Dünyanı heyrətləndirən məşhur müsəlman alimlər: İbn Xəldun (3)

 

ƏZIZ MUSTAFA,

İbn Xəldun sultanın Qahirəyə geri dönməsindən sonra faktiki olaraq onu əvəz eləməli oldu.

Həmin vaxt isə Əmir Teymur şəhər ətrafında mühasirə halqasını daraltmaqda davam edirdi. Əmir Teymurun qoşunu hər an şəhərə hücum edərək onu ala yerləyeksan edə bilərdi. Belə bir vəziyyətdə İbn Xəldun iki yoldan birini seçməli idi: O ya düşmənlə son nəfəsə kimi döyüşmək, ya da Əmir Teymurla barışmaq barədə qərar qəbul etməli idi. Əmir Teymurla döyüşmək mənasız idi. Çünki onsuz da onunla bacara bilməyəcəkdilər. Döyüş şəhərin Teymurun əsgərləri tərəfindən alınması yandırılması, əhalinin isə qətli ilə nəticələnəcəkdi. Əmir Teymurla bacara bilməyəcəklərini anlayan İbn Xəldun sonda onun yanına elçilər göndərmək elçi heyətində özünün iştirak etməsi barədə qərar qəbul etdi. Ətrafındakılar ona belə bir qərar qəbul etməzdən əvvəl Qahirəyə - sultanla məsləhətləşmək təklifini etdilər. İbn Xəldun isə onlara cavabında bildirdi ki, sultanla məsləhətləşmək yaxşı olardı. Ancaq vaxt gözləmir. Adamımızı Qahirəyə göndərmək oradan sultanın yeni qərarını alıb gətirmək çox vaxt aparacaq. Bir biz indiki vəziyyətdə onsuz da Əmir Teymurdan zəifik insanları mənasız qırğına verməyə ehtiyac yoxdur. İbn Xəldun belə hesab edirdi ki, sultanın özü qəbul etdiyi qərardan razı qalacaq.

 

1400-cü ildə İbn Xəldun elçi qismində Əmir Teymurla görüşdü. O, Əmir Teymurdan Dəməşq əhalisinə qarşı qırğınlar törətməməsini xahiş edərək bildirdi ki, onlar böyük hökmdarın təbəəliyini qəbul etməyə hazırdırlar. Teymur İbn Xəldunun dərrakəsinə ağlına heyran qalmışdı. Böyük türk hökmdarlarından olan tarixdə özündən sonra şanlı şərəfli bir iz qoyan Əmir Teymur iki həftə İbn Xəldundan bölgə ölkələri barədə məlumat aldı. Əmir Teymurun bölgə ölkələri ilə marağını nəzərə alaraq, İbn Xəldun ona bu ölkələrin tarixi əraziləri, əhalisi, məşğuliyyətləri haqqında yazılı şəkildə geniş məlumat verdi.

 

Bununla bağlı tarixi mənbələrin verdiyi məlumata görə, Hələb, Həma Xümsü bir-birinin ardınca ələ keçirən Əmir Teymur 1401-ci ilin yanvar ayında Şama yaxınlaşdı. Məmlük ordusu məğlub oldu. Sultan Fərəc şəhəri tərk edib, Qahirəyə qaçdı. Sağ qalanlar isə Şam qalasına sığındılar. Şam mühasirədə olarkən Əmir Teymurun yanına şəhərə aman verməsi üçün bir heyət gəldi. İbn Xəldun da bu heyətin tərkibində idi. Əmir Teymur İbn Xəldunu xoş rəftarla qarşıladı. Əmir Teymurla aralarında Məğribin vəziyyəti, tarix digər mövzularda söhbət oldu. Əmir Teymur İbn Xəlduna hörmət göstərmiş, hətta Misirə geri qayıtmasına icazə vermişdi (Mənbə Gastin Marozzi: Tamerlan, Qanun nəşriyyatı. Əmir Teymurun vəsiyyətlərı, Qanun nəşriyyatı. http://az.wikipedia.org/wiki ibn_Xeldun).

 

Əmir Teymurla keçirdiyi görüşlər barədə İbn Xəldun özünün avtobiqrafiyasında geniş yazıb. İbn Xəldun avtobioqrafiyasında Əmir Teymurun Dəməşqi talan etməsi şəhərdə baş verən böyük yanğın haqqında da ətraflı məlumat verib.

 

İbn Xəldun 1401-ci ilin martında Qahirəyə geri döndü. Sonrakı beş ilini avtobioqrafiyasını dünya tarixindən bəhs edən əsərini tamamlamağa sərf etdi eyni zamanda müdəssirlik qazılıq vəzifələrini yerinə yetirdi. Altıncı dəfə Maliki qazısı təyin edilməsindən bir ay sonra 17 mart 1406-cı ildə vəfat etdi Nəsr qapısının yanında Sufiyyə qəbiristanlığında dəfn edildi.

 

İbn Xəldun: böyük şəxsiyyət ziddiyyətli xarakter

 

İbn Xəldun saray mühitində fəaliyyətini davam etdirdiyindən böyük tarixi şəxsiyyət olmaqla bərabər, həm siyasi baxımdan ziddiyyətli insan olub. Bu da onun daim saray mühitində intriqalar içərisində olmağından özünü müdafiə etmək üçün rəqiblərini müxtəlif yollarla aradan qaldırması ilə əlaqədardır.

