Prezident İlham Əliyev: “Multikulturalizm bizim adət-ənənəmizdir”

UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal rol oynadığını vurğulayıb: “Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin eyni zamanda dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq. Biz 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirakını təmin edənBakı prosesiadlı forum təşəbbüsünü irəli sürdük. Bu, tərəfimizdən atılmış birinci addım idi. Sonra 2009-cu ildə biz əksini etdik. İslam ölkələrinin mədəniyyət nazirlərinin görüşünə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərini dəvət etdik”.

Azərbaycan Prezidenti bildirib ki, bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var: “Bakı prosesitəşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir. Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh dostluq şəraitində yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin, pravoslav katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına inşasına sərmayə yatırır. Qafqaz regionunda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanın qədim Şamaxı şəhərində yerləşməsindən qürur hissi keçiririk. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir”.İlham Əliyev deyib ki, bu gün multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir bizim həyat tərzimizdir: “Bu mümkündür, çünki bizim bu sahədə topladığımız çox vacib təcrübəmiz var. Bunun bir nümunəsi bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Çox qəribədir ki, Avropadan başqa, bütün qitələrin öz oyunları var idi. Olimpiya Oyunlarının ana vətəni qədim Yunanıstan olmuşdur, sonra Baron de Kuberten Oyunları burada - Fransada bərpa etmişdir. Lakin Avropanın heç zaman özünəməxsus Oyunları olmamışdı. Beləliklə, Avropa Olimpiya Komitəsinin müsəlman ölkəsində Avropa Oyunlarının bərpası ilə əlaqədar müdrik qərarı multikulturalizm tolerantlıq ideyalarının hamımız üçün əhəmiyyət kəsb etdiyini nümayiş etdirir.Oyunlar uğurla keçirilmişdir Avropanın 50 Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet Oyunlarda iştirak etmişdir. Biz 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Ola bilsin ki, uzun illər ərzində Azərbaycan Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yer olaraq qalacaqdır. Biz qarşılıqlı anlaşmaya töhfə verməyi davam etdirəcəyik, çünki multikulturalizm qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə əsaslanır.

Siz digər dinlərə öz dininizə rəğbət bəslədiyiniz kimi hörmət etməlisiniz. Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda biz potensial riskləri azalda bilərik. Biz artan gərginlikləri aradan qaldıra bilərik. Əfsuslar olsun ki, dünyada vəziyyət bizim istədiyimiz istiqamətə doğru dəyişmir. Biz səylərimizi birləşdirməliyik. Biz Azərbaycanda qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetiririk. Konfransın sədrinin qeyd etdiyi kimi, gələn il biz xüsusilə multikulturalizm, dini etnik tolerantlıq məsələlərinin müzakirəsini nəzərdə tutan BMT-nin Sivilizasiyaların Alyansının qlobal forumuna ev sahibliyi edəcəyik. Bu məsələdə UNESCO-nun nadir rolunu vurğulamaq istəyirəm. Biz UNESCO-nun fəaliyyətini baş direktoru xanım İrina Bokovanın güclü rəhbərliyini dəstəkləyirik. Azərbaycan UNESCO-ya şərəfli fəaliyyətində dəstək olmaq üçün əlindən gələni edəcəkdir. Bir daha sizi salamlamaq, sizə hörmətimi ifadə etmək UNESCO-nun 70-ci ildönümü münasibətilə sizi təbrik etmək istəyirəm. Çox sağ olun”.Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış etdi. O, Parisdə törədilən son terror aktlarından bəhs etdi, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirdi. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd etdi.Prezident Fransua Olland terror hadisələri ilə bağlı bütün dünyada Fransa xalqına göstərilən həmrəylikdən danışdı. O vurğuladı ki, Parisdə terror aktlarını törədənlər qatillərdir onlar heç bir sivilizasiyaya aid deyillər.Fransa dövlətinin başçısı bəşəri dəyərlərin qorunmasında UNESCO-nun mühüm rol oynadığını bildirdi, təşkilatın Əfqanıstanda, Malidə digər ölkələrdə dağıdılmış abidələri bərpa etdiyini vurğuladı. Fransa Prezidenti UNESCO-nun mədəni dəyərlərin qorunması ilə bağlı çoxlu layihələr həyata keçirdiyini diqqətə çatdırdı.Forumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşdülər.Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edildi.Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirildi. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırıldı. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edildi.Görüşdə əməkdaşlığımızın bundan sonra da genişləndirilməsinə əminlik ifadə olundu bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Xəyalə Sadıqova

Zaman.- 2015.- 25 noyabr.- S.- 13