AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİ

Atatürkün anadan olmasının 125 illiyinə

MUSTAFA KAMAL ATATÜRK

TURKÇÜLÜK

(Elmi konfransın materialları)

29 oktyabr 2005-ci il

 

Tərtib edəni

 OSMAN MUSAYEV

 

Bakı - AzAtaM - 2006

 


 

Redaktor Səfalı Nəzərli

 

 

 

 

Mustafa Kamal Atatürk və türkçülük (Elmi konfransın materialları). Tərtib edən Osman Musayev.

Bakı, "Nurlan", 2006.- 74 səh.

 

2005-ci il oktyabrın 29-da M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət Nazirliyinin, Atatürk Mərkəzinin

və Milli Kitabxananın birgə təşkil etdikləri elmi konfrans keçirilmişdir.

Konfrasda dahi öndərin həyatı və fəaliyyətinin nıüxtəlif

aspektlərini əhatə edən maraqlı məruzələr və çıxışlar olmuşdur.

Bu nəşrə həmin materiallar və müəyyən fotoşəkillər daxil edilmişdir.

Kitab türkşünaslara və Atatürkü sevənlərə layiqli hədiyyə olacaqdır.

 

4702000000

N-098-2006

© "Nurlan", 2006

 

 

 

Kərim Tahirov,

M.F.Axundov adına Azərbaycan

Milli Kitabxanasının direktoru

 

 

 

 

GİRİŞ SÖZÜ

 

 

Hörmətli Cənab Səfir! Hörmətli konfrans iştirakçıları!

Xanımlar və cənablar!

 

 

Bu gün həm Azərbaycan xalqı üçün və həm də türk xalqı üçün əlamətdar və fərəhli bir gündür. Biz fəxr edirik   ki,   qardaş   türk   xalqı    ilə   birlikdə   həm   Türkiyə Cümhuriyyətinin 82-ci ildönümünü və həm də böyük Mustafa Kamal Paşa Atatürkün xatirə gününü qeyd edirik.

 

Bir-biri ilə qırılmaz surətdə bağlı olan bu iki tarixi gün bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Osmanlı imperiyasınm süquta uğraması ötən əsrin əvvəllərində türk xalqmı çıxılmaz vəziyyətə salmış, Türkiyəni dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. Belə bir çətin zamanda türk xalqımn iradəsi və böyük Atatürkün rəhbərliyi ilə görünməmiş bir möcüzə türk xalqını çox böyük bəlalardan xilas etdi.

 

Bu, tarixdə analoqu olmayan, görünməmiş bir istiqlal mücadiləsi idi və Böyük türk xalqnın bu qələbəsi bütün dünyanin güclü ölkələrini məcbur etdi ki, Türkiyəni bir dövlət kimi qəbul etsinlər. 1923-cü ilin 29 oktyabrında Cümhuriyyətin elan edilməsi ilə bitən türk xalqın mücadiləsi böyük Atatürkün rəhbərliyi ilə Türkiyənin Avropa ölkələri sırasına çıxmasına geniş imkanlar açmış oldu. Mən cəsarətlə bu qələbəni türk xalqının yenilməz cəsarəti ilə böyük Atatürkün dühasının, məharətinin birliyi sayəsində mümkün olduğunu söyləmək istərdim.

 

Bu gün artıq Avropa Birliyinə daxil olmaq ərəfəsində olan Türkiyə Cümhuriyyəti reallıqdır və bizim üçün böyük örnək ola bilər. Türkiyə Cümhuriyyətinin ildönümü günündə böyük Atatürkün xatirəsinin yad olunması da təsadüfi deyildir, çünki onları ayrı-ayrılıqda təsəvvür etmək qeyri mümkündür.

 

Mən bu gün bir fikri də önə çəkmək istəyirəm ki, həm Türkiyə Cümhuriyyətinin və həm də Azərbaycan Respublikasının öz müstəqilliyini elan etmələrinin məhz oktyabr ayına düşməsi də təsadüf deyildir. Bu, bir qanunauyğunluq və tale yaxınlığının bariz nişanəsidir.

 

Mən bu gün belə bir paralel də aparmaq istəyirəm ki, həmişə xalqların, dövlətlərin istiqlala qovuşması və müstəqillik qazanması mütləq dahi şəxsiyyətlərin adı və fəaliyyətləri ilə bağlı olur və müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində bugünkü müstəqil Azərbaycan yaşayır və əsrlər boyu inkişaf edib yaşayacaqdır.

 

Tale mənə   1993-cü ildə Türkiyə Cümhuriyyətinin Afyon bölgəsində böyük istiqlal savaşında şəhid olan cəsur türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksinin açılışına həsr olunmuş möhtəşəm bir törəndə iştirak etməyi nəsib etmişdir. Mən bu fürsət üçün türk dostlarıma hədsiz minnətdaram, ona görə ki, mən o vaxt yayın istisində, torpaq yolla çox yüksəkliyə qalxaraq o törənə qatılan izdihamı görəndə qəlbim fərəh hissi ilə doldu, türk xalqının vətənpərvərliyinə, yurdsevərliyinə yaxşı mənada qibtə etdim. Orada söylənilənlərdən sonra mən Atatürkün böyüklüyünə və dahiliyinə bir daha valeh oldum.

 

Mən elə bilirəm ki, müharibə vəziyyətində olan, torpaqlarının 20%-i düşmən tapdağına çevrilmiş olan Azərbaycan xalqının istiqlal gününü belə böyük təntənə ilə qeyd etməsi və türk qardaşlarımızın istiqlal savaşında göstərdiyi şücaətləri bir örnək kimi tez-tez xatırlaması bu gün çox vacibdir.

 

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan Azərbaycanda Atatürk Mərkəzinin yaradılması bu istiqamətdə görülən ən mühüm işlərdən biridir. Bu Mərkəzin Türkiyənin öyrənilməsi və böyük Atatürkün fəaliyyətinin tədqiqi istiqamətində apardığı işlər təqdirəlayiqdir və uğurludur.

 

Bugünkü tədbirimiz də məhz Azərbaycanda Atatürk Mərkəzinin yaxından köməkliyi ilə mümkün olmuşdur. Həmin konfransın hazırlanıb keçirilməsində bizə hərtərəfli köməklik göstərdiyinə görə Azərbaycanda Atatürk Mərkəzinin direktoru millət vəkili, professor Nizami müəllim Cəfərova, onun müavini Osman müəllimə və Mərkəzin bütün əməkdaşlarına təşəkkürümüzü bildirirəm.

 

Respublikamızda bu gün Türkiyə Cümhuriyyətinin ildönümünə və böyük Atatürkün xatirəsinə həsr olunmuş çoxlu tədbirlər keçirilməsinə baxmayaraq, vaxt tapıb bizim tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublika-sındakı fövqəladə və səlahiyyətli səfiri cənab Turan Moralı bəyə və tədbirdə iştirak edən səfirliyin digər əməkdaşlarına da minnətdarlığımı bildirirəm.

 

Biz bugünkü tədbirimizi keçirməyə hazırlaşarkən həmişə tətbiq etdiyimiz metodikadan bir qədər kənara çıxmağı qərara aldıq və tədbirimizi müvafiq tematikalı elmi konfransla geniş kitab sərgisinin sintezi kimi sizlərə təqdim etmək qərarına gəldik. Onun effektliyini qiymətləndirməyi isə sizin öhdənizə buraxırıq.

 

İcazə verin bütün konfrans iştirakçıları adından, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının kollektivi və çoxminli oxucuları adından, bütün türkiyəsevər vətəndaşlarımız adından hörmətli Türkiyənin Azərbaycandakı səfirini, səfirliyin burada iştirak edən əməkdaşlarını və onların şəxsində bütün türk xalqını bu əlamətdar bayram münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm və onlara daha böyük uğurlar arzulayıram! Türk xalqına və Azərbaycan xalqına həmişə bir-birinin yanında olmağı, bir-birinə dayaq, yardımçı olmağı arzulayıram!

 

İndi isə icazə verin konfransımızı açıq elan edim və sizlərin icazəsi ilə çıxış üçün ilk sözü Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərova verim, buyurun, Nizami müəllim.

 

 

 

 

Nizami Cəfərov,

Atatürk Mərkəzinin müdiri,

AMEA-nın müxbir üzvü

 

 

 

 

AZƏRBAYCAN ATATÜRKÇÜLÜYÜ, YAXUD HEYDƏR ƏLİYEV ATATÜRK HAQQINDA

 

 

Mustafa Kamal Atatürkün adı Azərbaycanda görkəmli hərbi-siyasi xadimin tarix səhnəsinə çıxdığı dövrdən -- XX əsrin əvvəllərindən məşhurlaşmağa başlamış, ölkənin "kommunistləşdiyi" ilk illərdə rəsmi ideologiya Mustafa Kamalın rəhbərliyi altında gedən mübarizəni "Türkİyənin istiqial uğrunda mübarizəsi" kimi təbliğ etmişdir. "Kommunist" qəzetində çap olunmuş bir sıra məqalələrin yalnız adlarını sadalamaq kifayətdir ki, Azərbaycan kommunist ideologiyasının Mustafa Kamala və (kamalçıliğa!) nə qədər fəal münasibət göstərdiyi tamamilə aydın olsun: "Mustafa Kamal cəbhələrində" (18 avqust 1920-ci il), "Türkiyə və Şərq inqilabı" (16 noyabr 1920-ci il), "Sağ kamalçılar və Şuralar Rusiyası" (30 noyabr 1920-ci il), "Anqara hökuməti - milliyəsi və Şura Rusiyası" (30 dekabr 1920-ci il), "Türkiyə və şərq məsələsi" (28 iyun 1921-ci il), "Yeni Türkiyə və Cəmiyyəti-əqval" (20 dekabr 1922-ci il), "Lozan" (6 iyul 1923-cü il), "Türkiyə Böyük Millət Məclisi seçkiləri bitir" (25 iyul 1923-cü il) və s. Ümumiyyətlə, 20-ci illərdə Azərbaycanda Atatürkə rəsmi ideoloji münasibət əsasən müsbət olmuşdur. Lakin 30-cu illərin əvvəllərindən başlayaraq atatürkçülük (və türkiyəçilik) türkçülüyə (və anti-türkiyəçiliyə) çevrilmişdir.

 

XX əsrin 50-ci illərindən başlayaraq Atatürkə (və Türkiyəyə) münasibətdə müəyyən liberallaşma özünü göstərsə də, 30-cu illərdə formalaşmış ideoloji təzyiq nəinki 50-ci, 60-cı, hətta 70-ci, 80-ci illərə qədər davam etmişdir. 80-ci illərin sonlarından Sovetlər Birliyinin dağılması, Azərbaycanın milli müstəqilik uğrunda mübarizəsi Atatürk (və Türkiyə) barədəki tarixi yaddaşı bütün gücü ilə yenidən canlandırdı. Və 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda Atatürkə münasibət romantik bir vüsət aldı: xalq, milli-ictimai təfəkkür (o illərdə müstəqil Azərbaycan dövlətçiliyi hələ formalaşmamışdı) dahi türk dövlət qurucusuna özünün sonsuz məhəbbətini izhar etməkdən o tərəfə keçmirdi.

 

Beləliklə, müstəqil Azərbaycan dövlətinin təşəkkülünə qədər Azərbaycanda Atatürkə (və onun qurucusu olduğu Türkiyə dövlətinə) münasibətin tarixi aşağıdakı mərhələlərdən ibarət olmuşdur:

 

I. Əsasən müsbət münasibət mərhələsi (20-ci illər);

 

II. Əsasən  mənfi münasibət mərhələsi (30-cu illərin əvvəllərindən 50-ci illərə qədər);

 

III. "Liberal" münasibət mərhələsi (50-ci illərdən 80-ci illərin ortalarına qədər);

 

IV. Romantik münasibət mərhələsi (80-ci illərin sonu 90-cı illərin əvvəlləri).

 

Əlbəttə, düşünmək olmaz ki, rəsmi ideologiyanın Atarükə (və Türkiyəyə) münasibəti bütün mərhələlərdə Azərbaycan xalqının münasibətinə uyğun gəlir, - xalqın dünyanın ən böyük (və müstəqil!) türk dövlətinə, eləcə də onun qurucusuna münasibəti həmişə müsbət olmuşdur. Lakin etiraf etmək lazımdır ki, Sovetlər Birliyinə daxil olan bütün xalqlar kimi Azərbaycan xalqı da rəsmi ideologiyanın mövqeyinə dayanmağa məhkum edilmiş, özünəməxsus mövqe nümayiş etdirməyə çalışanlar isə xüsusilə 30-50-ci illərdə "layiqincə" cəzalandırılmışlar.

 

Azərbaycanda atatürkçülüyün sözün əsl mənasında (və necə varsa o cür!) təbliği, yayılması 90-cı illərin ortalarından başlamışdır. Həmin mərhələni (əslində dövrü!) fərqləndirən əsas keyfiyyət Atatürkün (Türkiyənin) dövlət quruculuğu təcrübəsindən müstəqil Azərbaycan dövlətinin qurulmaq prosesində istifadə olunması idi ki, bu da birinci növbədə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin fəaliyyətində bilavasitə təzahür edir. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürkə münasibəti yalnız bir böyük dövlət xadiminin başqa bir böyük dövlət xadiminə yüksək qiymət verməsi deyil, eyni zamanda tarixin kifayət qədər sərt sınaqlarından çıxmış mükəmməl bir siyasi-ideoloji, təcrübə sisteminin (atatürkçü-lüyün!) müasir dövrün həm lokal (Azərbaycan), həm də qlobal (ümumdünya) tələblər baxımından dəyərləndirilməsi kimi də diqqəti çəkir. Atatürk türk xalqını, türk dövlətçiliyini Heydər Əliyev isə Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini xilas etmişlər. Və əlahəzrət Tarix dəfələrlə sübut etmişdir ki, bir dahinin fəaliyyəti ondan sonra gələn başqa bir dahinin fəaliyyətində daha mükəmməl, daha canlı şərh olunur, nəinki akademik mülahizələrdə, yaxud sxematik texnologiyalarda...

 

Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə (90-cı illərin əvvəllərində) hələ sadəcə elan olunmuş respublikanın səriştəsiz prezidentləri ictimai şüurun sistemsiz təzyiqi altında milli dövlət quruculuğu nümunəsi axtararkən Türkiyənin, Atatürkün adını çox çəksələr də, əslində, həmin təcrübədən (ümumiyyətlə hər hansı dövlət quruculuğu təcrübəsində) xəbərsiz idilər. Ona görə də gah Sovetlər Birliyinin bərpasına çalışır, gah turançılıq xəyallarına qapılır, heç bir əsası olmadan qonşu dövlətlərə münasibətləri korlayır, ölkə daxilində hərc-mərcilik yaradaraq ərazi itkilərinə imkan verilir və belə bir həqiqəti dərk etmirdilər ki, hər adam Atatürkdən öyrənə, onun tarixi təcrübəsindən faydalana bilməz, bunun üçün ümumiyyətlə dövlət quruculuğu istedadı lazımdır. Heydər Əliyevin Atatürkə münasibətinin tarixi xarakterini (və keyfiyyətini!) müəyyən edən əsas şərt də məhz ondan ibarətdir ki, Heydər Əliyev Atatürkü, hər şeydən əvvəl, dərk edir. Onun kim olduğunu, hansı maneələri hansı yollarla dəf etdiyini, hansı nəticələrə nail olduğunu yaxşı bilir. Və yalnız bütün bunlardan sonra onun təcrübəsinə müraciət edir. Heydər Əliyevin Atarükə münasibəti taktiki, yaxud impulsiv münasibət deyil, o, Türkiyə Cümhuriyyətinin banisinin mübarizəsində milli dövlət quruculuğu strategiyasını görür. Və dahiyanə bir aydınlıqla qiymətləndirir: "Türkiyə Cümhuriyyəti Atatürkün yalnız fəaliyyətinin deyil, həm də qəhrəmanlığının nəticəsidir".

