Əfsanəvi
kəşfiyyatçı R.Zorgenin 130 illik yubileyinə həsr
olunmuş tədbir keçirildi
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanası Azərbaycandakı Rus İcması və Azərbaycanın
Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri
Assosiasiyası ilə birgə əfsanəvi kəşfiyyatçı,
jurnalist, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin
130 illiyi ilə əlaqədar yubiley tədbiri keçirdi.
Qarabağ müharibəsi şəhidlərinin və
Böyük Vətən müharibəsi qəhrəmanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə
Məmmədova “Konstitusiya və Suverenlik İli”nin Azərbaycan
xalqı üçün əlamətdar il olduğunu
vurğulayaraq qeyd etdi ki, 2025-ci il Böyük Zəfərimizin
5 illiyi və faşizm üzərində Qələbənin
80 illik yubileyi məhz bu ilə təsadüf etdiyini dedi. L.Məmmədova
bu iki hadisənin Azərbaycan tarixindəki yerindən geniş
məlumat verdi.
Lətifə Məmmədova kəşfiyyatçı,
jurnalist, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin həyatının
önəmli məqamları haqqında qonaqlara maraqlı məlumatlar
verdi. O, R.Zorgenin özünü qəlbən Azərbaycana,
doğma Bakıya bağlı biri hesab etdiyini, sadəcə Azərbaycan
dilində danışa bilmədiyi üçün təəssüfləndiyini,
onun “Bizim bakılı Zorge” deyə
xatırlandığını xüsusi qeyd etdi.
Tədbirdə çıxış edən jurnalist,
yazıçı-publisist Fuad Hüseynzadə Azərbaycanın
igid qəhrəmanlarını dünyaya tanıtmaq
üçün Böyük Vətən müharibəsində
Qələbəyə həsr olunmuş kitab
yazdığını və bu kitabın bir çox MDB
ölkələrində təqdimatının
keçirildiyini və keçirilməkdə davam etdiyini dedi.
O qeyd etdi ki, Vətən müharibəsində qəhrəman
babaların qəhrəman nəvələri halqası qurulub
və bu proses davam edir. Kitabda R.Zorge haqqında da məlumatların
olduğunu və özünün onun yaşadığı
evi ziyarət etdiyini qeyd etdi.
AYB-nin və AJB-nin üzvü, M.Ş.Vazeh adına Mərkəzi
Kitabxananın Fəxri oxucusu, politoloq,
yazıçı-publisist Reyhan Mirzəzadə
çıxışında ilk dəfə 7-ci sinif şagirdi
olarkən Rixard Zorge haqqında oxuduğu kitabda onunla
tanış olduğunu dedi. O dedi: “Bir yazıçı
R.Zorgeni dünyanın oğlu adlandırmışdır. Bu
cümlənin necə də doğru olduğunu onun həyatı
ilə tanış olduqdan sonra əmin oldum”. O,
yazdığı “Səhra qartalı” kitabında R.Zorgenin
xüsusi yer tutduğu haqqında da məlumatlar verdi. R.Mirzəzadə
R.Zorgenin həyatından və edam səhnəsindən maraqlı
epizodlar danışdı.
L.Məmmədova sözü İsmayıllı
rayonunun İvanovka kəndindən xüsusi olaraq tədbirə
gələn İvanovka kənd Diyarşünaslıq Muzeyin
yaradıcısı və rəhbəri Nadejda Jabinaya verdi.
N.Jabina uzun illər saxladığı R.Zorgenin xalası
qızına yazılan məktubları tədbir
iştirakçılarına göstərdi və məktublardakı
maraqlı yazılardan məlumatlar verdi.
İsmayıllı rayonunun İvanovka kəndindən
gələn digər qonaq, şair Tatyana Minnikova
yazdığı kitab haqqında məlumat verdi və
Böyük Vətən müharibəsinə həsr etdiyi
şeirini oxudu.
Tədbirdə 23¹-li tam orta məktəbin müəllimi
Nərgiz Məcidova faşizm üzərində Qələbə
və əfsanəvi kəşfiyyatçı Rixard Zorge
haqqında hazırladığı təqdimatı qonaqlara
nümayiş etdirdi.
Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun
qızı Regina Kovalyova və qardaşı Vitali Kovalyov da tədbirdə
çıxış etdilər. Vitali Kovalyov
qardaşının həyatında R.Zorgenin yerindən və
onların oxşar cəhətlərindən
danışdı. O, Yuri Kovalyovun əsl kitabsevər
olduğunu da xüsusi qeyd etdi.
Azərbaycandakı Rus İcmasının sədr
müavini Lyubov Yakunina bu maraqlı tədbirdə iştirak edənlərə
təşəkkür etdi və tədbirin təşkilində
əməyi keçənlərə xüsusi minnətdarlığını
bildirdi.
Tədbirin bədii hissəsində Bakı Musiqi
Akademiyasının məzunu, müğənni Yelena
Yakubovskaya Böyük Vətən müharibəsinə həsr
olunmuş mahnılar ifa etdi.
“Günay” teatrının gənc aktyorları
İzabella Mamarəhimova və Lyudmilla Smirnova Rixard Zorgeyə
həsr olunmuş şeirlər söylədilər.
Tədbirdə Böyük Vətən müharibəsində
Qələbənin 80 illiyinə və R.Zorgenin 130 illik
yubileyinə həsr olunmuş videoçarxlar nümayiş
olundu.
Tədbirin sonunda çıxış edən
iştirakçılara hədiyyələr təqdim edildi.
Zəhra Cəbiyeva
Yeni Təfəkkür .- 2025.- 26 dekabr (¹-24) S.4.