Çaydaşı ustası Müqəddəs cütlüyünü təqdim etdi

 

Ədalət Elmanın çay daşları üzərinə həkk etdiyi rəsm əsərlərinin növbəti sərgisi keçirildi

 

Dünən Müşfiqabad qəsəbəsinin Mədəniyyət Sarayının təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Ədalət Elmanın çay daşları üzərinə həkk etdiyi rəsm əsərlərinin növbəti sərgisi keçirildi. Sərgidə sənətkarın, digər əsərləri ilə yanaşı, ilk dəfə olaraq ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın portretlərindən ibarət Müqəddəs cütlük əsəri nümayiş etdirildi. Çaydaşı ustasının dediyinə görə, o, bu əsəri ərsəyə gətirmək üçün 5-6 ay vaxt sərf edib.

Sərgidə Azərbaycanın tanınmış şəxsiyyətlərinin portretləri, tarixi abidələri müxtəlif mövzulara həsr olunmuş 50- yaxın əl işi nümayiş etdirilir. İndiyədək 10-dan çox sərgisi keçirilən 200-dən artıq sənət əsərinin müəllifi olan Ədalət Elmanın ən böyük arzusu Bakıda Dil açan daşlar adlı muzey təşkil etməkdir.

 

 

Məftun Salmanov

 

Zaman.-2009.-7 may.-S.8.