“EUROVİSİON-2012"nin İLK MƏŞQLƏRİ KEÇİRİLDİ

 

Dünən “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzi də ilk mətbuat konfransı ilə işə düşdü

 

Dünən - mayın 13-də Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin ilk məşqləri və mətbuat konfransı keçirildi. Müsabiqənin keçiriləcəyi ”Bakı Kristal Zalı"nın (“Baku Crystal Hall”) Mətbuat Mərkəzi səhər saatlarında yerlixarici media nümayəndələrinin üzünə açıldı. Yerlixarici jurnalistlərə məlumat verildi ki, Bakıdakı “Eurovision” mahnı müsabiqəsini işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir.

Eurovision” mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand bildirdi ki, “Eurovision-2012"-nin Mətbuat Mərkəzində müsabiqə müddətində yerli jurnalistlərlə yanaşı 1500-dən çox əcnəbi jurnalist çalışacaq: ”Biz Bakıdakı müsabiqənin 1500 jurnalistin işıqlandıracağını bilirik. Amma bu say fanatlarla bərabər təxminən 2000-ə yaxın olacaq. İştirakçı ölkələrin nümayəndə heyətləri isə 1000 nəfərdir".

Y.O.Sandın sözlərinə görə, jurnalist, fanat və nümayəndə heyətlərinin sayı 3000 insanın Bakıya gələcəyindən xəbər verir.

Daha sonra “Bakı Kristal Zalı”nın səhnəsində ilk məşqlərə start verildi. Səhnəyə öncə Çernoqoriyanın təmsilçisi Rambo Amadeusun çıxdı. Ardınca isə İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiyanın təmsilçiləri səhnəyə çıxaraq ilk məşqlərini keçirdilər.

Mayın 13-də “Bakı Kristal Zal”ında keçirilən ilk məşqlər zamanı müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında “Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanım Mehriban Əliyeva, ”Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand və 57-ci “Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Adil Kərimlinin salamlaması yer alıb.

M.Əliyevanın salamlamasından bəzi məqamları nəzərinizə çatdırırıq: “Sizi, müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin musiqi bayramı olan ”Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçıları və qonaqlarını ürəkdən salamlayıram. “Eurovisionmusiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Bu dəfə bu mötəbər müsabiqə dünya musiqisevərlərinin diqqətini müsəlman Şərqində ilk operailk baletin, YUNESKO tərəfindən bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən “Qarabağ şikəstəsi” kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir. Xalqımız dünya mədəniyyəti incilərinin özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirib, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verib.

Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olub. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayıb və yaşamağa davam edirlər. “Eurovision” mahnı müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək.

Eurovision” mahnı müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənib. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olanxalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaq".

Qeyd edək ki, “Eurovision-2012" mahnı müsabiqəsinin Mətbuat Mərkəzində çalışan yerlixarici media nümayəndələrinə Azərbaycan mətbəxinin təamları təqdim olundu. Xarici media nümayəndələri və müsabiqə iştirakçıları Azərbaycan mətbəxinə heyran qaldıqlarının bildiriblər. Xaricilərin ən çox maraq göstərdiyi isə şəkərbura və paxlava olub. Mətbuat Mərkəzində ”Qarabağ", “Gəncə”, “Quba”, “Naxçıvan”, “Şəki”, “Qəbələ”, “Xəqani”, “Nizami”, “Sabir”, “Xətai” adlı otaqlar da fəaliyyət göstərir. Əcnəbi jurnalistlər ölkəmiz haqda dolğun təsəvvür yaradan həmin otaqlarla da tanış oldular.

Daha sonra çıxışçıların mətbuat konfransı başladı. Məncə, ”Bakı Kristal Zalı" geniş imkanlara malikdir". Bunu ilk repetisiyadan sonra keçirdiyi mətbuat konfransında Çernoqoriyanın təmsilçisi Rambo Amadeus dedi. Onun sözlərinə görə, hər şey çox gözəl təşkil edilib. Amadeus qeyd etdi ki, “Bakı Kristal Zalı”n çox möhtəşəm səhnəsi zalı var. O, məkanın dəniz kənarında inşa edilməsindən çox məmnun olduğunu bildirdi.

Mətbuat konfransı başlayarkən mikrofonun şnurunu düzəltməyə cəhd edən Amadeus yıxılmaqdan özünü güclə saxladı bu, jurnalistlərin diqqətindən yayınmadı. Çernoqoriya təmsilçisi səhnəyə eşşək fiquru ilə çıxacaq. Məşq zamanı səhnədə quraşdırılan maket Troya atına bənzəsə Rambo bunuTroya eşşəyiadlandırdı: “Bütün dünya Troya atını tanıyırdı, indi isə Troya eşşəyini tanıyacaq”.

 

 

Fərahim İLQAROĞLU

 

Yeni müsavat.- 2012.- 14 may.- S.11.