Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri təşkil
olundu
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında
“Yubileylər silsiləsi”
layihəsi çərçivəsində
2026-cı ildə yubileyləri
olan alim, şair və yazıçılara həsr
olunmuş kitab sərgiləri təşkil
olundu.
Bundan başqa,
sərgilərdə oxuculara
alim, yazıçı
və şairlər haqqında ensiklopediyalar və ensiklopedik məlumatlar da təqdim edilir.
Görkəmli alim, filosof, astronom, riyaziyyatçı,
tarixçi, coğrafiyaşünas
N.Tusinin 825 illiyinə
həsr olunmuş “Nəsirəddin Tusi – 825” sərgisində alimin “Əxlaqi-Nasiri”, “Tozlu lövhənin köməyi
ilə hesab toplusu” əsərləri,
H.Məmmədbəylinin “Mühəmməd Nəsirəddin
Tusi”, S.Əhmədovun
“Azərbaycan tarixindən
yüz şəxsiyyət”,
görkəmli tarixçi-alim
Sara Aşurbəylinin
120 illik yubileyinə həsr olunmuş “Sara Aşurbəyli
– 120” sərgisində alimin “Bakı şəhərinin tarixi”, “Èñòîðèÿ ãîðîäà Áàêó”, S.Gəncəlinin
“Qadın, gözəllik və ülviyyət” kitabı, yazıçı, ədəbiyyatşünas,
ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin
105 illiyinə həsr
olunmuş “Əzizə
Cəfərzadə – 105” sərgisində
onun müəllifi olduğu “Dilbər”, “Eşq sultanı”, “Anamın nağılları”,
“Eldən-elə” kitabları nümayiş olunur.
Ən zəngin
kitab sərgisi Azərbaycan və dünya ədəbiyyatının
görkəmli simalarından
biri, yaradıcılığı
ilə Azərbaycan şifahi və yazılı söz sənətinin inkişafında
mühüm rol oynamış Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi – 885” sərgisidir.
Sərgidə Nizaminin
“Xəmsə”si: “Sirlər
xəzinəsi”, “Xosrov
və Şirin”, “Leyli və Məcnun”,
“Yeddi gözəl” və “İsgəndərnamə”
əsərləri, Məhəmməd
Əmin Rəsulzadənin
“Azərbaycan şairi
Nizami”, Xəlil Yusiflinin “Nizami Gəncəvi: sələflər
və xələflər”, Yevgeni
Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, Fərid Hüseynin “Nizami Gəncəvinin əsərlərinin
el variantları” və s. kitablar sərgilənir. Görkəmli Azərbaycan şairi, mütəfəkkiri Xaqani
Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Xaqani Şirvani – 900” sərgisində şairin “Seçilmiş
əsərləri”, “Lirika”,
“Äâîðöû Ìàäaèíà” və s.
kitablar, görkəmli
saz-söz ustası, dastan qəhrəmanı və sənət məktəbi yaradan Aşıq Ələsgərin
205 illiyinə həsr
olunmuş “Aşıq
Ələsgər – 205” sərgisində
ustadın “Əsərləri”,
“Əsərləri, dastanı-rəvayətlər,
xatirələr...” kitabları,
Azərbaycan şairi,
dramaturq, tərcüməçi,
ictimai xadim Süleyman Rüstəmin
120 illik yubileyi ilə əlaqədar “Süleyman Rüstəm –
120” sərgisində şairin 5 cilddə “Seçilmiş əsərləri”,
“Əsərləri”, Azərbaycan
şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas,
Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun 120
illiyinə həsr olunmuş “Səməd Vurğun –
120” sərgisində şairin
5 cilddə olan “Seçilmiş əsərləri”,
Adilxan Bayramovun “Səməd Vurğun: milli və ümumbəşəri”,
“Səməd Vurğun:
seçilmiş əsərləri”,
Azərbaycan yazıçısı,
dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas,
tərcüməçi Abdulla
Şaiqin 145 illiyinə
həsr olunmuş “Abdulla Şaiq – 145” sərgisində
onun “Seçilmiş əsərlər”i, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” və s., nasir, tərcüməçi,
ssenari müəllifi Ələviyyə
Babayevanın 105 illiyinə
həsr olunmuş “Ələviyyə Babayeva
– 105” sərgisində “Anadil
ağlayırdı”, “Səni axtarıram”, “Seçilmiş
əsərləri”, şair Mədinə Gülgünun 100 illik yubileyinə həsr olunmuş “Mədinə Gülgün – 100” sərgisində “Yora bilməz yollar məni”, “Seçilmiş
əsərləri” və
s. kitablar, Xalq şairi Qabilin 100 illik yubileyinə həsr olunmuş “Qabil – 100” şairin “Seçilmiş əsərləri”,
“Ömür həbləri”,
“Nəsimi” və s. kitabları nümayiş olunur.
“Qrimm qardaşları
– 240” sərgisində nağılçı
qardaşların “Çîëîòîé ãóñü”, “Áðåìåíñêèå ìóçûêàíòû”, “Òðè ïðÿõè” və s., elmi-fantastik ədəbiyyatın ən
tanınmış simalarından
biri Herbert Uellsin 160 illiyinə həsr olunmuş “Herbert Uells – 160” sərgisində
fantastın “Seçilmiş
əsərləri”, “Zaman
maşını”, “Dünyaların
müharibəsi”
və s.,
dünya şöhrətli
Amerika yazıçısı,
ictimai xadim Teodor Drayzerin 155 illiyinə həsr olunmuş “Teodor Drayzer – 155” sərgisində “Cenni Herhardt”, “Ôèíàíñèñò”, “Ãåíèé” və
s., Amerika yazıçısı,
daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi olan Cek Londonun 150 illik yubileyi ilə ilə əlaqədar “Cek London –
150” sərgisində
“Seçilmiş əsərləri”, “Martin İden”, “Ağ Diş” və s. kitablar nümayiş olunur. Tanınmış uşaq yazıçısı,
şair, professor, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
Fəxri oxucusu Solmaz Amanovanın 70 illiyinə həsr olunmuş “Solmaz Amanova – 70” sərgisində
“Şuşanın sehirli
açarları”, “Əlifba”,
“Əlifba 2”, “Xurcun”,
“Cəsur ayı və dostları”, “Gəncə haqqında hekayə”, “İlmənin macəraları”, “Ìîé âîëøåáíûé ìèð”, “Âîëøåáíûå
êëþ÷è ãîðîäà: Øóøà”, “Turac və
sehrli daraq”, kitabları nümayiş olunur.
Kitab sərgiləri
kitabxanada 2026-cı il
ərzində oxuculara
nümayiş olunacaq.
Yeni Təfəkkür .- 2026.- 23 yanvar (¹02).- S.3.