ADI ŞƏMSİYYƏ OLAN
GÜNƏŞ HƏRARƏTLİ XANIM
(Milli mətbuatımızın
önəmli ,sayılıb-seçilən və örnək simalarından
olan Şəmsiyyə
Kərimovanın 70 illik
yubileyi üçün
dost təbriki)
İlk tanışlığımız
illər öncə internet üzərindən,faccebok
səhifəsində başladı.
Hər səhər təkcə dostlarına deyil, bütün yer üzündəki insanlara ünvanladığı
xoş,səmimi arzuları ,gülümsəyən
siması ,sevgi dolu gözləri içimi(mizi) pozitiv enerjiylə kökləyən Şəmsiyyə
xanımı nəhayət
bir kitab təqdimatında qucaqlayıb
bağrıma basa bildim.
Dünya alimləri
artıq uzun illərin təcrübəsinə,elmi
araşdırmalara əsasən
belə bir nəticəyə gəliblər
ki ,bir insanın
əqli durumu,dünyaya
baxışı,insanlara münasibətini
dəqiqləşdirib nəticə
çıxartmaq üçün
uzun-uzadı testlərə,sorğu-suallara
gərək yoxdur. Pedaqogikanın əsasını
qoyan dünya şöhrətli çex
alimi,ictimai xadim,Yan Amos Komenski ‘’Bir insanın hətta bircə xüsusiyyəti sayəsində onun KİM
olduğunu dəqiqləşdirmək
üçn kifayətdir’’
demişdir.Təsdiqini tapmış
bu elmi fikrin
dəfələrlə şahidi
olmuşam. Söhbət
mətbuatımızın dəyərli
qələm sahibi Şəmsiyyə xanımdan
gedir.
Şəmsiyyə xanım yaşının
müdrik çağındadır.
Ətrafımızda olan
insanların müxtəlif
tədbirlərdə, sosial
media üzərindən
analarla bağlı saysız -hesabsız paylaşımlarına rast
gəlirik.
(şeir,rəngarəng
pozalı şəkillər,mahnılar
və s) Heç kəsi incitmək istəmirəm,ancaq bu paylaşımların əksəriyyətinin
nə içimizi riqqətə gətirə
biləcək istisini,nə
də səmimiyyətini
duya bilmirsən. Əksinə, bütün
bu sevginin arxasında çox vaxt kimlərə görəsə paylaşıldığı
aydın hiss olunur. Az öncə xatırlatdığım alim
sağ olsaydı Şəmsiyyə xanımın
illərdir əziz anası Xanım anamıza ünvanladığı
paylaşımlara baxsaydı
əminəm ki, mənim ürəyimdə
yurd salmış fikirlə üst-üstə
düşərdi. Bir
övladın anasına
olan belə münasibət sərgiləməsi
o insanın nə qədər uşaq kimi saf,təmiz,
haqqını heç
vaxt ödəyə bilməyəcəyi üçün
özünü hər
zaman borclu hesab edən, əllərinin ,nəfəsinin
hərarətini dünyanın
ən isti qucağı hesab edən, dünən boynunu qucaqlayarkən sevinc göz yaşı ,bu günsə məzar daşına başını
söykəyib həsrətdən
qıvrılaraq göz
yaşlarını axıdan,
yuxularına qonaq gələndə sevincinin
həddi-hüdudu olmayan
Şəmsiyyə xanım
GÖYDƏKİ GÜNƏŞİN YERDƏKİ
TƏMSİLÇİSİDİR. Şəmsiyyə
xanım anasını
necə sevirsə ətrafında olan tanıdığı,tanımadığı
bütün insanlara ,bütün bəşəriyyətə
hər gün isti,xoş aurasıyla təmənnasız sevgi qaynağıdır. Hər
zaman sözüylə,
təsəllisiylə,müdrik
məsləhətiylə məni
çətin məqamlarda
mənəvi dayaq olan Şəmsiyyə xanıma qısa yubiley təbriki kimi bu sözlərlə
bitirmək istəyirəm.
Hələ uzun illər sevdiyiniz sənətinizin başında
dayanıb sağlam canla,ilhamla mətbuatımıza
xidmət etməkdən
yorulmayasız. İnsanlara
olan sevginiz tükənməsin və
heç vaxt pozitiv əhval-ruhiyyə yaradan simanız solmasın.
Jalə Cəfərova.
Filologiya üzrə fəlsəfə
doktoru,tədqiqatçı
jurnalist.
Yeni Təfəkkür .- 2026.- 23 yanvar (¹02) S.3.