 

Atatürkü XX əsrin əvvəllərindən fəaliyyət göstərmiş müsəlman dünyası siyasi-ictimai xadimlərindən fərqləndirən əsas cəhət, Heydər Əliyevin müxtəlif münasibətlərlə dəfələrlə qeyd etdiyi kimi, ondan ibarətdir ki, o yalnız proqressiv ideyalar irəli sürməklə kifayətlənməmiş, həmin ideyaları həyata keçirmiş, bununla da kifayətlənməyərək qurmuş olduğu dövlətin inkişaf edib möhkəmlənməsi üçün tarixi stimullar müəyyən etmiş, zəngin ideya qaynaqları aşkara çıxarmışdır. Ona görə də Türkiyə Cümhuriyyətinin qurucusunun göstərdiyi fəaliyyətin (və qəhrəmanlığın) miqyası, məsələn, 1918-1920-ci illər Azərbaycan Cümhuriyyətinin rəhbərlərinin gördükləri işlərin (biz bu işlərin dəyərini qətiyyən azaltmaq fikrində deyilik), miqyası ilə heç də müqayisəyə gəlmir. Gözəl, cəlbedici ideyalar həqiqətən maraqlıdır, ən gözəl, ən cəlbedici ideyaları xəyallarında yaradan mütəfəkkirlər çox olmuşlar, lakin həmin ideyaları həyata keçirən siyasi strateqlər isə dünyaya az-az gəlirlər.

 

Azərbaycanda milli dövlət quruculuğu prosesində Heydər Əliyevin daha çox Atatürkə əsaslanması, ondan ilham alması tamamilə təbiidir. Çünki Atatürkün ideyaları ardıcıl olaraq həyata keçmiş, böyük perspektivə malik Türkiyə dövləti yaranmışdır. Və Azərbaycan prezidentinin dediyi kimi, "Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən, milli istiqlaliyyətinə nail olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Türkiyə xalqının dəstəyinə, dayağına arxalanmış, Mustafa Kamal Atatürkün qoyduğu yolla gedən Türkiyə Cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir".

 

Azərbaycan Respublikasının qurucusu Türkiyənin (Atatürkün!) təcrübəsindən bəhrələnmənin konkret yolları, prinsipləri barədə də öz fikirlərini söyləmişdir; məsələn: "Biz Azərbaycanda, ölkəmizdə, dünyada sülh istəyirik. Mərhum Mustafa Kamal Atarükün Türkiyəyə aid olan bu sözləri Azərbaycanın bugünkü gününə də aiddir. Biz sülh uğrunda mübarizə apararaq torpaqlarımızı sülh yolu ilə azad etmək, Azərbaycanın  ərazi  bütövlüyünü,  suverenliyini  bərpa etmək istəyirik".

 

Əlbəttə, müasir dünyanın, müasir dövlət quruculuğunun tələbləri XX əsrin əvvəllərindəkindən fərqlənir, lakin böyük təcrübə ümumiyyətlə heç zaman köhnəlmir. Atatürkün (və Türkiyənin) təcrübəsi də türkdilli dövlətlər üçün məhz bu cürdür. "Atatürkün dahiliyi, müdrikliyi bizim üçün ilham mənbəyidir". Azərbaycan Prezidentinin aşağıdakı sözləri də Atatürkün (və Türkiyənin) təcrübəsinin Heydər Əliyev (və Azərbaycan) üçün nə demək olduğunu bir daha təsdiq edir: "Mənə böyük Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı təqdim olunubdur. Bu mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atarükün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq olacağam". Azərbaycan prezidenti dəfələrlə qeyd etmişdir ki, Atatürk ideyaları, milli dövlət quruculuğu prinsipləri Türkiyənin yalnız keçmişi, tarixi deyil, həm də gələcəyidir: "Mən əmin olduğumu bildirirəm ki, Türkiyə Cümhuriyyəti böyük öndər Mustafa Kamal Atatrükün yolu ilə əbədi olaraq gedəcəkdir. Türk xalqı nə qədər ki, bu yolla gedəcək, o qədər də uğurlar əldə edəcəkdir".

 

Türkiyə tarixinin müəyyən dövrlərində müxtəlif qüvvələrin Atatürkün müəyyən etdiyi yola qarşı çıxmaları, Atatürkün dövlət quruculuğu prinsiplərini təftiş etmək cəhdləri də müşahidə olunur, lakin türk xalqı, onun iradəsini bilavasitə əks etdirən türk ordusu həmişə Atatürkün müəyyənləşdirdiyi yolla inamla irəliləmiş, siyasi volyuntarizmin qarşısını vaxtında almışdır. Azərbaycan Prezidenti Türkiyə Cümhuriyyətinin mövcudluğunda türk ordusunun roluna xüsusi qiymət verərək demişdir: "Şəxsən mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün türk xalq qarşısında xidmətləri əvəzsizdir. Yəni o qədər böyükdür ki, ona qiymət vermək çətindir. Amma bunların içərisində onun iki böyük xidməti var. Birincisi, Türkiyə Cümhuriyyətinin yaranması; ikincisi, türk ordusunun yaranmasıdır".

 

Heydər Əliyev Atatürkün tarixi xidmətlərini dəyərləndirərək ikinci məsələyə diqqəti bir daha cəlb edir: "Türkiyə ordusu güclü ordudur. Bunu Mustafa Kamal Atatürk yaradıbdır. Mən bu gün böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, türk ordusu, türk əsgəri Mustafa Kamal Atatürkün ideyalarına, onun vəsiyyətinə, yoluna daim sadiq olmuşdur".

 

Atatürk özü də sözün həm dar, həm də geniş mənasında bir əsgər olmuş, Vətəninin müstəqiiliyini uzun illər məhz cəbhələrdə mübadilə etmiş, özünün hərbi-strateji qüdrətini dəfələrlə nümayiş etdirmişdir: o, gözəl bilirdi ki, milli müstəqilliyin davamlı olmasının əsas qarantı ordudur, əsgərdir. Və dünyanın müharibə içərisində çalxandığı XX əsrin əvvəllərində bu daha çox belə idi. Həmin illərdə öz müstəqilliyini elan etmiş ölkələrin bir çoxu (o cümlədən Azərbaycan Cümhuriyyəti) birinci növbədə mütəşəkkil orduya (və uzaqgörən komandana!) malik olmadığına görə, yaşaya bilmədi, xarici müdaxilə və daxili münaqişələrin təzyiqi altında süqut etdi.

 

Və tarixin təcrübəsi göstərir ki, dövləti ordu yalnız xarici təhlükələrdən qorunmaq, o həmçinin, milli mütəşəkkilliyin daxili düşmənlərinə, hər hansı cəmiyyətdə həmişə müəyyən yer tutan "dağıdıcı potensial"a, destruktiv qüvvələrə qarşı mübarizə üçün də zəruridir. Eyni zamanda ordu hər bir ölkənin təkcə fiziki gücünü yox, həm də mənəvi gücünü, idarəçilik intizamını təmin edir.

 

Atatürk Türkiyə Cümhuriyyətini bir hərbi-siyasi xadim olaraq qursa da, fəaliyyətin sonrakı illərində, 20-ci illərin ortalarından sonra elmin, mədəniyyətin, milli ictimai şüurun inkişafına və bütün bunlara nail olmaq üçün təhsilə ayrıca diqqət yetirmişdir. Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin fəaliyyətində də həmin cəhət xüsusi maraq doğurur. Atatürklə Heydər Əliyevi bu baxımdan müqayisə etmək mümkündür: onların bu istiqamətdəki fəaliyyətində oxşar, ümumtipoloji cəhətlər kifayət qədər çoxdur.

 

 

Türkiyə Cümhuriyyətinin Prezidenti 20-ci, xüsusilə 30-cu illərdə ölkənin inkişafı, millətin mütəşəkkilliyinin gücləndirilməsi üçün bir çox mədəni-mənəvi tədbirlər görülməsinin təşəbbüsçüsü olmuşdur. Ona görə də biz bu gün Atatürkün mədəniyyət, mənəviyyat, dil siyasətindən cəsarətlə danışır, böyük dövlət qurucusunun bu sahədəki təcrübəsinin uğurlu örnək olduğunu qəbul edirik.

 

Heydər Əliyev göstərir ki, "Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, iayiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək öz xalqını daha da yüksəklərə qaldırmışdır".

 

Atatürkə qədər şərqdə demokratik dövlətlər, respublikalar yaratmaq uğrunda müxtəlif mütəfəkkirlərin uzun illər davam edən ideya mücadilələri olmuş, hətta bir sıra cümhuriyyətlər elan olunmuşdur, lakin respublika qurmaq üçün demək olar ki, bütün təsisatların əsaslarını Türkiyəyə Avropadan gətirməli olan Atatürk yerli mədəni-tarixi (özünəməxsus!) şəraitdə onların kök salıb yaşamasına nail olmuş, türk insanı Atatürkün inqilabi xarakterli islahatlarını qəbul edərək kifayət qədər qısa bir dövrdə təbəədən vətəndaşa çevrilməyin nümunəsini vermişdir. Atatürk türk insanının nə qədər zəki, intellektual, zəngin mənəvi-ruhi potensiala malik bir insan olduğunu dünyaya (və onun özünə!) sübut etmişdir.

 

Azərbaycan Prezidenti dil quruculuğu sahəsində Atatürkün həqiqətən tarixi xidmətlərini göstərmişdir: "Türkiyədə türk dilinin inkişaf etdirilməsi böyük Atatürkün adı ilə bağlıdır. Bugünkü türk dilinin yaranması böyük Atatürkün xidmətləridir...

 

Mən Anadolu türk dilinin (Osmanlı türkcəsinin - N.C.) nə qədər ağır vəziyyətdə olduğunu bildirdim. Əgər Atarük dil haqqında qərar qəbul etməsəydi, bu gün belə gözəl Anadolu türkcəsi olmazdı". Bu sözləri söyləyən böyük dövlət xadiminin özü də Azərbaycan xalqının dilinə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük şöhrət qazandırmışdır. Onun ardıcıl olaraq yürütdüyü mükəmməl dil siyasəti milli dövlət quruculuğunun üzvi tərkib hissəsi olmuşdur. Atatürk kimi Heydər Əliyev də öndəri olduğu xalqın öz keçmişindən min illər boyu formalaşmış zəngin mədəniyyətindən, mənəviyyatından, dilindən ayrılmadan inkişaf etməsinin, müasir yaşam texnologiyalarına yiyələnməsinin tərəfdarıdır.

 

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2001-ci il mart ayının 9-da Azərbaycanda Atatürk Mərkəzi yarandı ki, həmin Mərkəzin qarşısına "Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması" vəzifəsi qoyuldu. Azərbaycanda Atarürk Mərkəzinin əsasnaməsi təsdiq olunandan cəmisi bir neçə ay sonra, yəni 2002-ci ilin ilk günlərindən onun kifayət qədər məhsuldar fəaliyyəti başladı.

 

Mərkəz Türkiyə səfirliyi ilə birlikdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçırilmiş, konfransın materialları ayrıca kitab şəklində nəşr edilərək müxtəlif təşkilatlara paylanmışdır. Bir il ərzində Mərkəzin əməkdaşları tərəfindən yazılmış, yaxud tərtib edilmiş aşağıdakı əsərlər yayınlanmışdır: "Mustafa Kamal Atatürk" (Nazir Əhmədil), "Azərbaycan türkologiyası 1920-1938. Biblioqrafiya". (Pərvin Məmmədova, Samirə Məmmədova, Əkbər Yolçuyev), " Azərbaycan-Türkiyə münasibətləri. 1920-1922-ci illər. Sənəd və materiallar" (Hüsaməddin Məmmədov, Jalə Qurbanova, Musa Piriyev), "Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir" (Nizami Cəfərov), "Ulutürklük. Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya (Rahid Ulusel)... Bunlardan başqa "Azərbaycanda Atatürk Mərkəzinin Bülleteni"- ləri hər rüb ardıcıl olaraq nəşr edilmişdir ki, burada Mərkəzin özünün keçirdiyi, yaxud iştirak etdiyi çoxsaylı tədbirlər, görüşlər, konfranslar, müşavirələr, təqdimatlar və s. barədə məlumatlar verilir.

 

Azərbaycanda Atatürk Mərkəzi Azərbaycanın, Türkiyənin, ümumən Türk dünyasının əsas Atatürk mərkəzləri ilə əlaqələr saxlamaqla yanaşı beynəlxalq fəaliyyət miqyasını daha da genişləndirməyə çalışır.

 

Azərbaycan Respublikasının qurucusu, Prezidenti Heydər Əliyev Azərbaycanda Atatürk Mərkəzinin fəaliyyətinə xüsusi qayğı göstərməklə yanaşı onun qarşısına konkret tələblər qoymuşdur: "Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk elə bir şəxsiyyətdir ki, onun haqqında nə qədər danışsan, yenə də azdır. Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri naməlum qalan cəhətləri aşkara çıxaracaqdır". Heydər Əliyev onu da göstərirdi ki, "Atatürkün ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider və prezident kimi mənim fəaliyyətimdə çox mühüm

yer tutur".

 

Azərbaycanda Atatürk Mərkəzi Türkiyə Cümhuriyyətinin qurucusunun fəaliyyətini öyrənib təbliğ edərkən Azərbaycan Respublikasının qurucusunun fəaliyyətini kontekst kimi qəbul etməyin tərəfdarıdır, çünki Heydər Əliyev Atatürk ideyalarından, Türkiyənin təcrübəsindən yalnız istifadə etməklə kifayətlənmir, eyni zamanda həm öz fəaliyyəti, həm də bu və ya digər münasibətlə söylənmiş mülahizələrində onları (ümumən Atatürkü!) şərh edir. Və o da bir həqiqətdir ki, Heydər Əliyevin gördüyü böyük işlər, mənsub olduğu xalq qarşısındakı tarixi xidmətlərini məhz Atatürk miqyasları ilə ölçüb dəyərləndirmək mümkündür.

 

Mərkəzin ilk nəşrlərindən biri "Heydər Əliyev Atatürk haqqında" (tərtib edəni Səfalı Nəzərli) adlanır. Atatürk haqqında dünyanın ən görkəmli şəxsiyyətləri (Lenin, Hitler, Çörçil...) bir-birindən maraqlı fikirlər söyləmiş, onun dahiliyini bu və ya digər şəkildə təsdiq etmişiər, lakin bu kitab yalnız bir dahinin başqa bir dahi haqqında sözü deyil, həm də bir böyük türkün başqa bir böyük türk haqqında, müxtəlif vaxtlarda söylənsə də, bütöv bir əsəridir. Və biz əminik ki, həmin kitabda öz əksini tapmış fikirlərlə atatürkşünaslığın həm müsasir mərhələsi başlayır, həm də onun gələcək inkişafının ideya-metodoloji əsasları qoyulur.