 

Məsələnin bu tərəfinə diqqəti cəlb edən, Misirdə hakimlik etmiş olan Məhəmməd Abdullah İnan bioqrafiyasında İbn Xəldunun bəzi cansıxıcı xüsusiyyətləri haqqında belə yazır: İbn Xəldun bir opportunist idi. O özünü müdafiə etmək rəqiblərini aradan qaldırmaq məqsədi ilə istənilən addımı atırdı. O, əlinə düşən imkanlardan məharətlə rəqiblərinə qarşı istifadə etməyi bacarırdı. O, məqsədinə çatmaq üçün istifadə etdiyi ədalətsiz tədbirləri özünümüdafiəyə xidmət etdiyini söyləyərək, bununla özünə haqq qazandırırdı.

 

Məhəmməd Abdullah İnan yazır ki, İbn Xəldun hər zaman qalib gələnin tərəfini tuturdu. Onun sözlərinə görə, İbn Xəldun öz məqsədinə çatmaq üçün sarayda istənilən adamı qurban verməyə hazır idi.

 

Rosenthal isə yazır ki, bütün dahi insanlar kimi İbn Xəldunun da davranışları hərəkətləri çaşqınlıqdan uzaq idi... O özünü müdafiə etmək üçün istənilən vasitəyə əl atmağa hazır idi. O həmçinin qeyd edir ki, İbn Xəldun bütün zamanların ən böyük şəxsiyyətlərindən biri olmasına baxmayaraq, şikayətləndiyi intriqalar, onun öz intriqalarına verilən cavabdan başqa bir şey deyildi.

 

İbn Xəldun yaradıcılığı İbn Xəlduna böyük şöhrət gətirən onun yazdığı Kitabul-İber tarixi əsəridir.

 

İbn Xəldun bu əsərində dövrün tarixi, siyasəti, iqtisadyyatı idarə etməyi tarixin digər məqamlarına aydın şəkildə işıq salıb.

 

Kitabın tam adı belədir: Ərəblərlə ərəb olmayanların, bərbərlərin eyni dövrdəki böyük qüdrət sahiblərinin müharibələrinə aid mənbə, xəbərləri toplayan rəy bildirən kitab (Kitâbul-Iber ve Dîvânul-Mubtede vel-Haber Eyyâmil-Arab vel-Acem vel-Berber ve men Asarahum min zeviyiyîs-Sultânil-Ekber).

 

Əsər ön söz, giriş müqəddimə daxil olmaqla 7 cilddən ibarətdir. Kitabda ərəb tarixi ilə yanaşı, fars, yəhudi, qədim Misir, türk franklar kimi bir sıra toplumların tarixindən, o cümlədən Əməvi Abbasilər tarixindən bəhs olunur.

 

İbn Xəldun Kitabul-İber tarixi əsərinin əvvəlində yazır: Bil ki: tarix elmi millətlər qövmlərin bir-birindən nəql rəvayət etməkdə olduğu elmlərdəndir. Tarixi öyrənmək üçün atlara üzəngilər, dəvələrə səmərlər bağlanaraq (minik heyvanlarına minərək) səfərlərdə qocalırlar. Xalq heç bir şeyə önəm verməyən qafillər belə, tarix öyrənmək istəyirlər. Hökmdarlar Yəmən hökmdarları Kayllar tarix öyrənmək üçün bir-biriləri ilə yarışırlar. Onu anlamaq cəhətdən alimlər cahillər bir-birinə bərabərdir. Tarix zahirdən baxıldığında keçmişdəki hadisələrin, dövlətlərin vəziyyətlərinin keçən dövrdəki xəbərlərin o tərəfinə keçməz. Tarixdə sözlər istinadlarla nəql olunur tarixi hadisələrlə məsələlər zərb olunur. Məclislər camaatla dolu olduqda tarixi hadisələr nəql edilərək yığıncaqlar təzələnir, dinləyənlər xoşlanar rəğbətlə istirahət edərlər. Tarix insanların qövmlərin hal vəziyyətlərinin necə dəyişmiş olduğunu, dövlət sərhədlərinin necə genişlənmiş, qüvvət qüdrətlərinin necə artmış olduğunu, ölüm dağılma çağı gələnə qədər yer üzünü necə abad etdiklərini bizə bildirir. Bu, tarixin zahiri mənasıdır. Tarixin içində gizlənən məna isə araşdırmaq, düşünmək, araşdırmaqdan varlığın (kainatın) səbəb xəstəliklərini diqqətlə anlamaq, hadisələrin baş verməsi gedişatının səbəb tərtibini araşdırıb bilməkdən ibarətdir. Bax buna görə tarix şərəflidir hikmətin içinə qərq olmuşdur. Buna görə tarix hikmət fəlsəfə elmlərindən biri hesab olunmağa layiqdir (Mənbə Ibn Haldun (1990). Mukaddime. Istanbul: Milli Egitim Bakanlğı. ss. 4-5. ISBN 975.11.0359-2.

 

http://az.wikipedia.org/wiki ibn_Xeldun).

 

Əziz Mustafa

Zaman.-2015.-29 aprel.-S.9.