Ağdərə qəhrəmanı

 

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıqlar barədə mənə elə gəlir ki, az yazılıb biz o dövrdə cəbhədə baş verən çox həqiqətlər barədə bu günə kimi tam məlumata malik deyilik. Bu hiss məndə 19 yaşında ikən Qarabağ uğrunda döyüşlərdə iştirak edən dəfələrlə ölümün gözlərinin içinə baxan, göstərdiyi şücaətlərə görə “Hərbi xidmətə görə” medalı ilə təltif edilən hazırda ehtiyatda olan baş çavuş Namiq Xalıq oğlu Məmmədov onun döyüş dostları ilə söhbətdən sonra yarandı. Bəlkə , bir təsadüf olmasaydı, mən hələ uzun müddət əsgər yoldaşları zabitlər tərəfindən Ağdərə qəhrəmanı kimi tanınan Namiq Məmmədovu yaxından tanıya bilməyəcəkdim...

Namiq Məmmədov 1973-cü il yanvar ayının 18-də Neftçala rayonunun Tatarməhlə kəndində anadan olub. 4 yaşında ikən atası dünyasını dəyişib. Anasının himayəsində böyüyüb orta məktəbi bitirdikdən az sonra hərbi xidmətə çağrılıb. Döyüş yolu Ağdərədən başlayıb həmin dövrdə Azərbaycan ordusunun adı çəkilən rayonun Sırxavənd, Xaçıntikinti Madagiz istiqamətlərində həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarında iştirak edib.

Döyüş yoldaşlarının, o cümlədən, hazırda Müdafiə nazirliyində çalışan keçmiş komandiri, polkovnik-leytenant Abukar Mirzəyevin dediklərinə görə, hərbi əməliyyatlar zamanı Namiq həmişə öndə gedir düşmənin atəş nöqtələrini, canlı qüvvəsini hərbi texnikasını sərrast atəşlə məhv edirdi. Abukar Mirzəyev: “O, ölümdən qorxmurdu daim döyüş yoldaşlarını ruhlandırırdı. Ona görə xatirini çox istəyirdik”,-dedi.

Onun sözlərinə görə, döyüş yoldaşları komandirləri döyüşlərdə göstərdiyi igidliklərə görə Namiqin adını “Ağdərə qəhrəmanı” qoymuşdular.

Namiq Məmmədovun keçmiş döyüş yoldaşı, ehtiyatda olan baş leytenant Quliyev Nazim Rəhim oğlu da Ağdərə qəhrəmanı haqqında ürək dolusu danışır. Onun sözlərinə görə, uşaq yaşlarından atasız böyüyən əsgərliyə gələnə kimi həyatın bütün ağrılarını öz üzərində hiss edən Namiq ilk günlərdən əsgər yoldaşlarının sevimlisinə çevrildi: “Hamıya onu nümunə göstərirdik, heç kimin bir sözünü iki eləmirdi, ən ağır vəziyyətlərdə belə əsgər yoldaşlarının köməyinə çatırdı. Döyüşlərdə bir dəfə olsun qorxduğunun şahidi olmadıq. Ən ağır vaxtlarımızda belə ruhdan düşmür, hamımızı qələbəyə ruhlandırırdı”,-deyir.

Baş leytenantın sözlərinə görə, Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə düşmən tankı mövqelərimizə soxulmuşdu: “Düşmən tankı ilə üzbəüz əlində qranatomyot olan əsgərimiz isə tanka atəş açmaq əvəzinə özünü itirmişdi. Bunu görən Namiq güllə yağışı altında bir göz qırpımında özünü həmin əsgərə çatdıraraq qranatomyotu onun əlindən alaraq düşmən tankını vurdu. Tank vurulandan sonra isə düşmən qaçmağa üz qoydu. Bir dəfə Namiq döyüşün qızğın yerində düşmən əsgərlərinin arasına daxil olaraq, onları pərən-pərən saldı bir “Kamaz” dolu silahı qənimət kimi ələ keçirdi”.

Nazim Quliyev Namiqlə bağlı digər bir epizodu da danışdı. Onun sözlərinə görə, döyüşlərdən birində  703 saylı hərbi hissənin I batalyonu mühasirəyə düşmüşdü. Olduqca çətin vəziyyət yaranmışdı batalyon mühasirədən necə çıxacağını bilmirdi. Belə bir vəziyyətdə Namiq təklif etdi ki, düşmən üzərinə qranatomyotlarla digər silahlarla od yağdırsınlar. Elə etdilər. Gözlənilməz atəş yağışından düşmən özünü itirdi bundan istifadə edən batalyon düşmən mühasirəsindən çıxa bildi.

 

 

 

Vətən eşqi

1993-cü il dekabr ayının 28-də Madagiz gölü ətrafında gedən döyüşlərdə Namiq Məmmədov ağır yaralandı 4 ay hospitalda müalicə olundu. Bununla əlaqədar Namiqi yaralandığı hospitalda ziyarət edən hərbi jurnalist Şamil Sabiroğlu “Azərbaycan ordusu” qəzetinin 11 mart 1994-cü il sayında gedən “Taborun iki igidi” adlı məqaləsində yazır ki,  “N” saylı hərbi hissədə olarkən zabit Abukar Mirzəyevdən taborun əsgərləri, o cümlədən Namiq  Xalıq oğlu Məmmədov haqqında xoş sözlər eşitdim. Abukar Mirzəyev döyüşlərdə daha çox qəhrəmanlıqlar göstərən Ələmdar Sulduz oğlu Rzayevin “Azərbaycan Bayrağı” ordeni, Baş çavuş Namiq Xalıq oğlu Məmmədovun isə “Hərbi xidmətə görə” medalı ilə təltif edildiyini söylədi.