 

Azərbaycanda Atatürk Mərkəzinin mühüm işlərindən biri də, heç şübhəsiz, "Atatürk ensiklopediyası" olacaqdın həm dünya, həm də Azərbaycan atatürkşünasılığının  uğurlarını əks etdirəcək bu ensiklopediyanın yaradılmasına artıq başlanılmış və işin uğurla getməsi üçün bir sıra zəruri tədbirlər görülmüşdür.

 

Məlum olduğu kimi, keçən əsrin ortalarından başlayaraq Azərbaycanda Atatürkün (və Atatürk Türkiyəsinin) siyasi, iqtisadi, mədəni və s. baxımlardan öyrənilməsində, qaçılmaz ideya-metodoloji qüsurlara baxmayaraq, müəyyən işlər görülmüşdür. H.ƏIiyev, İ.ƏIibəyov, K.Səməndərov, M.Sofiyev, Ə.Bije, Y.Bağırov, Q.İsmayı, Q.Hüseynov, A.Babayev, Y.Abdullayev, İ.Axundov, Ə.Həsənova, R.Rüstəmov, R.Həsənov, Ə.ƏIizadə, E.Zamanova, D.Vəliyev, S.Cabbarova kimi araşdırıcıların əsərləri Azərbaycan atatürkşünaslığının (və türkiyəşünaslığının) kifayət qədər möhkəm təməli olduğunu göstərir. Lakin bu da bir həqiqətdir ki, həmin əsərlərin böyük bir hissəsində ideoloji mübarizə dövrünün nəbzi vurur. Müəlliflər Türkiyənin siyasətində, iqtisadiyyatında, mədəniyyətində baş verən böhranlardan, SSRİ-nin bu ölkəyə köməyindən, Nazim Hikmət fenomenindən sıx bəhs edirlər. Doğrudur, müasir dövrə gəldikcə məsələlərə daha obyektiv baxılır, Türkiyənin uğurlarından daha çox danışırlar, lakin məsələ bunda deyil - 50, 60, 70-ci illər Azərbaycan atatürkşünaslığının (və türkiyəşünaslığının) həmin mərhələlərdəki əsas çatışmazlığı onun özünəməxsus (!) metodologiyasının olmamasında, bir qayda olaraq, elmi mövqedən daha çox ideoloji mövqedə dayanmasındadır.

 

Azərbaycanda müstəqil dövlətin, azad ideologiyanın olmadığı bir şəraitdə, əlbəttə, elmlərin, xüsusilə ictimai elmlərin metodoloji sərbəstliyindən danışmaq olmazdı. Və bu cür sərbəstilik yalnız 80-ci illərin sonu 90-cı illərin əvvəllərində meydana çıxdı. Müstəqil milli siyasi-ideoloji düşüncənin qərarlaşdığı 90-cı illərin ortalarından etibarən Azərbaycanda atatürkçülüyün (və atatürkşünaslığın) normal inkişafı üçün həm mənəvi, həm də intelektuall şərait əmələ gəldi ki, həmin şərait get-gedə genişlənməkdədir.

 

 

Atatürkçülük nədir? Milli mütəşəkkillik yaratmaq, milli dövlət qurub inkişaf etdirmək, xalqı öz tarixindən, milli-mənəvi dəyərlərindən qoparmadan modemləşdirmək təcrübəsidir. Və atatürkçülük bir nəzəriyyə olmaqdan daha çox, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, həyata keçmiş qəhrəmanlıqdır, yəni təcrübədir. Elə ona görə də atatürkçülüyün atatürk-şünaslığa çevrilməsi, nəzəri mülahizələr kimi deyil, məhz bir elm kimi öyrənilməsi zəruridir.

 

Atatürçülüyün Azərbaycanda təbliğində Azərbaycan Respublikasının qurucusunun bilavasitə özü deyil, onun yaratdığı ideoloji-mənəvi şərait də böyük rol oynayır. Biz xüsusilə Azərbaycanda fəaliyyət göstərən Türkiyə ümumtəhsil məktəblərini, Qafqaz Universitetini nəzərdə tutruq. Son illərdə Qafqaz Universitetinin rektoru Prof.Dr. Ərol Oralın təşəbbüsü ilə keçirilən müxtəlif elmi konfranslarda, müzakirələrdə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün, Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin gördükləri siyasi-ideoloji işin tarixi əhəmiyyəti ardıcıl təhlil edilir. Bu isə o deməkdir ki, Heydər Əliyevin fəaliyyətində Atatürkün dövlət quruculuğu təcrübəsinin davam (və inkişaf) etdirilməsinin öyrənilməsinə yalnız Azərbaycan elmi-ictimai təfəkkürü ehtiyac duymur, həmin ehtiyacın miqyası get- gedə daha da genişlənir.

 

Azərbaycanda atatürkçülüyün təbliği üçün, bəlkə də, xüsusi metodlar işlənib hazırlanması lazım gəlmir, ona görə ki, Atatürk, onun əsəri olan Türkiyə Cümhuriyyəti Azərbaycan xalqına çox doğmadır, ona görə ki, Atatürkün (və Türkiyənin) təcrübəsindən, artıq qeyd etdiyimiz kimi, Azərbaycanda geniş istifadə edilir. Bununla belə istər Atatürkün, istərsə də Heydər Əliyevin milli dövlət quruculuğu təcrübəsini müxtəlif baxımlardan təhlil etmək, müqayisələr aparmaq, həm tarixi şəraitlə (və şəxsiyyətlə!) əlaqədar fərqləri, həm də ümumi cəhətləri aşkarlamaq lazımdır. Və odur ki, Azərbaycanda Atatürk Mərkəzinin ən mühüm vəzifələrindən biri də həmin müqayisə texnologiyalarını işləyib hazırlamaqdan ibarətdir.

 

Atatürk, Heydər Əliyevin sözləri ilə desək, "türk xalqının içindən çıxaraq Osmanlı imperatorluğunun dağıntılarının, külünün yerində yeni bir çağdaş dövlət" yaratdı. Eyni işi həmin sözlərin müəllifi gördü: parçalanmaqda, dağılıb sosial- siyasi xarabazarlığa çevrilməkdə olan Azərbaycan Heydər Əliyevin iradəsi, ağlı, zəkası, qəhrəmanlığı, müdrikliyi nəticəsində dövlət müstəqilliyinə nail oldu. Atatürkün mənsub olduğu xalq (və bəşəriyyət) qarşısmdakı xidmətlərin tarixi məzmununu daha dərindən anlamaq üçün Heydər Əliyevə 1999-cu ildə Atatürk Beynəlxalq Sülh Mükafatı təqdim olunarkən verdiyi bəyanatdan aşağıdakı sözləri xatırlamaq çox əhəmiyyətlidir: "Mustafa Kamal Atatürkün ən böyük xidməti Türkiyə Cümhuriyyətini yaratmaqdır. Biz bəlkə bu gün bunu adi hadisə kimi qəbul edə bilərik, ancaq heç də yox. Bu heç də adi hadisə deyildi. Türkiyənin Osmanlı imperatorluğunun 700 illik fəaliyyəti şəraitində, onun təsiri altında yaşamış insanların cümhuriyyət qurmağa sövq etmək, cəlb etmək və bu cümhuriyyəti qurmaq, yaratmaq və onu yaşatmaq Mustafa Kamal Atatürkün çox böyük xidmətdir, demək olar ki, tarixi xidmətdir. Zaman, əsrlər keçəcək, türk xalqı, türkköklü, türkdilli xalqlar, türk dünyası bunu heç vaxt unutmayacaqdır".

 

Artıq qeyd etdiyimiz kimi, Heydər Əliyevin Atatürk haqqındakı mülahizələri yalnız bu böyük şəxsiyyətin tarixi xidmətlərini dərk etmək, qiymətləndirmək baxımından əhəmiyyətli olaraq qalmır, həm də xalqın, insanlığın tərəqqisi yolunda xidmət göstərməyin metodologiyasını, əsaslarını verir: "Mustafa Kamal Atatürkün xidmətləri bir də ondan ibarətdir ki, o, Türkiyə Cümhuriyyətinin nəinki əsasını, təməlini qoydu, həm də onu qurdu, onun bütün təsisatlarını yaratdı, onu yaşatdı, böyük dövlət etdi, bugünkü nəsillərə, gənclərə əmanət edərək özünü əbədiyyətə qovuşdurdu".

 

Atatürk öz şəxsiyyətində, fəaliyyətində mənsub olduğu millətin ruhunu, iradəsini ifadə edirdi və onun bir sıra hallarda hətta daxili müqavimətə rast gələn mübarizəsi xalqın tərəqqisinə hesablandığından, nəticə etibarilə, bütün maneələri yarıb keçirdi. Atatürk bütün dünyaya sübut etdi ki, türklər müstəqil (və mükəmməl!) dövlət qurmaq istedadlarını, qabiliyyətlərini heç də itirməmişlər, onlar dövlətçilik tarixlərinin sahibləri olaraq qalırlar. Və eyni qəhrəmanlığı XX əsrin sonlarına doğru Heydər Əliyev göstərdi.

 

Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin Atatürk haqqında dediyi aşağıdakı sözlər eynilə həmin sözlərin müəllifınin də böyük şəxsiyyətini səciyyələndirir: "Mustafa Kamal Atatürkün şəxsiyyəti bir də ona görə qiymətlidir ki, həm Türkiyə xalqı üçün, həm bütün türk dünyası üçün, həm də bütün dünya üçün o, qurub-yaratdığı Cümhuriyyəti yarada bilibdir!.

 

Azərbaycanda atatürkçülük (və atatürkşünaslıq) Heydər Əliyevin fəaliyyəti (və qəhrəmanlığı!) nəticəsində öz inkişafının həm miqyasca, həm də xaraktercə yeni mərhələsinə qədəm qoymuşdur. Və biz əminik ki, dünya ictimai-siyasi şüuru Atatürkün dahiliyinin Azərbaycanın (və Heydər Əliyevin) milli dövlət quruculuğu təcrübəsində bir daha dərindən dərk edəcəkdir.

 

 

 

 

Turan Moralı,

T.C.Bakü Büyükelçisi

 

 

 

 

TÜRKİYE CUMHURİYETİNİN İLANININ 82.

YILDÖNÜMÜNDE BAZI DÜŞÜNCELER

 

 

Öncelikle konsept olarak cumhuriyetin nitelikleri ve demokrasiyle alakası konusunun üzerinde durmakta yarar vardır. Günümüzde "Cumhuriyet = Demokrasi" şeklinde yaygın bir kanaat mevcuttur. Bu noktaya gelinebilmiş olması, demokrasiye dayanmayan bir cumhuriyet kavramının artık itibar görmemesi, memnunluk vericidir. Fakat tarihi gelişim kolay olmamıştır.

 

Cumhuriyet, Fransız İhtilalinin yarattığı bir kavramdır. Basit tanımıyla "Republique", egemenliğin halktan kaynaklandığı bir yönetim düzenidir. Halk, egemenliğin kendi adına kullanılmasını, seçimle işbaşına getirdiği bir yönetime devreder. Aksine bir deyişle, egemenliğin seçimle değil, belli bir aile, bir oligarşi içinde el değiştirdiği bir düzen cumhuriyet kavramına uymaz. Bunun adı "monarşi"dir. Egemenliğin liderlik tarafından tek başına, başkalarıyla paylaşılmadan kullanılması durumunda "otokrasi", belli bir sınıfla birlikte kullanılması halinde ise örneğin “aristokrasi", "oligarşi" gibi modeller söz konusudur.

 

Demokrasiyle alaka nasıldır? Liderliğin halkın iradesiyle iktidara gelmesi durumu gerçi bir cumhuriyet yaratabilir, fakat bu demokrasi anlamına gelmeyebilir. Bence burada esas olan, zamanı geldiğinde o liderliğin halkın serbest iradesiyle değiştirilmesine imkan tanınıp tanınmadığıdır. Destek tabanı ne kadar geniş olursa olsun, seçmen tercihlerinin değişmesine karşı kendisine çeşitli yöntemlerle dokunulmazlık şeraiti yaratan, halkın serbest iradesinin yönetime yansımasını engelleyen rejimler, kendilerini cumhuriyet, hatta demokratik cumhuriyet olarak da adlandırsalar, demokratik addedilemez. Toplumun belli bir kesiminin oluşturduğu tek parti iktidarına dayanan Sovyet Cumhuriyetleri modeli bu tür bir nitelik taşımıştır. Hakimiyete ihtilalle gelmiş olmak geçici bir konjonktürdür. Fakat ihtilalin sonuçlarının zorlama metotlarıyla sonsuza dek sürdürülmesi, hakimiyetin toplum içindeki tabanı geniş de olsa, çağdaş demokrasi ve cumhuriyet anlayışıyla bağdaşmaz. Teokrat smıfmın, egemenliğin nihai sahibi olduğu İslam cumhuriyeti modelleri bir diğer örnektir. Iktidarın gücünü dış çevrelerden aldığı, dolayısıyla halkın ve ülkenin değil, yabancı güç odaklarmın çıkarlarma öncelik vermek mecburiyetinde kaldığı modeller de mevcuttur. Bunlara, hicivle karışık, "muz cumhuriyeti" denilmektedir. Tabii, muz üretmeyen pek çok ömek hatıra gelebilir.

 

Buna karşılık, günümüzde öyle monarşiler vardır ki, tamamen demokratik bir sistem ortaya çıkarmışlardır. Bunlarda devletin başı ile icranın başı arasında farklılık getirilmiştir. Devletin başı makamını halk oylamasına dayanmayan proseslerle devralmakta, fakat hakimiyeti bazı istisnai yetkiler dışın-da geniş ölçüde halkın seçtiği temsilcilere devretmektedir. Kaldı ki asıl önemli olan, toplum karar verdiği takdirde monarşi düzeninin ihtilal gibi yöntemlere baş vurmaya gerek kalmadan, muhtemelen referandum sonucu değiştirilebilmesi perspektifinin mevcudiyetidir.

 

Kanaatimce demokrasi ve cumhuriyet kavramlarını özümseyebilmiş modellerin vazgeçilmez özellikleri şunlardır:

 

- Hukuk devleti şeraitinin yaratılması. Hukukun üstünlüğü. Fertlerin temel  hak ve özgürlüklerinin yasalar çerçevesinde korunması;

 

- Kuvvetler ayırımı. Yani yasama, yürütme ve yargı işlevlerinin, yetki ve sorumlulukları, işleyiş esasları anayasa ve yasalarla belirlenmiş ayrı organlar tarafından yerine getirilmesi; bu organların yetki tecavüzü içine girmelerini, yetkilerini kötüye kullanmalarını önleyecek mekanizmaların kurulması.

Siyasi uzlaşma, hesap verme ve hesap sorma kültürünün yerleşmesi;

 

- Toplumun farklı kesimlerinin siyasi tercihlerinin yasal çerçevede, yasal organlar vasıtasıyla ortaya konulabilmesi ve siyasi fırsat eşitliği şeraitinin yaratılması. Seçmenin tercihlerine bağlı olarak mecliste birden fazla siyasi oluşumun varlık gösterebilmesi. Muhalefetin, görevini keyfi engellemelere maruz kalmadan yerine getirebilmesi.

 

Demokratik cumhuriyetlerde, cumhurbaşkanlığı sistemi dahi olsa, yasama organmın yani meclisin önemi büyüktür. Meclis, icra organının girişimlerine yasallık kazandırmanın ötesine geçen bir kimlik ve işleve sahip olmalıdır. lcra organmın faaliyetleri üzerinde denetim ve hesap sorma görevini yerine getirebilmelidir.

