Şəki “Araz” Hazırlıq Kursunun uğurları hamını sevindirir

 

ÇağÖyrətim ŞirkətininArazHazırlıq Kursları arasında SəkiArazHazırlıq Kursunun özünəməxsus yeri var.

 Bu nümunəvi tədris ocağı fəaliyyətini ildən-ilə genişləndirir, ümumtəhsil məktəbləri ilə əlaqəni gücləndirir. Bunu fəaliyyətə başladığı ilk illərdənArazhazırlıq kurslarının ali məktəbələrə qəbul imtahanları zamanı ən yüksək nəticlər göstərməsi sübut etməkdədir. Onu da deyək ki, ŞəkiArazHazırlıq Kursu 2012-2013-cu tədris ilində daha yüksək nəticələrə nail olmuşdur. Kursun mudiri Şöhrət İbadov  bununla əlaqədarZaman-Azərbaycanqəzetinə verdiyi müsahibəsində deyib ki, uğurlarımızın əsasında şagirdlərə sivil biliklər aşılamaq, onları  elmin zirvələrini fəth etməyə qadir savadlı gənclər kimi hazırlamaq dayanır: “Azərbaycanı Türkiyəni “Biz bir millət, iki dövlətikkimi dəyərləndirən ümummilli liderimiz Heydər Əliyev, “ÇağÖyrətim Şirkətinin respublikamızdakı fəaliyyətinü yüksək qiymətləndirmişdi. “ÇağÖyrətim Şirkəti respublikamızda ilk dəfə fəaliyyətə başladığı vaxt ümumilli lider bundan məmnun olduğunu dilə gətirərək: “MənÇağÖyrətim İşlətmələri şirkətini yaxşı tanıyıram. Onlar Azərbaycanın təhsil sahəsinə bir yenilik gətirirlər,- demişdi.

Onu da deyim ki, 2012-2013-cu tədris ilində kursda 253 nəfər oğlan qız təhsil almış, onlar biliklərə yüksək səviyyədə yiyələnmişdilər. Bu da kursumuzda oxuyanlardan 213 nəfərinin yüksək nəticələrlə ali məktəblərə qəbul olunmasına gətirib çıxardı. Kursumuzda təhsil alanlardan 8 nəfəri Türkiyənin, 1 nəfəri Rusiya Federasiyasının universitetlərinə qəbul olunub, 34 nəfər gənc isə tam orta təhsil bazasından texnikumlarda pulsuz oxumaq hüququ əldə etmişlər. Ümumiyyətlə, bu ilki məzunlarımızın 98 faizi ali orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülmüşlər.

Sevindirici haldır ki, ilk dəfə olaraq kursda hazırlıq keçmis məktəblilərdən 110 nəfəri dövlət hesabına ali təhsil almaq imkanı qazanıb, 34 nəfər gənc 600-dən yuxarı bal toplayıb. Bundan əlavə, məzunlarımızdan 34 nəfəri ölkəmizin ən nüfuzlu ali məktəblərindən biri olanQafqazUniversitetini seçmişdir ki, onların 22 nəfəri dövlət hesabına təhsil alacaqdır. Bu, “ÇağÖyrətim sirkətinin respublikamızdakıArazHazırlıq Kursları arasında ən yüksək göstəricidir.

 Onu da deyim ki, biz savadlı, istedadlı, ancaq imkansız dinləyicliərimizin problemlərinə diqqətlə yanaşır onlara müxtəlif yollarla mənəvi maddi köməkliklər göstəririk.  Məsələn, bu il aprelin 14-də “ArazHazırlıq Kursuna keçirilən qəbul imtahanlarında hər qrup üzrə ilk 10 yeri tutan, lakin maddi imkansızlıqdan kurslarımızda oxumaqda çətinlik çəkən dinləyicilərə kömək göstərmək məqsədilə avqustun 15-də kursumuzun tədris binasında tədbir keçirmişik. Tədbirdə həmin məktəblilərdən 10 nəfərinə “Access BankınŞəki filialının  vəsaiti hesabına 9567 manat məbləğində təhsil haqqına yardım edilib. Kursumuzun bu il ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 5 nəfər dinləyicisinə - Fəridə Hacıhəsənliyə (696 bal), Pərvin Abdurrahmanova (691 bal), Günel Yusifovaya (680 bal), Nərmin Abdullayevaya (677 bal) Elvin Mustafayevə (677 bal) hər birinə 100 manat dəyərində “Access BankınŞəki flialının kartları təqdim edilmişdir.

Pedaqoji kollektivimiz yeni dərs ilinə mütəşəkkil  hazırlıqla başlayır. Kursumuzda  10-11-ci sinif şagirdlərinin ali məktəblərə yüksək səviyyədə hazırlaşmaları üçün hər cür şərait vardır. Bizim məqsədimiz təhsil sahəsində qazandığımız uğurları daha da inkişaf etdirmək, Azərbaycanımızın çiçəklənməsi naminə yüksək biliyə malik daha çox gənc hazırlamaqdır. Buna nail olacağımıza əminik, çünki bizim gücümüz birliyimizdə, vətənə daha yüksək bilikli gənclər yetişdirməkdə bu yolla qardaşlığımıza öz töhfələrmizi verməyimizdədir”.

Ali məktəblərə qəbul olunan gənclərin hər birinə təhsildə səxsi həyatda yeni nailiyyətlər arzulayırıq.

 

Zaman.-2013.-24 oktyabr.-S.5.