə Bakının azı üçqat üstünlüyü, o cümlədən havada üstünlüyü olmalıdır. Sayt qeyd edir ki, Ermənistan ordusunda döyüş əhval- ruhiyyəsinin daha yüksək olduğu deyilir, lakin Qarabağdakı erməni hissələrindəki mövcud vəziyyət bu qiymətin çox şişirdilmiş olduğunu göstərir. “Eurasianetonu da qeyd edir ki, müdafiə naziri Səfər Əbiyevin həmsədrlərə xəbərdarlığı onu göstərir ki, Bakı müharibəyə ciddi hazırlaşır.

 

 

Fərhad MƏMMƏDOV

 

Yeni müsavat.- 2011.- 15 fevral.- S. 11.