 

Sakincalı etkiler ortaya koymasından endişe edilen siyasi oluşum ve hareketlerin milli mutabakat zeminine çekilebilmesinin bana göre en akılcı yöntemi, bu oluşumları meclis çatısının altına almaktır. Milli menfaatlere, ülke bütünlüğüne, temel yasalara açıkça aykırı bir çizgide olmadıkları takdirde, hakimiyet için rahatsızlık da yaratsalar, bu tür oluşumların sokağa itilmemeleri gerekir.

 

Yeterince olgunlaşmamış, uzlaşı kültürünü geliştirememiş cumhuriyetlerde halkın iradesinin, yani seçmenin tercihlerinin mecliste kapsayıcı şekilde temsil edilebilmesi ile, siyasi istikrar ve etkin yönetim ihtiyacı arasında geçici bir süre için tercih yapmak gerekebilmektedir. Parlamenter sistemlerde hükümetin meclisten çıkması, meclis tarafından yetkilendirilme ve icraatı hakkında meclise hesap verme durumunda olması, seçim sistemine ve meclisin terkibine göre siyaseti tıkayabilmektedir. Koalisyon tecrübeleri bazen cesaret kırıcı olabilmektedir. Siyasi istikrar ve etkin yönetim ihtiyacı, milli mutabakat arayışından uzaklaşılması sonucunu veren, demokrasinin ve cumhuriyetin temel ilkelerine uymayan tercihlere yol açabilmektedir. Başkanlık sistemi, ülke koşullarına uyduğu takdirde, siyasi istikrar ve etkin yönetim ihtiyacına cevap veren, demokratik bir çözümdür. Fakat bunun da çağdaş cumhuriyet anlayışı açısından vazgeçilmez koşulları, kuvvetler ayrımına sadık kalınması ve seçmen tercihlerinin demokratik şekilde temsil edileceği, iyi işleyen bir meclisin mevcut olmasıdır.

 

Demokrasinin kurallarına uygun işleyen, dolayısıyla inandırıcılığa sahip bir meclis, toplumsal mutabakatın oluşturulmasına zemin hazırlamak suretiyle hükümetin halkla özdeşleşmesine imkan yaratır. Bunun ötesinde, dış siyasette uluslararası topluma verilecek mesajlara ağıriık kazandırır. İnandırıcılığa sahip bir meclis, uluslararası alanda hükümetleri bazen arzulanmayan durumlardan kurtarabilecek bir mazeret teşkil edebilir.

 

Türkiye'nin cumhuriyet sürecinde, yukarıda teorik düzeyde yaptığım saptamaların önemli yeri ve rolü olmuştur. Azerbaycan Cumhuriyetinin ve demokrasisinin, Türkiye'deki süreçten çıkarabileceği yararlı dersler vardır.

 

Şimdi Türkiye'de cumhuriyet modelinin geçirdiği evreleri anlatacağım. Bu süreç "mutlakıyet", "meşrutiyet" ve "cumhuriyet" çizgisini izlemiştir.

 

Osmanlı Devleti uzun süre "mutlakıyet" yani otokrasi rejimiyle yönetildi. Sultan, egemenliğin tek sahibi, halk onun tebaası, ülke onun mülküydü. Üstetik sultan, halifeliği de Memlüklerden ele geçirerek, sadece dünyevi değil, uhrevi açıdan da mutlak hakim haline gelmişti. Uluslararası koşullardaki gelişme ve değişmeler zamanla halife-sultanın hakimiyetini zorlamaya başladı. Avrupa'da emperyalizmin gelişmesi ve kolonyalizmin büyük maddi kaynaklar yaratması, tarihte bir dönem "Pax-Ottomana" olarak adlandırılan Osmanh dominasyonuna meydan okumaya başladı. Osmanlı Devleti de emperyalistti, fakat koloniyalist oimadı. Sömürgeci servet birikimi Avrupa'da sanayi devrimine, belki daha da önemlisi, harp sanayiinin gelişmesine yol açtı. Fransız ihtilali esasen halife-sultanın konumuna aykırı kavramları getirmişti. Otoriter bir monarkın ve aristokrasinin hakimiyetinin, halka ve temsilcilerine devri dönemine geçiş başlamıştı. Güçlenen milliyetçilik akımı, klasik imparatorluk anlayışına aykırı baskılar yaratmıştı.

 

Osmanlı Devleti Avrupa'daki oluşumlara ne zihniyet ne dedevletin organizasyonu açısından ayak uyduramadı. Kurumsal yapılanmasını vakitli şekilde yenileyemedi. Hıristiyan toplumları üzerinde kurduğu hakimiyet artan çatışmalara, rakip emperyalist güçlerin tahrik ve müdahaielerine, imparatorluğun kan kaybına uğramasına yol açtı. Güçlenen Çarlık Rusyasının Osmanlı toprakları üzerinde emeilergeliştirmesi karşısında başka Avrupa güçleriyle kurulan geçici ittifaklar gerilemeyi önleyemedi.

 

Halife-sultan, Müslüman toplumları "ümmet birliği" anlayışıyla imparatorluğun bünyesinde tutmaya devam etmekle birlikte, Hıristiyan dünya karşısında bu kavramdan tabiatiyle yararlanamadığı gibi, milliyetçilik ve tarihi intikam duygularıyla güçlenen bir haçlı zihniyetiyle karşı karşıya kaldı; ciddi zafiyet içine düşmeye başladı. 1839 Tanzimat Fermanı'yla devlet yapılanmasında Batıdan esinlenen modernleşme tedbirleri getirildi. 1856 tarihli Islahat Fermanı, Hıristiyan dünyasıyla uzlaşı arayışı içine giren halife-sultanın, tebaası karşısında kendi egemenliğine getirdiği ilk kısıtlamayı teşkil etti. Bu fermanla gayrı-Müslim azınlıklara haklartanındı. Fakat bu, uluslararası bir taahhüt şeklinde değil, dahili bir düzenleme şeklinde gerçekleştirildi.

 

Halife-sultanını kendi mutlak hakimiyetine kısıtlama getirmesi süreci 1876'da Meşrutiyet'in ilanı ve Kanun-i Esasi'nin kabulüyle daha kapsamlı bir mahiyet kazandı. Böylece ilk meşruti monarşi denemesine geçildi.

 

Fakat bu deneme 1878 Osmanlı-Rus harbine (93 Harbi) kurban gitti. İstanbul yakınında Ayastefanos'a kadar ilerleyen Rusya, Osmanlı Devletine çok ağır stratejik koşullar içeren bir anlaşmayı kabul ettirdi. Rusya'yı dengelemek isteyen dönemin diğer güçlerinin müdahalesiyle toplanan Berlin konferansında, Rusya'nm İstanbul Boğazı üzerinde kontrol elde etmesi önlenmekle birlikte, Osmanlı ülkesindeki Ermeni'lerin korunmasında Rusya'ya haklar tanındı. Böylece halife-sultan, kendi tebaası üzerindeki hakimiyetini, uluslararası bir taahhüt çerçevesinde, başka bir devletle paylaşır duruma gelmekteydi. Bu önemli kararın, etkileri günümüze kadar uzanan sonuçlarmı hepimiz biliyoruz. Çarlık Rusyası böylece Doğu Anadolu ve Kafkaslara yönelik emellerini Ermeni azınlığı kullanmak suretiyle gerçekleştirme politikası için yasal mazeret elde etmiş oluyordu.

 

93 Harbi yenilgisi, "meşruti monarşi" deneyimini kesintiye uğrattı. Sultan İkinci Abdulhamid Kanun-i Esasi'nin uygulanmasını durdurdu, Meclis-i Mebusan'ı tatil etti, meşrutiyetçi fikirlere müsamahasız, koyu bir otokrasiye döndü.

 

Fakat artık Avrupa'da eğitim görmüş, Batılı siyasi fikirleri özümsemiş, radikal reform yanlısı bir sivil ve askeri entelektüel kesim oluşmuştu. Batıda "Jön Türkler" olarak anılan ve İttihat ve Terakki Fırkası çerçevesinde örgütlenen bu elit, askeri müdahaleyle 1908'de İkinci Meşrutiyet'in ilanını sağladı. Meclis-i Mebusan tekrar toplandı. 1909'da İkinci Abdülhamit tahttan indirildi.

 

İkinci meşruti monarşi deneyimi, Birinci Dünya Savaşı sonunda İstanbul'un işgaline kadar devam etti. Çanakkale savaşları sırasmda "Anafartalar Kahramanı" sıfatıyla liderlik konumuna yükselen Mustafa Kemal'in Anadolu'da Kurtuluş hareketini başlatmasıyla, İstanbul'da işgal koşulları altında varlığını sürdürmeye çalışan monarşiye alternatif teşkil eden, yeni bir devlet yapılanmasının temelleri atıldı. 23 Nisan 1920'de, İstanbul'un işgalinden sadece birkaç hafta sonra, Ankara'da paralel bir Meclis toplandı. Osmanlı Meclisinin işgalden kaçan bazı üyelerini, Anadolunun çeşitli bölgelerinden seçilmiş temsilcileri içeren bu meclis, kurtuluş savaşının yönetimini üstlendi ve Mustafa Kemal'i meclisin başkanı ve başkomutan ilan etti. 1921'de Teşkilatı Esasiye Kanunu kabul edildi. "Hakimiyet kayıtsız, şartsız milletindir" hükmüne yer veren bu anayasa, ülke üzerinde halife-sultanın hakimiyetinin sona erdiğinin ilanı mahiyetindeydi. Hakimiyetin sadece halktan kaynaklanabileceği kavramı, dini temele dayanan hakimiyet anlayışının sonunun ve laikliğe geçişin de habercisiydi.

 

Yeni devlet sisteminin adının konulması için taktik nedenlerle bir süre beklemek gerekti. İşgalci güçlere karşı zaferin kazanılmasını, son Osmanlı padişahınm İstanbul'u terk etmesini, 24 Temmuz 1923'de Lozan Barış Antlaşmasının akdini takiben, 29 Ekim 1923'de Türkiye Cumhuriyeti ilan edildi. Mustafa Kemal Atatürk, ilk Cumhurbaşkanı seçildi. Böylece, fiiliyatta çoktan varlığını yitirmiş, bizzat kendisi Batı emperyalizminin sömürgesi haline gelmiş bulunan Osmanlı İmparatorluğu ve onu temsil eden monarşi düzeni tarihe gömülmüş oldu. Değişiklik, sıklıkla kullanılan "Anadolu İhtilali" deyimini haklı kılacak boyuttaydı.

 

Genç cumhuriyet çok çetin bir miras devralmıştı. Ülke yokluk içindeydi. Ekonomi perişandı. Toplumsal yapı laik milli-devlet anlayışına hazır değildi. Milli bir kültürün güçlenmesine ihtiyaç vardı. Atatürk ve arkadaşları gibi Batı değerlerini özümsemiş elitist bir kesimin önderliğinde, cesur ve köklü reform tedbirleri süratle uygulanmaya başladı. Bu dönemde gerçek bir demokrasi egzersizine girişmek için koşullar elverişli değildi. Cumhuriyet, oligarşik bir tek parti yönetimine dayanmaktaydı. Reformlar, tutucu ve ümmetçi çevrelerin arızi direnmelerine rağmen, gerektiğinde tepeden inme yöntemlerle kararlılıkia hayata geçirildi.

 

Liberal siyaset yapılanmasına geçiş, tedrici ve ihtiyatlı adımlarla gerçekleşti. İki Cihan Harbi arasındaki dönemden genç cumhuriyet, maceralara sürüklenmeden, bağımsız bir çizgide kalarak, içte ve dışta konumunu konsolide etmek için yararlandı. 1938'de Atatürk'ün genç sayılacak yaşta ölümünü izleyen hassas intikal döneminde devlet kendisini savaş ortamının ve büyük güçlerin mücadele alanmın ortasında buldu. Çok partili demokratik seçimler için, İkinci Dünya Harbi öncesinden sonrasına uzanan zor stratejik dönemin aşılmasını beklemek gerekecekti. Savaş sonrasında, otoriter rejimlere Batı dünyasında birikmiş olan tepki, demokratikleşmeye büyük ivme kazandırmıştı. Türkiye'de de böyle bir değişim teşvik edilmekteydi.

 

Bilindiği gibi bu yıllarda Soğuk Savaşın ilk belirtileri ortaya çıkmıştı. Batı'nın SSCB'yle savaş yıllarında kurduğu işbirliği ortamı bozulmuş, Sovyet yayılmacılığına karşı ABD'nin "con-tainment" politikası şekillenmeye başlamıştı. Bu politika çerçevesinde Türkiye için belirlenen rolü üstlenecek siyasi zihniyet değişikliğine ihtiyaç vardı. Neticede, demokratik koşullarda geçmesine imkan tanınan 1950 seçimleriyle Türkiye'de iktidar değişikliği gerçekleşti. 1952'de Türkiye ve Yunanistan NATO üyeliğine alındılar. CENTO'nun kurulmasıyla, İran'ı da içeren güney "containment" hattı gerçekleştirilmiş oldu.

Böylece Türkiye Cumhuriyeti, Doğu-Batı ideolojik mücadelesinde merkezi bir konuma gelmekteydi. Bu mücadele, izleyen dönemlerde Türkiye'deki siyasi oluşumları etkileyen önde gelen unsurlar arasında yer alacaktır. Örneğin 1970'li yıllarda yaşanan ve 1980 askeri müdahalesine yol açan ideolojik sağ-sol çatışması, küresel ideolojik savaşın Türkiye'ye yansıyan boyutunu teşkil etmiştir.

 

Sovyetler Birliğinin dağılma sürecine girmesi Türkiye'deki ideolojik mücadeleyi sona erdirmekle birlikte, bu kez iki yeni etki ortaya çıktı. Bunlardan biri, Humeyni ihtilalinin tetiklediği "siyasi İslam" olgusu, diğeri Soğuk Savaşın sona ermesiyle canlanan "etnik milliyetçilik" olgusuydu. Türkiye'deki siyaset süreci bu etkiler altında çalkantılı dönemler yaşadı.

 

Bugün Türkiye Cumhuriyetinin çok partili demokrasi sürecinde geldiği nokta takdir görmektedir. Fakat demokrasi mücadelemiz kolay olmamış, ağır bedeller ödenmiştir. Gen'ye bakılınca, önem ve tarih sıralaması yapmadan, şu dersleri çıkarmak mümkündür:

 

- İktidarların doğal tercihi "dikensiz gül bahçesi" yaratmak olmuştur. Muhalefete karşı tahammülsüzlük gösterilmiştir. Bu, temel konularda milli uzlaşı sağlanmasını güçleştirmiştir;

 

- Muhalefet partileri ise, doğal hakları olan iktidara gelme amacını, seçmenin takdirini kazanmaktan çok iktidarm başarısızlığını vurgulamak suretiyle gerçekleştirmeyi tercih etmişler; bu ise zaman zaman siyaseti hırçınlaştırmış, ülke yararına olmaktan uzaklaştırmıştır;

 

- Siyaset, hemen her dönemde çok fazla kişileştirilmiş; şahsiyetler arasında mücadeleye dönüştürülmüştür. Bu olgu, uzlaşı kültürünün  yerleşmesinde ve  ülke  sorunlarının etkili şekilde ele alınmasında zaman kaybına yol açmıştır;

 

- Siyasetin ideolojik temellere oturtulması cepheleşmelere yol açmış,   ülke menfaatlerinin sağlıklı şekilde değerlendirilmesini ve vakitli, optimal çareler geliştirilmesini zaman zaman engellemiştir;

 

- Askeri müdahaleler sonucunda yetişmiş siyasi kadroların siyasetten uzaklaştınlması, ülke yönetiminde zafiyet dönemleri yaratmıştır.

