Amerikalı məşhur müğənni “Qarabağ Azərbaycandır” klipini təqdim etdi

 

 

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib.

 

Musavat.com xəbər verir ki, klipin təqdimat mərasimində amerikalı müğənni Della Miles onun meneceri Hüseyn Fatih Oktay, Azərbaycanın Əməkdar artisti Qoçaq Əsgərov, BAMF-ın prezidenti Umud Mirzəyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bizim Yol” qəzetinin baş direktoru Bahəddin Həziyev Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, “Xarıbülbül” kompoziyasının bəstəkarı Tural Məmmədli iştirak ediblər.

 

Mirzəyev bildirib ki, dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Miles Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycanda səfərdədir. Onun Bakı səfərinin əsas məqsədi 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunmuş Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə tanış olmaq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməkdir.  

O qeyd edib ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb.

 

“Qarabağ Azərbaycandır”  mahnısından danışan müğənni Azərbaycana olan sevgisindən söhbət açıb: “Çox gözəl mahnıdır. Bu mahnını ifa etmək mənim üçün qürurverici oldu.  Hər zaman haqlının, məzlumun yanında oldum. Dini, irqi, dili olur olsun, haqlının yanında olmaq məni xoşbəxt etdi. “Xarıbülbül” layihəmizin möhtəşəm olacağına inanıram. Mən o çiçəyi gördüm, qoxladım. Burada olmaq mənim üçün çox xoşdur”.

i oldu.  Hər zaman haqlının, məzlumun yanında oldum. Dini, irqi, dili olur olsun, haqlının yanında olmaq məni xoşbəxt etdi. “Xarıbülbül” layihəmizin möhtəşəm olacağına inanıram.

 

 Yeni Müsavat.- 2021.- 5 avqust.- S.12