|
|
|
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarına (Protokol № 2/1, 03 avqust 2006) əsasən M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində çap məhsullarının, kitabların və əlyazmaların bədii və elmi dəyərinin müəyyənləşdirilməsi, xüsusi bədii ekspertiza keçirilməsi, mühafızə şəhadətnaməsinin verilməsi üzrə ekspert komissiyası fəaliyyət göstərir.
Əsasnaməyə əsasən aşağıda göstərilən nəşrlər və çap məhsullarının Azərbaycan Respublikasından çıxarılmasına icazə verilmir: qədim əlyazmalar, qiymətli metallardan (qızıl, gümüş, platin) və nadir materiallardan (fil sümüyü, dəri, perqament və s.) cildlənmiş və haşiyələnmiş nəşrlər və çap məhsulları, 1920-ci ilədək çap olunmuş kitablar, kitabçalar, xəritələr, digər nəşrlər və çap məhsulları (nəşr yerindən asılı olmayaraq), Azərbaycan Respublikasının Milli mədəniyyət əmlakının Dövlət Reyesterinə daxil edilmiş nəşrlər və çap məhsulları, 1960-cı ilədək Azərbaycan ərazisində çap olunan və ölkə çap məhsullarının arxiv fondunda olmayan, titulu, 3-cü və 17-ci səhifələri qəsdən ləgv edilmiş nəşrlər və çap məhsulları.
Çap məhsullarının, kitabların və əlyazmaların respublikadan çıxarılmasına icazə almaq üçün fiziki və ya hüquqı şəxs Komissiyaya ərizə ilə müraciət edir. Ərizəyə ölkədən çıxarılması nəzərdə tutulan nəşrlərin və materialların siyahısı 3 nüsxədə əlavə olunmalıdır. Siyahıda nəşrin müəllifi, sərlövhəsi, nəşr yeri və ili, səhifələrin miqdarı, şəkil, çertyoj və sxemlərin olub-olmaması mütləq gostərilməlidir.
Respublikadan çıxarılmasına icazə verilmış çap
məhsullarına, kitaba və əlyazmaya Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən təsdiq edilən forma üzrə nömrələnmiş ciddi hesabat blankı
olan - şəhadətnamə (icazə sənədi) verilir.
Ekspertizanın keçirilməsi müqabilində fiziki və ya
huquqi şəxs Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış
qiymət cədvəli əsasında nəğd yaxud hesaba pul köçürmə yolu ilə
müəyyən məbləğ ödəməlidir. |