 

- Siyaset, etki ve tepki dönemlerinde bir ekstremden diğer ekstreme gidip gelmiş; makulün bulunması gecikmiştir. Örneğin, tek  parti   hakimiyetine  tepki  olarak  bunu   engelleyici  seçim sistemleri öngörülmüş; bu kez mecliste iktidar-muhalefet ayrımı karmaşıklaşmış, başarısız koalisyon dönemleri yaşanmış, tepki olarak tekrar seçmen tercihlerinin meclise yansımasını kısıtlayan düzenlemeler getirilmiştir;

 

- Erken seçim zorlamaları dar menfaat anlayışına gore şekillenmiş,  yönetimde etkinlik arayışından  kaynaklanmayan mülahazalara dayanmıştır. Seçim dönemi ekonomi politikaları istikrara yardımcı olmamıştır;

 

- Terörist yöntemlere başvuran militan etnik ayrılıkçılık hareketi sert savunma reflekslerine yol açmış; etnik kimliği ön plana çıkaran siyasi   oluşumların siyaset sürecine dahil olabilmelerinin yolu tıkanmıştır;

 

- Siyaset zaman zaman dış güçlerin manipülasyonuna sahne olmuştur;

 

- Din konusunun hemen her dönemde siyasi amaçla istismarı, laiklik ve dindarlık gibi birbiriyle çelişmeyen iki kavram etrafında amacı aşan tartışma ve toplumsal sürtüşmeler yaratmıştır.

 

Türkiye Cumhuriyetinin geldiği noktada, yukarıdaki olumsuzlukların tümüyle aşıldığı iddia edilemez. Kaldı ki bunlardan bazıları esasen siyasetin tabiatında mevcuttur. Fakat özellikle 3 Kasım 2002 seçimleri, İslamiyetin ve etnik Kürt unsurunun siyasetteki yeri gibi önemli iki tartışma konusunda ülke çapında uzlaşı gerçekleştiğini ortaya koymuştur. Cumhuriyetlerde önemli olan, temel konularda ulusal mutabakat arayışının sürdürülebilmesi, halkın iradesinin keyfi kısıtlamalara tabi olmadan meclise yansıyabilmesi, hesap sorma-hesap verme kültürünün yerleşmesi, devlet kurumlarının siyasi oligarşilerin değil, halkın hizmetinde olmasıdır. Çağdaş toplumlarda, ulusal mutabakatın sağlanmasında hükümet dışı özerk kuruluşların ve sivil toplumun rolü de büyük önem kazanmıştır. Demokrasi, siyasi kurumları, devlet kurumları, sivil toplum örgütleriyle bir bütündür. "Demokrasilerde çare tükenmez" anlayışı, bu birliktelikten güç alır. Fakat her şeyin temelinde halkın egemenliği ve iradesi gelir. Bu birlikteliğin anayasal yapısı Cumhuriyettir. Bu yapının çalkantılar geçirmeden işleyebilmesi bir siyasi olgunluk meselesidir. Türkiye Cumhuriyetinin çeşitli badirelerden sonra böyle bir olgunluk noktasına geldiğini düşünüyorum. Esasen Avrupa Birliği'yle ilişkilerimizde bu olgunluğun düzeyi sürekli şekilde test edilmektedir.

 

Son olarak Türkiye ve Azerbaycan'ın ortak tarihiyle ilgili bir hususa değinmek istiyorum. Azerbaycan, kendi cumhuriyetini kurmakta Türkiye'den daha hızlı hareket etti. Kafkas İslam Ordusu'nun desteğiyle, kardeşlerimiz Cumhuriyeti Türkiye'den beş yıl önce ilan etti. Ortak tarihimizin bu önemli sayfasının yeni nesiller tarafından unutulmaması gerekir. Azerbaycan, Latin alfabesine de Türkiye'den önce geçti. Fakat teessüfler olsun ki her iki girişim de Bolşevik baskılarına kurban gitti. Türkiye Cumhuriyeti yoluna devam ederken Azerbaycan, kendi Cumhuriyetini kendi serbest iradesine göre sürdürme ve şekillendirme imkanını bir dönem kaybetti. Bugün, 1918'de atılan temel üzerinde, özgür Azerbaycan Cumhuriyeti, uluslararası alanda artan saygınlık kazanan, önünde büyük imkanlar bulunan bir devlet olarak yerini almıştır. SSCB'nin dağılmasını izleyen istikrarsızlık ve intikal döneminin sona ermesinden beri geçen 10 yılda önemli ilerlemeler kaydedildi. Artık sıra, içinde yeralınan çetin siyasi coğrafyada istikran ve güvenliği korurken, bir yandan halkın refahının ve ekonominin düzeyinin yükseltilmesine, diğer yandan demokratikleşme yolunda daha cesur adımlar atılmasına gelmiştir. Azerbaycan Cumhuriyetinin önündeki fırsatları en iyi şekilde değerlendireceğine inanıyoruz.

 

 

 

 

Nazir Əhmədli,

Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr

şöbəsinin müdiri

 

 

 

 

MUSTAFA KAMAL PAŞA ATATÜRK: HƏYATI VƏ FƏALİYYƏTİ

 

 

Hörmətli konfrans iştirakçıları! Türkiyə Cümhuriyyətinin yaradılmasının 82-ci ildönümü münasibəti ilə bütün konfrans  iştirakçılarını başda  hörmətli  böyük elçi olmaqla türkiyəli qonaqlarımızı təbrik edirəm.

 

Bu gün Türkiyə Cümhuriyyəti böyük dövlət xadimi və böyük mütəfəkkir Mustafa Kamal Atatürkün qoyub getdiyi ən böyük əsəridir. Amma M.K.Atatürkün həyat yolunu nəzər salmazdan əvvəl istərdim ki, Atatürkü yetirən əvvəlki mühitə ötəri də olsa nəzər salaq.

 

Osmanlı imperatorluğu türk xalqlarının yaratdığı ən böyük imperatorluqdur. Marks Osmanlı imperatorluğunu orta əsrlərin yeganə qüdrətli dövləti sayırdı. Başqa sözlə, Türk Osmanlı imperatorluğu XVI əsrdə dünyanın ən qüdrətli dövləti idi. Düzdür, Osmanlı imperiyasının buraxdığı müəyyən səhvlər vardı  və Osmanlı İmperatorluğu tədricən zəifləməyə doğru getdi. Amma bu təkcə səhvlərin nəticəsi deyildi.

 

Tarixdə bütün imperatorluqların, bütün dövlətlərin yaranma, inkişaf və süqut mərhələsi var və bu, dialektikanın qanunudur. Osmanlı imperiyası da, təbii ki, bundan yan keçə bilməzdi. Hər hansı bir dövlət, hər hansı bir imperiya bütün dünyanın demək olar ki, böyük bir hissəsini istila edib, orada öz dövlətini quranda təbii ki, başqa xalqların, başqa ölkələrin, millətlərin həmin dövlətə qarşı müqaviməti, qısqanclığı güclənir və bu dövlət yerini başqa bir qüdrətli dövlətə verməyə məcbur olur. Demək, Osmanlı imperiyası zəifləməyə üz qoyanda artıq Avropa dövlətlərinin hamısı ona qarşı birləşmişdi. Osmanlı İmperiyası, bayaq cənab səfirin dediyi kimi, hərbi sənaye baxımından başqa Avropa dövlətlərindən yavaş-yavaş geri qalmağa başlayanda Avropa dövlətləri qabaqcıl texnologiyadan istifadə edib, öz hərbi qüdrətini artırırdı. Avropa xalqlarının öz övladlarını türklərlə qorxutduğu bir dövr yavaş-yavaş keçib gedirdi və artıq Türkiyə imperiyasını məhv etmək haqqında planlar qurur və istehza ilə Türkiyəyə Avropanın "xəstə adamı" adını qoymuşdular. Artıq XVIII-XIX əsrlərdə Osmanlı imperatorluğu zəifləməkdə davam edir və o vaxt Osmanlı imperatorluğunun ən qəddar düşməni olan Rusiya yunanların və başqa xalqların köməyi ilə həm daxildən, həm də xaricdən öz güclərini səfərbər edib, Osmanlı İmperiyasına birbaşa hərbi müdaxiləyə keçdi. 1877-ci ildə Rusiyanın təşəbbüsü ilə çağırılan London konfransını bütün bu planların zirvəsi saymaq olar. Konfransda iştirak edən Avropa dövlətləri Osmanlı imperatorluğunu dünya xəritəsindən silmək qərarı verdilər. Konfransdan cəmi bir neçə ay sonra rus-türk müharibəsi başlandı və tərəflərin hər ikisi üzücü hərbi əməliyyatlara cəlb olundu.

 

İstədiyinə çata bilməyən Rusiya 1892-ci ildə avropalıları başına yığaraq iki istiqamətdən-Balkanlardan və Qafqazdan Osmanlı imperatorluğuna hücuma keçdi və bu dəfə xeyli irəliləyərək İstanbula qədər gəlib çıxdı. Rusiyanın ifrat dərəcədə qazanc götürəcəyindən qısqanan İngiltərə onun bu hərbi uğurlarını möhkəmlətməsinə imkan vermədi.

 

1912-ci ildə yenidən Osmanlı idarəçiliyi altında olan serbləri, boqarları və başqa xalqları qızışdıran Rusiya Balkan müharibəsinin başlanmasına nail olmaqla bu imperatorluğu xeyli zəiflətdi və osmanlılar Avropada xeyli torpaq itirdilər.

 

Torpaqlarının itirilməsi ilə barışmayan və onları geri qaytarmaq istəyən Osmanlı imperatorluğu Almaniyanın müttəfiqi kimi 1914-cü ildə başlanan Birinci dünya müharibəsinə qatıldı. Lakin bədbəxtlikdən, 1918-ci ildə onun müttəfiqi olan Almaniya məğlub oldu. Beləliklə, türklərin düşmənlərinin əlinə fürsət düşdü.

 

Onların planlarına görə, Almaniyanın məğlub taleyini Osmanlı imperiyası bölüşməyə məcbur oldu və orta əsrlərin ən qüdrətli dövləti sayılan Osmanlı imperatorluğu nəinki Afrika və Asiyadakı böyük ərazilərini - Misiri, İraqı, Suriyanı, Fələstini, Yunanıstanı itirdi, hətta Anadoludakı torpaqların da bölüşdürülməsi planlarını həyata keçirməyə başladılar. Belə ki, Anadolunun cənub hissəsini fransızlara, qərb hissəsini yunanlara, əsas hissəsini İngiltərəyə vermək fikrində idilər və belə bir dövrdə yaxşı ki, tale türk millətinə, ümumiyyətlə təkcə Osmanlı türklərinə deyil, bütün ümumtürk dünyasına M.K.Atatürk kimi böyük bir şəxsiyyət bağışlamışdı və o, türklərin xilaskan kimi həmin dövrdə meydana çıxdı.

 

Tarixdə başqa böyük sərkərdələr də olub, onlar da M.K.Aatürk kimi böyük hərbi qələbələr qazanıb. Məsələn, Makedoniyalı İsgəndəri götürsək o, dünyanın böyük bir hissəsini fəth etmişdi. Amma M.K.Atatürk təkcə sərkərdə deyildi, həm də böyük dövlət xadimi idi. M.Kamal indiki Avropanın müasir bir dövləti olan Türkiyə Cümhuriyyətini yaratmışdı. Amma M.K.Atürkün başqa xadimlərdən fərqi o idi ki, o, böyük mütəfəkkir idi. Atatürkün təməl prinsipləri adlandırılan siyasi irsi onun çox böyük mütəfəkkir olduğunu sübut edir.

 

Atatürkün tarixi əhəmiyət daşıyan ilk qələbəsi Trabsulqarb qələbəsi olsa da, türk millətinə yuxarıdan aşağıya, istehza ilə baxan Avropa xalqları və dövlətlərində türk millətinin hörmətini özünə qaytaran, avropalıların gözündə qaldıran, sözsüz ki, onun Çanaqqala zəfəri oldu. İngiltərə artıq Çanaqqala döyüşündən sonra öz hərbi taktikasından imtina etməyə məcbur oldu.

 

XX əsrin ən böyük siyasətçilərindən biri, Çörçil o vaxt İngiltərənin müdafiə naziri olub.

 

Çanaqqala döyüşlərində 100 ilə yaxın bir dövr keçəndən sonra bu döyüşləri sözlərlə təsvir edib, üstündən keçirik. Ancaq bu döyüşün mənzərəsini insan gözündə canlandıranda, beynində təsvir edəndə həyacanlanmamaq mümkün deyil. O zaman polkovnik rütbəsində olan M.K.Atatürkün döyüşdən apardığı qeydlərdən kiçik bir parçanı oxumaq istəyirəm.

 

"Səngərlər arasındakı məsafə cəmi 8 metrdir, yəni ölüm labüddür. Birinci səngərdəkilərin hər biri xilas olmadan yerə sərilir. İkinci səngərdəkilər ildırım kimi onların yerinə keçirlər. Fəqət nə qədər bir tükürpədici soyuqqanlılıq və təfəkkürlə bomba, güllə yağışı altında ölənləri görür və 3 dəqiqədən sonra öləcəyini bilir və ən cüzi belə çəkinmə göstərmir, sarsılma yoxdur. Oxumağı bacaranlar Qurani Kərimi oxuyur və cənnətə getməyə hazırlaşır, oxumağı bacarmayanlar isə kəlmeyi-şəhadət gətirir və azan oxuyaraq yüyürürlər. İsti cəhənnəm kimi qaynayır. 20 düşmənə qarşı hər səngərdə bir nəfər süngü ilə çarpışır, ölür, öldürür. Bəli, bu türk əsgərindəki ruhi qüvvəni göstərən, dünyanın heç bir əsgərində olmayan ehtirama layiq bir nümunədir. Əmin olmalısmız ki, Çanaqqala müharibəsində qələbə qazandıran bu yüksək ruhdur".

 

Bu hərbi qələbənin sayəsində Mustafa Kamalın adı ilk dəfə, dediyim kimi, Avropa xalqlarında və dövlətlərində məhşurlaşdı və bir müddət sonra osmanlıların o vaxtkı müttəfiqləri olan Almaniyaya dəvət olunan vəliəhd polkovnik Mustafa Kamalı da özü ilə aparır və gənc polkovnik orada Almaniyanın ən məhşur sərkərdələri ilə görüşür. Kayzer Vilhelm onları vəliəhdlə bir yerdə qəbul edir. Alman generalları və dövlət xadimləri Çanaqqala zəfərinin qəhrəmanı ilə yaxından tanış olmaq istəyirlər.

 

Taleyin istehzasına bax ki, sonralar Mustafa Kamal Paşa Anadolunu xarici işğalçılardan təmizləmək üçün Samsundan hərəkətə keçəndə təslimçi Sultan hökuməti onu hədələyirdi, bu da heç bir nəticə verməyəndə həmin hökumət Mustafa Kamala, ölüm hökmü çıxarır. Və dini rəhbər-qazi həmin hökmü fitva ilə təsdiq edir. Çünki Mustafa Kamal paşa Türkiyə ərazisini, Osmanlı imperatorluğunu, heç olmasa, türklərin əlində qalan axırıncı əraziləri işğalçılardan xilas etmək istəyirdi.

