Müasir Rusiya nəyi mütaliə edir?”

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK), RusiyanınSodeystvieMədəniyyət-təhsil proqramlarına yardım Fondunun, Rusiya Dövlət Kitabxanası Rusiya Federasiyasının regional kitabxanalarının birgə təşkilatçılığı iləMüasir Rusiya nəyi mütaliə edir?” mövzusunda tədbir keçirilib.

Bu barədəZaman-Azərbaycan”a AMEA Mərkəzi Elmi Kitabxanasının Mətbuat xidmətinin əməkdaşı Ruslan Kərimov məlumat verib. Onun sözlərinə görə, tədbirdə Rusiyanın ədəbiyyat mədəniyyət sahələrindən mütəxəssislər,  eləcə Azərbaycandakı rus icmalarından, kitabxanalardan, nəşriyyat evlərindən ali məktəblərdən nümayəndələr iştirak ediblər. İlk olaraq tədbiri giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonaqları salamlayaraq birgə təşkil olunan bu görüşün böyük maraqla qarşılandığını nəzərə çatdırıb. L. İmanova bildirib ki, tədbir Rusiya Federasiyasının Prezidentinin sərəncamına uyğun olaraq RusiyanınBilikcəmiyyəti tərəfindən keçirilmiş müsabiqə əsasında ayrılmış qrant vəsaiti hesabına Rusiya Dövlət Kitabxanası tərəfindən həyata keçirilənMüasir Rusiya nəyi mütaliə edir?” adlı layihə çərçivəsində təşkil edilib. SonraSodeystvieMədəniyyət-təhsil proqramlarına yardım Fondunun müdir müavini, həmçinin sözügedən layihənin rəhbəri, kulturologiya üzrə fəlsəfə doktoru Tatyana Kozlova  layihənin məqsədləri barədə qısa məlumat verib.

Azərbaycanda rus dilinə ədəbiyyatına böyük maraq olduğunu bildirən layihə rəhbəri Akademiyanın kitabxanasında rus dilində kitabların nümayiş etdirilməsini yüksək qiymətləndirib. Qonaq bütün bunların Rusiya-Azərbaycan münasibətlərinin təbii xarakterindən xalqlarının tarixi dostluğundan qaynaqlandığını deyib. Qeyd edib ki, bu kimi tədbirlər hər iki ölkənin mədəniyyət sahəsində münasibətlərinin inkişafına şərait yaradır.

Sonra Rusiya Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Tatyana Mironova”Müasir Rusiya nəyi mütaliə edir?” adlı təqdimatla çıxış edib. Bədii əsərlərə münasibətdə rusların hər zaman həssas olduğunu deyən alim müasir rus oxucusunun mütaliə üçün müraciət etdiyi ədəbiyyatdan danışıb. Alim bildirib ki, rus oxucusunun bütün tarixi dövrlərdə öz kitabları olub. Hər bir dövrün baş verən ən mühüm hadisələri rus cəmiyyəti ilə bərabər rus ədəbiyyatını da formalaşdırıb. Sovet dönəmində daha çox bir istiqamətli ədəbiyyatla tanış olan rus oxucusu bugün tamam fərqli ədəbiyyatla tanış olur. Həm klassik həm müasir rus ədəbiyyatı ilə yanaşı xarici əsərlər rus dilinə çevrilərək oxucuların ixtiyarına verilir.

Tədbirdə T. Mironova  müasir rus yazıçılarının yaradıcılıq istiqamətlərindən danışıb.Sonra Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, “Akademkitab” MMC-nin direktoru, filologiya elmləri doktoru Əliağa Cəfərov, Bakı Slavyan Universitetinin rus dili kafedrasının dosenti Kəmalə Umudova,

Literaturnıy Azerbaydjanjurnalının əməkdaşı Alina Talıbova digər qonaqlar çıxış edib. Birgə əməkdaşlıq istiqamətində həyata keçirilən bu kimi tədbirlərin Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına yeni töhfə verəcəyinə əminlik ifadə ediblər.

Zaman.- 2015.- 23 dekabr.- S.- 10