Abukar Mirzəyev Şamil Sabiroğluna Namiq Məmmədov haqqında belə deyir: “ Son döyüşlərdə yaralanan baş çavuş Namiq Məmmədov taborumuzun görən gözü, eşidən qulağı, vuran əlidir”.

Zabitin xahişi ilə Bakıdakı hospitalda Namiq Məmmədovla görüşən Şamil Sabiroğlu daha sonra yazır: “Yaralansa da döyüş əzmini itirməyən bu cəngavər oğlanın daim irəliyə doğru can atmaq istədiyini aydın hiss edirəm. Sanki heç olmayıb ona. Namiq danışdıqca mən cuşa gəlir, onunla birlikdə döyüşə atılmaq istəyirəm. Öz-özümə fikirləşirəm ki, belə oğulları olan xalq heç vaxt basılmaz

...Namiq Məmmədov döyüş illərindən həyacanla danışır, arada hiss edirəm ki, gözləri dolur. O: “Bizim əsgərlərimiz düşmənlə qəhrəman kimi döyüşüblər. Biz Ağdərəni demək olar ki, tamamilə düşməndən azad etmiş Xaçın çayına çıxmışdıq. Buradan Xankəndiyə az bir məsafə vardı. Ermənilər artıq Qarabağı tərk edərək qaçırdılar. Amma rus hərbçilərinin ermənilərin köməyinə gəlməsi ilə hər şey dəyişdi...

Bir dəfə döyüş meydanına havadan qarapaltarlı, üzü maskalı desant tökdülər. Dərhal anladıq ki, onlar ermənilərə köməyə gələn rus desantlarıdır. Komandirimiz ratsiya ilə onları məhv etmək üçün mərkəzdən “duzlu xiyar” (düşmənə artileriya atəşi açılması) istədi. Lakin onun xahişinə əməl edən olmadı. Hansı ki, desantların üzərinə artilleriya zərbələri endirilsəydi, onda onların bir nəfəri sağ qalmayacaqdı, yerdə qalanını da biz atəşlə məhv edəcəkdik”, - deyir.

 Biganəlik

Hospitalda müalicə olunarkən anası ona evə qayıtmağı təklif etmişdi, çünki əli biləkdən işləmirdi. Lakin o anasına düşmənlə sona kimi vuruşacağını deyərək, əli biləkdən işləmədiyinə baxmayaraq, geriyə batalyona qayıdır hərbi xidmətini davam etdirir.

1996-cı ildə II dərəcəli müharibə əlili kimi onu hərbi xidmətdən ehtiyata buraxdılar.

Ordudan tərxis olunduqdan sonra bir müddət tapa bilmədi, çünki əlil olduğu üçün heç yerdə onu işə göürmək istəmirdilər. Sonda tale onu Bakıya gətirib çıxardı.

Namiq Bakıya gəldikdən sonra, əmisinin evinə qeydiyyata düşüb. 2001-ci ildə isə Nərimanov rayon İcra hakimiyyətində II dərəcəli müharibə əlili kimi mənzil növbəsində dayanıb.

Hazırda Masazırdakı təmir emalatxanalarından birində özünün dediyi kimi çətinliklə olsa, gündəlik çörək pulunu çıxaran Ağdərə qəhrəmanı ötən müddət ərzində ailə həyatı qurub, məktəbə gedən iki oğlu var.

Namiq Masazırda Zəngilan qaçqınının belə demək mümkünsə, toyuq hini kimi inşa elədiyi uçuq-sökük tikilidə yaşayır. Nə qazı var, nə suyu. Qışda ordan-burdan odun yığaraq otağı isitməyə çalışr. Bu da asan deyil. Çünki bir əli biləkdən işləmir. Namiq Məmmədov: “Dəfələrlə müvafiq orqanlara müraciət edərək ağır vəziyyətimi onlara bildirmişəm. Heç kim də mənimlə maraqlanmayıb. Belə bir vəziyyətdə mən artıq ağılları kəsən və ağır vəziyyətimizin səbəbi ilə maraqlanan iki oğlumacavab verəcəyimi bilmirəm. Axı onlar da sabah əsgər olacaqlar...”, - deyir.

Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin sosial ehtiyaclarının təmin olunması, onların ilk növbədə iş və mənzillə təmin olunması barədə Prezident Heydər Əliyev tərəfindən 1994-cü il  avqust ayının 26-da “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” 193 saylı fərman imzalanıb.

Fərmanda Qarabağ müharibəsində əlil olmuş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlilliyin dərəcələrinə müvafiq aylıq müavinətlərin təyin edilməsi, xarici ölkələrdə müalicə olunmaları, xüsusiləşdirilmiş bərpa mərkəzlərinin yaradılması, əlil arabaları, protez və bərpa vasitələri, dərman preparatları ilə təmin olunmaları, əlillərə minik avtomobillərinin verilməsi və əlil insanların cəmiyyətə adaptasiya olunması nəzərdə tutulub. Təəssüflər olsun ki, Namiq Xalıq oğlu Məmmədova münasibətdə  Prezidentin fərmanını yerinə yetirmək müvafiq qurumların yadına düşmür... Görəsən buvaxta kimi belə davam edəcək?

 

ƏZIZ MUSTAFA,

Zaman.-2013.-15 oktyabr.-S.11.