 

Bütün bu mənzərələr Atatürkün hansı böyük çətinliklərə məruz qaldığını, hansı mürəkkəb hərbi və siyasi şəraitdə mübarizə apardığını göstərir. Bütün bu mərhumiyyətlərə və çətinliklərə baxmayaraq, məlum olduğu kimi, Mustafa Kamal qalib çıxır.

 

1922-ci il avqustun 26-da başlayan böyük hüsum nəticəsində cəmi 15 gün ərzində-sentyabrın ortalarına qədər Türkiyənin indiki ərazisini işğalçılardan xilas edir, ancaq bunu diplomatik sənədlərlə təsdiq etmədən hələ qələbəyə ümid bəsləmək olmazdı.

 

Lozanna konfransından sonra artıq dövlətin qurulması mərhələsinə başlandı. Sultan hökumətinin apardığı siyasəti davam etdirməklə uğur qazana bilməyəcəyini başa düşən Atatürk, mütərəqqi görüşlü mütəfəkkir olmaq etibarilə Türkiyənin cümhuriyyətdən başqa yolunun olmadığı qərarına gəlir və cümhuriyyəti elan edir.

 

Biz Türkiyə dövlətinin son vaxtlar dünyanın qabaqcıl dövlətləri ilə ayaqlaşmaq istəməsini görüb ürəkdən şad oluruq. Türkiyənin Avropa Birliyinə girmək fəaliyyətini və onun son dövrlərdə uğur qazanmasına ürəkdən sevinirik və əminik ki, Türkiyə bu yolda indi göstərdiyi kimi, öz sarsılmaz iradəsini davam etdirəcək və Türkiyəni zəiflətmək istəyən, Avropa Birliyinə girmək üçün onun qarşısında müxtəlif şərtlər qoyan, gah milli azlıqlar problemini irəli sürən, gah da insan və söz azadlığının boğulması kimi müxtəlif absurd iddialarla Türkiyənin Avropa Birliyinə yolunu bağlamaq istəyənlərin bu əməllərini puça çıxaracaqdır.

 

Türkiyənin Avropa Birliyinə girməsi yolunda son müzakirələrin başlanması üçün Avstriya və başqalarının Türkiyəyə müqavimət göstərərkən ABŞ-ın məsələyə qarışması və Avstriyanı öz inadından əl çəkməyə məcbur etməsi göstərir ki, Türkiyə dövlətinin dünyada nə qədər böyük mühüm yeri, nüfuzu var. Dünyanın ən qüdrətli dövləti ABŞ Türkiyəyə nə qədər önəm verir və bu yolda Türkiyəyə yardımçıdır, yəni onun strateji müttəfiqidir.

 

Mən bir daha bütün konfrans iştirakçılarını, o cümlədən türk qardaşlarımızı Türkiyə Cümhuriyyətinin elan olunmasının 82-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, işinizdə uğurlar arzulayıram.

Diqqətinizə görə sağ olun.

 

 

 

 

Pərvin Məmmədova,

Atatürk Mərkəzinin Dil, ədəbiyyat və mədəniyyət

şöbəsinin müdiri, filologiya elmləri namizədi

 

 

ATATÜRKÜN DİL SİYASƏTİ

 

Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini qurduqdan sonra yeni Türkiyəni qüdrətli bir dövlətə çevirmək üçün həyatın bütün sahələrini əhatə edən dünyəvi inqilabları həyata keçirmək lazım idi. Atatürkün rəhbərliyiylə Cümhuriyyət dövründə həyata keçirilməyə başlanan inqilablar Türkiyə Cümhuriyyətini həm siyasi quruluş, həm də sosial-mədəni dəyərlər baxımından ən müasir bir dövlətə çevirmək prinsipinə əsaslanırdı. Atatürk inqilabların məqsədini, hədəfini 1925-ci ildə belə müəyyənləşdirirdi: "Həyata keçirdiyimiz və keçirməkdə olduğumuz inqilabların qayəsi Türkiyə Cümhuriyyəti xalqını tamamilə müasir və bütün məna və şəkilləriylə mədəni (müasir) bir ictimai heyət halına gətirməkdir. İnqilabımızın əsas prinsipi budur".

 

Atatürkün    inqilablarının biri də dövlət və milli mənafe baxımından böyük əhəmiyyət daşıyan dil inqilabı idi.

 

Atatürk dil islahatlarına-dil inqilabına yazı inqilabından başladı. Türk xalqlarının əlifba-yazı mədəniyyəti qədim tarixə malik olsa da, sonralar islam dininin Şərqdə, o cümlədən türk dünyasında qəbul olunması ilə bağlı bir çox xalqlar kimi türklər də ərəb yazı sisteminə keçməli olmuşlar. Bu yazı türk dilinin səs quruluşuna uyğun gəlməməklə bərabər, öyrənilməsi də mürəkkəblik yaradırdı; geniş xalq kütləsi oxuma-yazma öyrənə bilmədiyi üçün Türkiyə savadsızlar ölkəsinə çevrilmişdi. İslam dininin hakim olduğu bir ölkədə əsrlərdən bəri işlənən, müqəddəs hesab olunan ərəb əlifbasını dəyişmək böyük cəsarət tələb edirdi. Atatürk bir neçə illik hazırlıq işləri gördükdən sonra latın əlifbasına keçmək barədə qərar qəbul etdi. Onun bu addımı sözün həqiqi mənasında böyük ictimai-siyasi məzmuna malik olan əsl inqilab idi. Atatürk əlifba inqilabına xüsusi əhəmiyyət verir, onu cəmiyyətin müasirləşməsinin, avropalaşmasının, mədəni səviyyəsinin yüksəlməsinin təməli sayırdı. Buna görə də yeni əlifbanın öyrənilməsinə şəxsən nəzarət edir, onun uğurla həyata keçdiyindən iftixarla danışır, yazı islahatını dil inqilabının başlanğıcı sayırdı.

 

Türk dilinin vəziyyətinə gəldikdə isə, Osmanlı imperatorluğu dövründə milli dil anlayışı yox idi, "ümmət" anlayışının, şüurunun getdikcə üstünlük qazanması, müxtəlif din və xalqların əsasında "osmanlı" millətini yaratmaq istəyi yuxarı təbəqədə, sarayda türkcəyə etinasızlığa, onun sıxışdırılmasına gətirib çıxartdı və ərəbcə - farsca söz və tərkiblər dildə üstünlük qazandı. Üç dilin - ərəbcə, farsca və türkcənin qarışığından ibarət olan rəsmi dil, yazı dili formalaşdırıldı. Sonralar "osmanlıca" adlandırılan bu dildə ərəbcə və farsca söz və tərkiblər üstünlük təşkil edirdi: xalq dili ilə bu dil arasında dərin bir uçurum var idi. Bütün bunlar dildə sadələşmə və türkcələşdirmə hərəkatını doğurdu. Cümhuriyyətəqədərki dövrdə dilin sadələşdirilməsi sahəsində müəyyən uğurlar qazanılsa da, xalq danışıq dili ilə yazı dili arasındakı ayrılma ortadan qaldırıla bilməmişdi. Türk dilinin milliliyini, zənginlik və müasirliyini təmin etmək üçün ona elmi şəkildə proqramlı bir müdaxilə etmək lazım idi. Bu isə inqilab yoluyla mümkün idi. Dil inqilabını doğuran başlıca səbəb də bu idi.

 

Atatürk dil siyasətini elmi əsaslarla həyata keçirmək üçün nüfuzlu bir təşkilatın qurulmasına böyük önəm verirdi. 1932-ci il 11 iyul gecəsi Çankaya köşkündə müzakirlər zamanı Atatürk qonaqlarına sualla müraciət etdi: "Dil işlərini düşünməyin vaxtı çatmışdır. Nə deyirsiniz" Dilə dair söhbət və müzakirələrin sonunda, həmin gecə birdil cəmiyyəti qurulması qərarlaşdırıldı, "Türk Dilini Tədqiq Cəmiyyəti" adlanacaq bu təşkilatın layihəsi də hazırlandı.

 

Atatürkün düşüncəsinə görə milli birlik və bərabərliyin yaradılmasında dil böyük rol oynayır. Dil cəmiyyət fərdlərini bir-birinə bağlayır, onları bir bütün halına gətirir. S.M.Arsalın "Türk dili üçün" adlı əsərinə yazdığı ön sözdə Mustafa Kamal dilin birləşdirici və bütünləşdirici rolunu belə ifadə edirdi: "Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması milli hissin inkişafında başlıca olmalıdır. Türk dili dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin!

 

Ölkəsini, yüksək istiqlalını qorumağı bilən Türk milləti dilini də əcnəbi dillər boyunduruğundan qurtarmalıdır.

 

Dil inqilabına düzgün istiqamət vermək məqsədilə Atatürkün təşəbbüsü ilə 26 sentyabr 1932-ci il tarixdə Istanbulda, Dolmabağça sarayının böyük mərasim salonunda Birinci Türk Dil Qurultayı toplandı (Ümumiyyətlə, qeyd edək ki, Atatürkün sağlığında üç dil qurultayı çağrılmışdır).

 

Atatürk dil inqilabının ilk illərində heç bir güzəştə yol vermədən dili əcnəbi sözlərdən sürətlə, az vaxt içində təmizləməyə çalışır, türkcənin milli mənliyini, tarixi zənginliyini çox qısa müddətdə təmin etmək istəyirdi. Alovlu, səmimi bir milliyyətçi olan Atatürk ilk öncə təsfiyəçilik, özləşdirməçilik yoluna üstünlük vermiş, onu təcrübədən keçirmişdi. Buna görə də əsas diqqət əcnəbi sözlərə qarşılıq tapmağa, dilin söz ehtiyatını, sərvətini müəyyənləşdirməyə yönəlmişdi. Buna görə də o, dilə dair xaricdə və ölkədə çıxan əsərləri gətirdir, onları mütəxəssislərə, dil inqilabıyla əlaqəli olan şəxslərə oxutdurur, özü də gecə-gündüz araşdırmalar aparır, qeydlər edir, dil qaydaları, yeni sözlər üzərində saatlarla çalışırdı. Hətta özü riyaziyyata aid bir çox yeni sözlər də düzəltmişdi: "açı" (bucaq), "uzay" (fəza), "gerekçe" (motiv, dəlil, səbəb), "üçgen" (üçbucaq), "dörtgen" (dördbucaq), "dikey" (perpendikulyar), "çap" (diametr), "yarıçap" (radius), "eşit" (bərabər, eyni, tay), "oran" (nisbət) və s.

           

Beləliklə, dildə özləşdirməni təmin etmək üçün ilk öncə elmi araşdırmalar aparılmalı, türkcələşmiş sözlərlə əcnəbi şəkil və mahiyyətini saxlayaraq türkcələşməmiş sözlər bir-birindən fərqləndirilməliydi. Dildən bütün əcnəbi sözləri çıxartma yazı dilini çətin vəziyyətə saldı. Atatürk ifrat özləşdirməçilikdən, təsfiyəçilikdən çəkinərək daha mülayim, orta bir yolun doğru, gerçəkliyə uyğun olduğu fikrinə gəlib çıxdı.

 

Bu məqsədlə də Günəş-Dil nəzəriyyəsi ortaya qoyuldu. Cünəş-Dil nəzəriyyəsinə görə, ilk insanın anlayışında Günəş ana varlıq olmuş, insanın ilk səsi də bu ana varlığa - Günəşə qarşı duyğularından doğmuşdur. Deməli, Günəş insana öz mənliyini tanıtmışdır. Günəşin təsirləri insanın beynində müəyyən anlayışları

doğurmuşdur. Məhz dil də bu yolla törəmişdir. Yəni Günəşin müxtəlif təsirlərinə

verdikləri adlar dilə çevrilmişdir. İnsanın ağzından çıxan ilk səs türk dilinin kökü

olan ağ morfemidir: ağ totem günəşi bildirir. Günəşə qarşı duyğularını ifadə etmək

üçün insan bu "ağ" olanı istifadə edərək müxtəlif sözlər yaratmışdır. Primatlıqdan

insanlığa keçən ilk məxluqların Orta Asiyada yaşayan türklər olduğu sübut

olunduğu üçün ilk dili də yaradan türklərdir. Digər dillər də köç vasitəsiylə türk

dilindən yaranmışlar.

 

Əlbəttə, Günəş-Dil nəzəriyyəsi elmi baxımdan ciddi dəyər daşımırdı. Ancaq

Atatürkün məqsədi bu hökm'ilə türk dilinin türk tarixi qədər çox qədim olduğunu

ortaya qoymaq idi.

 

O, Günəş-Dil nəzəriyyəsinə dili sadələşdirmə yolunda yaranmış anlaşılmazlığı,

yazı dilindəki qarışıqlığı aradan qaldırmaq üçün bir vasitə kimi baxırdı. Dil

inqilabında Atatürkün ən yaxın silahdaşlarından olan görkəmli yazıçı Yaqub

Qədri Qaraosmanoğlu yazır: "Atatürkün ən əlamətdar xüsusiyyətlərindən biri

cəsurca təcrübələrə başlamaqdan çəkinməməsiydi... Kverqiçin görüşlərinə əsaslanan Günəş-Dil nəzəriyyəsi ilə də dil məsələsində yeni bir təcrübəyə başlayırdı. Bu mövzuda çox şey yazılmış, söylənmişdir.

 

Atatürkün bu nəzəriyyəni tam olaraq mənimsədiyini söyləyənlər ilə bərabər, tam bir özləşdirmənin mümkün olmayacağını anlayınca qəti qərara gəlmək üçün bu yola müraciət etdiyini söyləyənlər də olmuşdur".

 

Atatürkün ifrat özləşdirməçilikdən daha mülayim, orta bir yola meyl etməsi heç də osmanlıcaya dönmə kimi başa düşülməməlidir. O, indi dildən ancaq əcnəbi xüsusiyyətlərini tam saxlayan və xalq tərəfindən mənimsənilməmiş sözləri atmağı, türkcələşmiş, canlı danışıq dilində vətəndaşlıq hüququ qazanmış sözlərisə dildə saxlamağı daha doğru yol saymaqla dili özləşdirmə işini çıxılmaz vəziyyətdən qurtarmağa çalışırdı: "Yeni türkcə sözlər təklif edə bilərik. Bu yöndə israrla çalışmalıyıq. Fəqət türk dilinin strukturunu zorlamaq olmaz. Bu struktur məsələsini türk dilinin zənginləşmə gedişinə buraxmalıyıq. Bir neçə gün öncə Əhməd Cavad Bəyə söylədim ki, "kətəbə", "yəktübü" ərəbindir, "katib", "kitab", "məktub" türkündür". Dil inqilabının sonrakı illərində, yəni 1936-1938-ci illərdə Cünəş-Dil nəzəriyyəsinə əsaslanan dil araşdırmaları aparıldı.

 

Bir maraqlı faktı demək lazımdır ki, Atatürk şəxsi sərvətinin bir hissəsini ölümündən bir az öncə Tarix və Dil Qurumlarına vəsiyyət etdi.

 

Atatürkün ölümündən sonra dil inqilabının gedişində müəyyən dəyişiklik oldu. Dil qurumunun fəaliyyətindən, inqilabın gedişindən razt olmayanlar Atatürk həyatdaykən səslərini içlərinə çəkmişdilər. İndisə onlar "üzə çıxmağa" başladılar. Dil məsələsi yenidən mübahisə obyektinə çevrildi. Ən çox hücuma uğrayan Dil Qurumu idi. Mühafizəkarlar türkcə yeni sözləri dərs kitablarından çıxarmağı, geriyə qayıtmağı irəli sürürdülər. Ancaq inqilab gedişində əldə edilmiş nailiyyətləri təqdir edənlər, daha ədalətli təkliflər söyləyənlər də vardı. Bütün bunlara baxmayaraq dil inqilabı davam etməkdəydi.

