Məhəbbət
İbrahimovanın yaradıcılıq gecəsi:
ziyalılıq, vətənpərvərlik və qadın
qüdrətinin təntənəsi
Şair, publisist, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Azərbaycan Qadın Sahibkarlar
Assosiasiyasının İdarə Heyətinin üzvü,
Türk Dövlətləri Qadınlarının Sülh
Alyansının təsisçisi, xeyriyyəçi və
ziyalı xanım Məhəbbət İbrahimovanın
yaradıcılıq gecəsi böyük izdihamla
keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi
və şəhidlərin xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə açılıb.
Gecənin bədii hissəsi Məhəbbət
İbrahimovanın sözlərinə və Aybəniz Güllərin
musiqisinə bəstələnmiş “Zəfər
günün mübarək” mahnısının Xalq artisti
Gülüstan Əliyevanın ifasında səslənməsi
ilə başlamışdır.
Tədbirdə çıxış edənlərdən
Azərbaycan Qadın Sahibkarları İnkişafı
Assosiasiyasının sədri Səkinə Babayeva bildirdi ki, Məhəbbət
İbrahimova yalnız ədəbiyyatda deyil, həm də
qadın sahibkarlığında, ictimai həyatda örnək
simadır. O, yaradıcılığı ilə insanlara ruh
verir, fəaliyyəti ilə qadınların gücünü
nümayiş etdirir.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri
mədəniyyət işçisi Lətifə Məmmədova
bildirdi ki, Məhəbbət İbrahimova
yaradıcılığı ilə ədəbiyyatın,
qadın zərifliyinin və vətənpərvərliyin təntənəsini
yaşadır. Onun sözü oxucunun qəlbinə yol
tapır, insanı düşünməyə, sevməyə və
Vətən üçün yaşamağa səsləyir.
Belə ziyalı qadınların varlığı bizim milli sərvətimizdir.
Lətifə Məmmədova müəllifin növbəti “Məhv
olmuş arzular” kitabından söhbət açaraq qeyd etdi
ki, kitabın qəhrəmanları XX əsrin ən dəhşətli
faciələrindən biri olan Xocalı faciəsini yaşayan
insanlardı. O, müəllifə yeni yaradıcılıq
uğurları arzuladı.
Lətifə Məmmədova həmçinin qardaş
Türkiyə ziyalılarının səmimi təbriklərini
tədbir iştirakçılarına çatdırdı və
Türkiyə Cümhuriyyəti tərəfindən Məhəbbət
İbrahimovaya verilən “Atatürk mükafatı”nı təqdim
etdi.
Türk dünyası Sülh Qadınları
Alyansının sədri, bəstəkar Aybəniz Güllər
çıxışında qeyd etdi ki, Məhəbbət
İbrahimova kimi ziyalı qadınlarımız
xalqımızın mənəvi sərvətidir. Onun
misralarında sevgi, mərhəmət və Vətənə
sədaqət birləşir. O, yaradıcılığı
ilə insanlara yol göstərir, qadınlarımız
üçün ilham mənbəyidir.
Milli İncəsənət Muzeyinin direktor müavini Nəzrin
Şirinova qeyd etdi ki, Məhəbbət xanımın əsərləri
təkcə ədəbiyyat deyil, həm də qadın ruhunun,
Azərbaycan zərifliyinin güzgüsüdür. Onun
yaradıcılığı klassik dəyərlərlə
müasir baxışın nadir vəhdətidir.
Gənc ədəbiyyatşünas-alim Xəyalə
Əfəndiyeva M.İbrahimovanın şeirlərindən
söhbət açaraq bu şeirlərin emosional təsirindən
danışdı və müəllifə Mahmud Kaşqari
adına Beynəlxalq Fondun təbrikini təqdim etdi.
Mədəniyyət Nazirliyinin Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
sektor müdiri Fariz Yunisli vurğuladı ki, Məhəbbət
İbrahimova yaradıcılığında vətənpərvərliklə
humanizm xəttini birləşdirə bilən nadir müəlliflərdəndir.
Onun xeyriyyə fəaliyyəti, maarifçilik
yönümü və sözə sevgisi nümunə
olmağa layiqdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin məsul
işçisi Ziba Nəcəfova qeyd etdi ki, Məhəbbət
İbrahimova təkcə istedadı ilə deyil, həm də
vətəndaşlıq mövqeyi, xeyriyyəçilik fəaliyyəti
və milli dəyərlərə sədaqəti ilə
seçilən ziyalı xanımdır. Onun yaratdıqları
qadınlarımız üçün bir məktəb, gənclərimiz
üçün isə ilham qaynağıdır.
Əməkdar müəllim Həqiqət Məmmədova
çıxışında vurğuladı ki, Məhəbbət
xanımın yaradıcılığı bir müəllim
üçün ən gözəl dərs vəsaitidir,
çünki onun hər misrasında tərbiyə, sevgi və
insanlıq var. O, sözün əsl mənasında həyatın
müəllimidir. Biz onun kimi ziyalıların sayəsində
gələcək nəsilləri mənəvi zənginliklə
yetişdirə bilirik.
İlk qadın komandir, mayor Aidə Şirinova qeyd etdi
ki, Məhəbbət İbrahimovanın misralarında mən
qadın qüdrətini və Vətən sevgisini hiss edirəm.
Onun yaradıcılığı qadının zərifliyi ilə
döyüşçü ruhunun vəhdətidir. O, şəhidlər
və Vətən haqqında şeirlər söylədi.
Bakı şəhəri 238 ¹-li tam orta məktəbin
direktoru Xuraman Osmanovanın rəhbərliyi ilə məktəbin
şagird kollektivi tədbirdə iştirak edərək müəllifin
yaradıcılığından ibarət bədii nömrə
təqdim etdi. Şagirdlərin səmimi
çıxışı və səhnə mədəniyyəti
zaldakı tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı, çıxış gecəyə
həm gənclik enerjisi, həm də duyğusal dərinlik
qatdı.
Əməkdar artist Ağalar Bayramov vətənpərvərlik
mövzusunda şeirlər söylədi, xanəndə,
muğam ustası Maya Cəbrayılova Polad
Bülbüloğlunun “Gəl, ey səhər” və Tofiq
Quliyevin “Ana Kür” mahnılarını ifa etdi.
Tədbirdə tanınmış jurnalistlər,
teleaparıcılar, mədəniyyət və incəsənət
xadimləri, ziyalılar iştirak etdilər. Gecə boyunca Məhəbbət
İbrahimovanın həyat yoluna,
yaradıcılığına və xeyriyyəçilik fəaliyyətinə
yüksək ehtiram göstərildi. Onun sözləri və fəaliyyəti
bu gün də gənc nəsillər üçün ilham mənbəyidir.
Yeni Təfəkkür .- 2025.- 28 noyabr (¹-22) S.4.