Xilaskar maraqla qarşılandı

Tamaşada Heydər Əliyev obrazını teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırır

 

Aktyor Evində yazıçı Aqşin Babayevin Heydər Əliyevin xatirəsinə həsr etdiyi Xilaskar sənədli-publisistik pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya içtimai baxış keçirilib. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən nümayiş etdirilən birhissəli tamaşada Heydər Əliyevin ikinici dəfə hakimiyyətə qayıdışı canlandırılıb.

Əsərə quruluş tərtibat vermiş əməkdar incəsənət xadimi Oruc İzzətoğlu (Qurbanov) aktyor heyətindən ustalıqla bəhrələnərək yaxın keçmişimizin təlatümlü anlarını, ölkəni uçuruma aparan siyasətbazların, dövlət məmurlarının üzünü, xəyanətkar xislətlərini qabarıq ştrixlərlə tamaşaçıya çatdırmağa müvəffəq olub.

Tamaşada Heydər Əliyev obrazını teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırır. Bəri başdan deyək ki, o, Heydər Əliyevin xalqa, vətənə olan sədaqət məhəbbət hisslərini, onun prinsipial, həm qətiyyətli xarakterini tamaşaçılara yaddaqalan cizgilərlə çatdıra bilir. Hətta o, Heydər Əliyevin məlum tarixi çıxışlarını edərkən tamaşaçılar bu səsin aktyora məxsus olduğuna şübhə ilə yanaşdılar. Elə ictimai baxışda çıxış edənlər - rejissor Vaqif Əsədov, aktyor Azad Şükürov başqaları onun bu obraz üzərində mükəmməl işlədiyini vurğuladılar. İftixar Piriyev bizimlə söhbətində bu rolun onun yaradıcılığında ilk tarixi obraz olduğunu vurğulamaqla yanaşı, üzərinə düşən məsuliyyəti dilə gətirdi.

Sədr obrazını canlandıran xalq artisti Elmira İsmayılova prototipi hamıya bəlli olan şəxsi tamaşaçılara xarici görkəminin uyarlığı daxili aləminin təzadları ilə birgə təqdim etməyi yüksək peşəkarlıqla bacarır. Digər rolların ifaçıları - xalq artisti Süleyman Nəcəfov (Saqqal Həmzə), əməkdar artist Vaqif Kərimov (Deputat), Nazir Rüstəmov (ikinci deputat) öz rollarının öhdəsindən lazımınca gəlirlər. Yeni tamaşanın Gürcüstanda, Türkiyədə Misirdə nümayişi nəzərdə tutulub.

 

 

İsmət Tapdıq

 

Zaman.-2009.-7 may.-S.8.