 

40-cı illərdə dövlət dilinin türkcələşdirilməsi yolunda mühim bir addım atıldı. 1944-cü ilin noyabrında Cümhuriyyət Xalq Partiyası Məclis qrupunun təşəbbüsüylə "Təşkilat-I Əsasiyyə Qanunu"nu dil baxımından araşdıran komissiya yaradıldı. Komissiyanın hazırladığı layihə 10 yanvar 1945-ci-il tarixdə Məclis tərəfindən qəbul edilərək "Təşkilat-i Əsasiyyə Qanunu" dəyişdirilərək "Anayasa" adlandırıldı.

 

60-cı illərdə dil məsələsini yönləndirmədə bəzi yeniliklər özünü göstərdi. Belə ki, 1961-ci ildə Ankarada qurulan Türk Kültürünü Araşdırma İnstitutunun tərkibində türk dili şöbəsi də təşkil edildi ki, bu şöbənin də dil məsələsinə müəyyən təsiri oldu.

 

Müəyyən edilmişdir ki, 70-ci illərin sonlarında cəmiyyət həyatının müxtəlif sahələrində (elm, texnika, sənət və s.) on minə qədər yeni söz dildə işlənmək hüququ qazanaraq mənimsənilmiş, təkif edilən yeni sözlərdən əllisi mübahisəyə səbəb olmuşdur. Qəbul edilən və qəbul edilməyən sözlərin müqayisəsi birincilərin üstünlüyünü sübut edir.

 

80-ci illərin əvvəllərində Dil Qurumunda yenidənqurma həyata keçirildi. Atatürk Kultür, Dil və Tarix Yüksək Qurumunun 17 avqust 1983-cü il tarixli "Rəsmi qəzetdə dərc edilən 2876 saylı Qanuna əsasən dövlət himayəsində olan akademik bir quruma çevrildi və 18 oktyabr 1983-cü ildən yeni quruluşda fəaliyyətə başladı. Beləliklə, Atatürkün tarix və dil akademiyalarını yaratmaq arzusu da gerçəkləşdi.

 

Atatürkün həyata keçirdiyi dil inqilabının labüd nəticəsi olaraq Türkiyə türkcəsi işlənmiş, çox zəngin və ən müasir mədəniyyət dili səviyyəsinə çatdı. Artıq Türkiyədə canlı danışıq diliylə yazı dili (ədəbi dil), ziyalıların diliylə xalqın dili arasındakı uçurum ortadan qaldırıldı. Türk dili ifadə - üslub baxımından sadələşdirildi və çeviklik qazandı. Dil inqilabının, dil siyasətinin həyata keçirilməsi nəticəsində qazanılan uğurlarla Atatürkün nəzərdə tutduğu kimi dilin cəmiyyətdə, milli mədəniyyətdə bütünləşdirici və birləşdirici rolu təmin edildi.

 

 

 

 

Kəmalə Məmmədova,

Atatürk Mərkəzinin elmi əməkdaşı

 

 

 

 

ATATÜRK OBRAZI AZƏRBAYCAN ƏDƏBİYYATINDA

 

 

XX əsrdə Atatürk və Atatürkçülük mövzusuna digər mövzulara nisbətən daha çox müraciət edilməsi təbiidir. Həmin illərdə böyük öndərə məhəbbət elə güclü idi ki, onun nəinki həyatı, mübarizəsi, qələbəsi, hətta rəsimləri, heykəl və büstləri də şerə gətirilmişdi. Onun öz qələmindən çıxan şerlər də diqqət mərkəzində olmuşdur. Türk ədəbi fikri Atatürkə həsr olunmuş sayı minlərin üzərinə çıxmış şerləri, həmin şerlər haqqında təhlilləri göz önünə alaraq XX əsrdə özəl bir ədəbiyyatın -Atatürk ədəbiyyatının yarandığım etiraf edir. Sözügedən ədəbiyyatda əski dastanlar və əfsanələrlə (Ərgənəkon, Bozqurd və s.) əlaqələndirmələr, ölümsüzlük mövzuları; Atatürk və peyğəmbərlər qarşılaşdırması; hətta Tanrılaşdırma, "hər yerdə, hər şeydə Atatürk", Atatürkün vətənləşdirilməsi, bayraqlaşdırılması geniş yer tutur.

 

Bunu danmaq olmaz ki, Türkiyədəki böyük qurtuluşdan və Cümhuriyyətin elanından sonra Atatürk mövzusu türk şerinin önəmli mövzularından birinə çevrildi. Buna qədər isə Mustafa Kamal Paşa Mehmet Əmin Yurdaqulun Çanaqqala savaşından bəhs edən "Ordunun dastanı" adlı əsərinin bir misrası ilə türk şerinə daxil olmuşdur. "Ey Mustafa Kamallırın əziz yurdu" deyimi böyük Atatürkün ədəbiyyatla ilk bağlılığı idi.

 

Türkiyə poeziyasında Atatürkün şəninə Fazil Hüsnü Dağlarca, Behcət Kamal Çağlar, Faruk Hafiz Çamlibel, Arif Hikmət Par, Halim Yağçıoğlu və Behcət Necatigil şerlər yazmışlar. Onun adı aşıq şerində də özünəməxsus yer tutmuşdur. 1992-ci ildə Ankarada nəşr olunmuş doğumunun 110-cu il dönümü münasibəti ilə "Aşıqlardan uca Atatürkə deyişlər" toplusunda 138 aşıq öz sevgisini şerlə ifadə etmişdir.

 

Türkiyə şairləri ilə yanaşı, Quzey Kıprız, Rumıniya və digər Balkan türk şairlərinin yaradıcılığında da Atatürk ünvanlı şerlər çoxdur. Hətta prof. Nimətullah Hafiz Yuqoslaviyada yaşayan türk şairlərinin şerlərini toplayaraq Yuqoslaviya türk şerində Atatürk" antologiyasını buraxmışdır.

 

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra nəinki Türkiyədə, hətta Azərbaycanda da Atatürk şəxsiyyətinə, Türkiyəyə, türkçülüyə aid Azərbaycan mətbuatında çoxlu müxtəlif janrda yazılar gedirdi. Bütün bu münasibətlər 30-cu illərin əvvəllərinə qədər davam etmişdir. Sovet rəhbərliyinin, o cümlədən Stalinin hakimiyyəti dövründə bu mövzulara qadağa qoyulmuşdur. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra Atatürk şəxsiyyətinə olan maraq mənəvi həyatımızın bütün sahələrində, obrazlı desək, tüğyan etmişdir.

 

Atatürk şəxsiyyəti zaman-zaman Azərbaycan ədəbi mühitinin də diqqətini özünə cəlb edib. Bununla əlaqədar Azərbaycan ədəbiyyatında Atatürk obrazı canlandırılmış və böyük öndərə həsr olunmuş bir çox şer nümunələri yaranmışdır.

 

Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub, Abbas Abdulla, Rəfiq Zəka Xəndan və digərlərinin yaradıcılığında Atatürkə həsr olunan və ya Atatürkün adı çəkilən çoxlu şerlərə rast gəlmək mümkündür. Həmyerlimiz, Qaziosmanpaşa Universitetinin müəllimi Qədir Ibaoğlu 2002-ci ildə "Atatürk dastanı", Niftalı Yusifov isə 2000-ci ildə "Altun saçlı qəhrəman" adlı poema çap etdirmişlər. Onu da qeyd edək ki, bu yaxın illərdə Atatürkün uşaqlıq obrazını əks etdirən tamaşa səhnəyə qoyulmuşdur. Bu obraza nəinki teatr səhnələrində, habelə rəsm sərgilərində, musiqi əsərlərində də rast gəlmək olar.

 

Azərbaycanda ilk dəfə olaraq azərbaycanlı şair və ozanların Atatürk və Türkiyə ilə bağlı şerlərinin toplandığı və "Türküm mənim Atatürküm " adlanan ilk antologiya 2004-cü ildə Atatürk Mərkəzində nəşr olundu. Kitab geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı. Kitabın ön səhifələrindən birində yer alan Bəxtiyar Vahabzadənin 1992-ci ildə yazdığı "Atatürk" şerində:

 

Yeni fıkrin küləyindən qoca millət darana,

bizi birləşdirəcək bir Atatürküm yarana!

 

- misralarını sanki Xəlil Rza Ulutürk "Heydər Dədə -Atatürk" şeri ilə tamamlayır:

 

Məsləki varlığından böyükdür,

  Min qat böyük.

Böyüklük heykəlidir Dədə Heydər - Atatürk!

 

Hazırda Mərkəzimizdə həmin kitabın yeni geniş variantı nəşrə hazırlanır.

 

 

 

 

Əkbər Yolçuyev (QOŞALI),

Atatürk Mərkəzinin

elmi əməkdaşı

 

 

 

 

ATATÜRKÜN XARİCİ SİYASƏTİ

 

 

Türkiyə Cümhuriyyətinin bu gün mövcudluğu, günü-gündən inkişaf etməsi bir çox digər şərtlərlə yanaşı, həm də əsaslı dərəcədə onun xarici siyasət kursu ilə bağlıdır. Bu siyasət Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk tərəfindən müəyyənləşdirilmiş təməl prinsiplər üzərində bərqərar olmuş, Türkiyəyə dünyəvi dövlət imici qazandırmışdır.

 

Hər bir ölkənin xarici siyasəti milli maraqlarla ümumdünya proseslərinin, obyektiv gerçəkliyin uzlaşdırılmasını tələb edir. Türkiyə Cümhuriyyətinin qurulduğu ilk illərdə milli maraqların nədən ibarət olması, habelə regionda cərəyan edən olayların və perspektivin necə dərk olunması baxımından kifayət qədər fərqli fikirlər və əslində bir qeyri-müəyyənlik mühiti mövcud idi. Mustafa Kamal paşanın 1920-ci ildə dediyi bu fikirlər yuxarıda dediklərimiz baxımından səciyyəvidir: "Bizim gələcəyimizin aydınlığı siyasi professionallıq və milli siyasət sahəsində göstərə biləcəyimiz qabiliyyətdən asılıdır. Dünyanın bugünkü tələbləri və əsrlər boyu beyinlərdə və xarakterlərdə yığılmış həqiqətlər qarşısında xəyalpərvər olmaq kimi ciddi xəta ola bilməz. Tarixin tələbi budur, elmin, ağlın, məntiqin tələbi belədir."

 

"Məntiq" sözünün özünün açmasında deyildiyi kimi Atatürkün bu fikri də "obyektiv gerçəklikdəki hadisə və proseslərin qarşılıqlı zəruri qanunauyğunluqlarını, bu əlaqələrdə və fikirlərin inkişafındakı qanunauyğunluqları" ifadə etməkdədir.

 

Əslində dövlətin xarici siyasətini bir şəxsin müəyyənləşdirmədiyi, bu siyasətin müəyyən mənada kollektiv əməyin məhsulu olduğu bəllidir. Lakin prof. Mehmet Gönlübolun dediyi kimi "...istər milli qurtuluş sırasında, istərsə də ondan sonrakı dönəmlərdə, Atatürk öz baxışlarını ətrafındakılara geniş ölçüdə qəbul etdirməyi bacarmışdır." Bu baxımdan "Atatürkün xarici siyasəti" anlayışı mövcuddur və gerçəkliyi tam ifadə edir. Prof. M.Gönlübol bu siyasətin məqsədlərini aşağıdakı kimi sıralamışdır:

 

- "milli" bir dövlət qurmaq;

 

- "tam müstəqillik";

 

- "qərbləşmək";

 

- "məzlum millətlər"ə örnək olmaq.

 

Atatürkün xarici siyasətinin prinsipləri adını çəkdiyimiz alimə görə belədir:

 

- gerçəkçilik;

 

- hüquqa bağlılıq;

 

- "yurdda sülh, cahanda sülh".

 

Haqqında danışılan siyasət yalnız Cümhuriyyət qurulduqdan sonra, rəsmi bir dövlət siyasəti kimi meydana çıxmamış, həmçinin milli qurtuluş hərəkatı illərində də həlledici rol oynamışdır. Atatürkçü xarici siyasət kursunun götürülməsi Cümhuriyyətin - yeni türk dövlətinin qurulmasını təmin edən ən önəmli amillərdən biri olduğu kimi, bu dövlətin qorunmasını, onun real təhlükələrlərlə üz-üzə qalmamasını da təmin etmişdir.

 

24 iyul 1923-cü ildə bağlanmış, yeni Türkiyə dövlətinin istiqlaliyyətinin bütün dünya tərəfindən təsdiq edilməsini, milli sərhədlərin müəyyənləşməsini, iqtisadi sahədə Osmanlı dövründən qalma köhnə nöqsanların təmizlənərək kapitulyasiya rejiminin ləğvini özündə ehtiva edən Lozanna müqaviləsini Atatürk "Osmanlı dövrünə aid tarixdə örnəyi olmayan bir siyasət əsəri" adlandırmışdır. "Lozanna sülh müqaviləsinin qəbul etdiyi əsasları digər sülh müqavilələri ilə müqayisəyə ehtiyac görmürəm. Bu müqavilə, türk milləti əleyhinə əsrlərdən bəri hazırlanmış, Sevr müqaviləsi ilə həyata keçirildiyi zənn edilən suiqəsdin aradan qaldırılması ifadə edən bir vəsiqədir" deyən Atatürk bütövlükdə millət, dövlət qarşısında yeni üfüqlər açdığı kimi, konkret olaraq xarici siyasətdə də götürüləcək kursu, onun prinsiplərini hələ yeni quruluşun elanından əvvəl qətiləşdirmişdi. Özü bir hərbçi, bir general və inqilabçı olsa da, sülhü millətləri rifaha və xoşbəxtliyə çatdıran ən doğru yol kimi dəyərləndirən Atatürk, sülh şəraitində yaşamağın, qarşılıqlı anlaşmanın özünün də daimi diqqət tələb etdiyini, hər bir millətin ayrı-ayrılıqda bu işə hazır olmasının vacibliyini bildirirdi. Bizcə bu baxış bir tərəfdən sülhün təminatlı, uzunmüddətli olması üçün dünyanın siyasi xəritəsinin bir qütblü olmamasını, dünyəvi tarazlığın, çoxtərəfli qarantiyanın gərəkliliyini ifadə edirsə, digər tərəfdən, güclü ordunun mövcudluğunu və onun məhz müdafiə ordusu olmasını tələb edir. Fikrimizin təsdiqini Cümhuriyyət qurucusunun yenə Lozanna sülhü barədə dediyi sözlərdə tapırıq: "Bu gün vardığımız sülhün, əbədi sülh olacağına inanmaq, əlbət də sadəlövhlük olar. Bu o qədər önəmli bir gerçəkdir ki, ondan bir an belə sapmaq, rnillətin bütün həyatını təhlükəylə üz-üzə qoyar. Şübhəsiz, hüququmuza, şərəf və heysiyyətimizə sayğı göstərildikcə, cavab olaraq göstərəcəyimiz sayğını əsla əsirgəməyəcəyik. Fəqət, nə çarə ki, zəif olanların hüququna göstərilən sayğının yetərsiz olduğunu və ya heç sayğı göstərilmədiyini çox acı təcrübələrlə öyrəndik. Onun üçün hər türlü ehtimalların gərəkdirəcəyi hazırlıqları görməkdə əsla gecikə bilmərik."

 

Mustafa Kamalın rəhbərliyi dövründə Türkiyə Cümhuriyyətinin ayrı-ayrı dövlətlərlə 20 vacib ikitərəfli siyasi anlaşma imzalaması, habelə 5 önəmli çoxtərəfli siyasi anlaşmaya (Kelloq misakı-1928; Təcavüzün tərifi müqavilənaməsi-1933; Balkan paktı-1934; Boğazlar rejimi haqqında Montrö sözləşməsi-1936; Saad-Abad paktı-1937) imza atması Atatürkçü xarici siyasətin hüquqi müstəvi üzərində necə maddiləşməsinin və digər dövlətlər tərəfindən hansı səviyyədə qəbul edilməsinin bir göstəricisi kimi qəbul edilə bilər. Cümhuriyyətin elanından 4 il sonra, artıq 27 ölkə Türkiyədə öz diplomatik nümayəndiliyini açmışdı ki, onlardan da SSRİ, Almaniya, ingiltərə, ABŞ, Fransa, Yaponiya, İtaliya, İran kimi güclü dövlətlər böyükelçiliklərlə təmsil olunurdular. Türkiyə özü isə artıq 1924-cü ildə 12 ölkəyə təmsilçi təyin etmişdi. Bunlar quru faktlar kimi diqqəti cəlb etmir və təsadüfi deyil ki, bəlli bir xarici siyasət bazisi üzərində bərqərar olmuş kursu davam etdirən müasir Türkiyə artıq neçə illərdir

ki, dünyanın tam əksər dövlətləri ilə yüksək səviyyəli diplomatik əlaqədədir və beynəlxalq təşkilatların nüfuzlu üzvü kimi fəaliyyət göstərir.

 

Bu gün Türkiyənin dünyanın dörd tərəfi ilə təmasda olması, hər bir ölkədə cərəyan edən olaylara dair operativ analitik informasiya əldə etməsi faktı, yalnız kommunikasiya texnologiyasının, xəbərləşmə mühitinin yüksək səviyyəli inkişafının təzahürü deyildir. Bu həm də Cümhuriyyətin xarici siyasət fəlsəfəsinin, nəinki qonşularla, həmçinin irili-xırdalı bütün digər dövlətlərlə də yaxşı münasibətlər saxlamağı Türkiyə xarici siyasətinin əsas prinsipi hesab edən Atatürkün aşağıdakı fikirlərindən mayalanmasının ifadəsidir: "...Dünyanın filan yerində bir narahatçılıq varsa, mənə nəö" deməməliyik. Əgər belə bir narahatçılıq vardırsa, onunla bilavasitə öz aramızda olan bir narahatlıq kimi maraqlanmalıyıq. Hadisə nə qədər uzaqda olursa-olsun, biz bu prinsipi unutmamalıyıq. Bax belə bir düşüncə tərzi insanları, millətləri və hökumətləri "mənçilik"dən qurtarar. "Mənçilik" şəxsi olsun, milli olsun, həmişə fəna hesab edilməlidir." Ünlü ingilis yazarı Lord Kinrossun Atatürkün ölümünün 22-ci ilində dediyi bu sözlər onun

dünyaya baxışını, xalqlararası münasibətlərə baxışını dəyərləndirmək baxımından səciyyəvidir: "O heç bir zaman özünü düşünmədi, bütün varlığını məmləkətinə və mütərəqqi bir insanlıq idealına həsr etdi. Heç bir zaman xəyal arxasınca qaçmadı. Onun üçündür ki, ölümündən 22 il keçməsinə baxmayaraq bu gün də dünənki kimi canlıdır və ulusuna yol göstərməkdədir."

 

Professor Nizami Cəfərovun "Türkiyənin təcrübəsində Atatürkdən gələn, onun ideyalarının nəticəsi olaraq reallaşan, milliliklə ümumbəşəriliyin ən münasib bir şəkildə birləşməsi var" fikri Mustafa Kamalın xarici siyasət kursunun hansı konstruksiya üzərində qurulduğunu dəqiq ifadə edir. Atatürk özü 1923-cü ildə deyirdi ki, "xarici siyasət, bir toplumun daxili quruluşu ilə sıx-sıx bağlıdır. Çünki daxili quruluşa istinad etməyən xarici siyasətlər hər zaman məğlub olur. Bir toplumun daxili quruluşu nə qədər güclü və sağlam olarsa, xarici siyasəti də ona mütənasib şəkildə güclü və dayanıqlı olar."

 

Atatürkün irəli sürdüyü müddəalar əsasında formalaşan xarici siyasət "millətlərarası anlaşılmazlığın ümumi mənfəət naminə qarşılıqlı güzəşt yolu ilə həll edilə bilməsi"ni diqət edir. Ümumiyyətlə, böyük öndərin vaxtı ilə irəli sürmüş olduğu nəzəri müddəalar, onun praktikası bu gün də əsasən aktualdır. Atatürkün 1922-ci ildə demiş olduğu "Hərbi hərəkat siyasi fəaliyyətin ümidsiz olduğu nöqtədən başlayır. Qarşıya qoyulan məqsədə çatmaq ümidinin inandırıcı şəkildə bərpa olunması həmin məqsədə çatmağı orduların hərəkətindən daha sürətlə təmin edir" fikrini örnək olaraq göstərə bilərik.

 

Atatürkün xarici siyasət strategiyasında hər şeyin öz yeri var və bütün sahələr bir-biri ilə vəhdətdədır. Örnəyi, xarici iqtisadi əlaqələr bu siyasətdə mühüm istiqamətlərdən biridir. Bu siyasətin təməlində, türk lirəsinin xarici valyutalar qarşısındakı dəyərinin düşməsini önləmək və ölkə xaricində etibarı yüksək, güvənilən bir Türk Xəzinəsinin yaradılması fikri durur. Bunun üçün maliyyə və pul siyasətinə uyğun olaraq xarici ödəmələr balansı da təmin edilməli, xarici dövlətlərə qarşı nəzərdə tutulan ödəmə öhdəlikləri, gecikmədən və əksik olmadan yerinə yetirilməlidir. Mustafa Kamala görə bu prinsip, tam müstəqilliyin təməl şərtidir. Atatürkün "Yeni Türkiyə dövləti təməllərini süngü ilə deyil, süngünün özünün də möhtac olduğu iqtisadiyyat ilə quracaqdır. Yeni Türkiyə dövləti savaşçı bir dövlət olmayacaqdır. Fəqət yeni Türkiyə dövləti iqtisadi dövlət olacaqdır" fikri dövlətlərarası münasibətdə iqtisadiyyatın yerini ən dolğun şəkildə ifadə edir və günümüzdə olduğu kimi, sabah da yaşamaq hüququ olacaq bir

yanaşmadır.

 

Qloballaşma ilə bərabər formalaşan yeni dünya düzəninin milli dövlətlərin varlığına təhlükələr yaratması və beynəlxalq sərmayə mərkəzlərinin göstərişlərinin

müqəddəs din mərkəzlərinin əmrləri kimi qəbul olunması prinsiplərini vəd etdiyi bir vaxtda Atatürkçü mövqeyə daha artıq dərəcədə ehtiyac duyulmaqdadır.

 

Türkiyənin xarici siyasətində mədəniyyət məsələlərinin aparıcı istiqamətlərdən biri – xüsusi önəm verilən sahə olması da Atatürkün adı ilə bağlıdır. Professor Dursun Yıldırım qeyd edir ki, "Mustafa Kamal Atatürkün təsəvvüründə, doğudan və batıdan fərqli bir öncü mədəniyyət qurma ülküsü vardır". Atatürk özü deyirdi: "Arkadaşlar, böyük davamız, dünyada ən mədəni və ən firavan millət kimi varlığımızı yüksəltməkdir. Bu, yalnız qurumlarında deyil, düşüncələrində təməlli bir inqilab etmiş olan böyük türk millətinin dinamik idealıdır". Atatürk bu ülküsünü Cümhuriyyətin 10-cu ilində, "Türk milləti, mədəniyyət üfüqündən yeni bir günəş kimi doğacaqdır" deyə açıqlayırdı. Maraqlıdır, böyük dövlət və siyasi xadim, Prezident Heydər Əliyev də, artıq müstəqilliyinin 10-cu ildönümünü qeyd etmiş, durumu qardaş Cümhuriyyətin sözükeçən dövrdəki durumunu xatırladan respublikamızın perspektivi haqqında az qala eyni cümləni işlətmişdir: "Azərbaycan dünyaya günəş kimi doğacaq!" Bu və bu qəbildən olan paralellərin

aparılması həm dövlətimizin tutduğu yolun özündə çağdaşlıq və təcrübəliliyi ehtiva etdiyini, həm də atatürkçülüyün canlı şəkiidə dərk olunmasında önəm kəsb edir.

 

Ümumiyyətlə, etiraf olunmalıdır ki, Mustafa Kamalın məqsədyönlü şəkildə yürütdüyü xarici siyasət strategiyası ilə yanaşı bütövlükdə onun prinsipləri, həyata keçirdiyi tədbirlər, ölkə daxilində atdığı addımlar, qlobal məsələlərə yanaşması, nəhayət, Türk Milli Azadlıq Mübarizəsi öz-özlüyündə birfakt, bir model, örnək olaraq xaricdə əks-səda doğurmuş, öyrənilmiş, tətbiq olunmuş, habelə bir çox hallarda böyük dövlətlərin irimiqyasiı planlarını, dünyəvi inkişafın perspektivini dəyişmək gücündə olmuşdur. Yəni, Atatürk və onun mübarizəsi olmasaydı, o mübarizə qələbə ilə sonuclanmasaydı indi dünyanın, ilk növbədə Türkiyənin özünün ictimai-siyasi xəritəsi bir başqa cür olacaqdı, deyə bilərik. Fikrimizin təsdiqi üçün professor Ernest Jaskın 1946-cı ildə dediyi sözləri xatırlatmaq yerinə düşür: "Mustafa Kamalın Çanaqqala boğazında qazandığı zəfər, yüzillərdən bəri Qara Dənizdən çıxaraq Ağ Dənizə çatmağı məqsəd etmiş çar Rusiyası imperializminin ölüm zəngini çaldı.

 

Sakarya boyunca Atatürkün gələcək zəfəri, Ağ Dənizdən Qara Dənizə çatan yunan imperializmini sona yetirdi.

 

Bu iki imperialist axın, ilk dəfə Osmanlı İmperatorluğunu və sonra türk ulusunu qoruyan əsgər və dövlət adamı tərəfindən pozuldu". Yaxud fransız hüquqçusu, professor Moris Düverje də 1964-cü ildə "Kamalizm Türkiyə tarixinin bir səhifəsi olmaqdan çıxıb siyasi sistemə öndərlik etməyə başladı. Çünki bu sistem yer üzündə üçüncü dünya ölkələrinə yol göstərməkdədir", deyərək Atatürkün mübarizəsinə çox düzgün qiymət vermişdir. Amerikalı diplomat, səfir Çarlz Ha-Şerill fransız professorun fikrini davam etdirirmiş kimi qeyd edir: "Yaxın Doğuda sülh və güvənliyin Atatürkdən daha atəşli bir tərəfdarı yoxdur". Təsadüfi deyil ki, Çin diplomatı, böyükelçi, general Ho-Yao-Su da 1936-cı ildə qeyd edirdi: "Türk devriminin bütün Doğu dünyasının irəliləmə və inkişafındakı rolu Batı dünyasını kültür və tərəqqi yoluna yönəldən Fransız devrimi qədər önəmli və təsirlidir.

 

Devriminizin qığılcımlarından çıxacaq olan atəş, bütün Doğu uluslarını aydınladacaq, qamaşdıracaq və gerçək nuru yansıdacaqdır".

 

Öz ölkəsinin istiqlalı yolunda hər cür fədakarlıqlar göstərmiş Atatürk "hər hansı bir toplumda fərdin bütöv millət, onun dövləti və hökuməti, həmin millətin isə sivilizasiya dünyasında bir ailə üzvü olduğuna görə bütün insanlıq qarşısında çox borcu var" deyərkən millətinin xoşbəxtliyini bütün bəşəriyyətin xoşbəxtliyinə xidmət edən, türkün azadlığının bütün insanlıq üçün faydalı olduğu, ölkəsinin inkişafının yalnız ölkəsinin inkişafı anlamına gəlməməsi inancını ifadə etmişdir. Bu heç şübhəsiz ki, bütün bəşəriyyətin məsuliyyətini bölüşmək qabiliyyəti, ucalığı idi. Bildiyimiz kimi onun başarıları yalnız soydaşları tərəfindən deyil, rəqibləri və mötəbər şəxslər tərəfindən də etiraf olunmuşdur. Hələ 1922-ci ildə İngiltərənin Baş naziri Lloyd Corc öz istefası zamanı söyləmişdir: "...dostlar, dahilər uzun illər boyunca nadir hallarda yetişir. Talesizliyimizə baxın ki, o böyük dahi zəmanəmizdə Türk millətinə nəsib oldu. Mustafa Kamalın dahiliyinə

qarşı əlimizdən nə gəlirdi ki ?!". Atatürk böyüklüyünü, onun xarici siyasətinin mahiyyətini "Öncü kadro" dərgisi "Üçüncü yol - Kamalizim" məqaləsi ilə sərrast ifadə etmişdir: "İdeoloji yön baxımından təhlil edildikdə Kamalizm az inkişaf etmiş ölkələrin sümürülməsini dəstəkləyən və mərkəzçi baxışı nöqteyi-nəzərindən inkişaf etdirilmiş olan dünyəvi olma iddiasındakı kapitalizm, sosializm və sosial demokratiyanın qarşısında milli bir seçim – bir üçüncü yoldur."

 

Atatürkün  xarici  siyasətində türk dünyası məxsusi bir yer tutur. "Bolqarıstan türkləri və Atatürk", "Makedoniya türkləri və Atatürk", "Kosova türkləri və Atatürk",  ... başlıqlarının hər biri ayrıca tədqiqat əsərinin mövzusudur. Lakin  bizim  üçün ən önəmli mövzu, heç şübhəsiz, Atatürkün Azərbaycanla bağlı fikirləri və vaxtı ilə görmüş olduğu işlərdir. Bu fikirlərin başında məşhur" Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri gəlir, desək yanılmarıq. Atatürk Azərbaycanın türk dünyasındakı mövqeyi barədə 1921-ci il oktyabrın 18-də (Azərbaycanın dövlət müstəqilliyini ikinci dəfə elanından düz 70 il öncə) demişdir: "Coğrafi durumu göz önünə  gətirilərsə, həqiqətən Azərbaycanın Asiyadakı qardaş türk millətləri ilə çox mühüm təmas və əlaqə imkanlarına malik olması aydın görünər.

 

Azərbaycanın bu xüsusi durumu türk dünyası üçün olduqca böyük əhəmiyyət kəsb edir".

 

Atatürkün 1931-ci ildə dediyi və Azərbaycana da birbaşa aidiyyatı olan aşağıdakı fikirləri həm bir daha onun uzaqgörənliyini, həm də bizə münasibətini bariz şəkildə təsdiq edir: "Bu gün Sovetlər Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Fəqət sabah nə olacağını kimsə müəyyənləşdirə bilməz...

 

Eynən Osmanlı kimi, eynən Avstriya-Macarıstan kimi o da parçalana bilər, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər ovuclarından qaça bilər.

 

Dünya yeni bir mərhələyə yetişə bilər.

 

Bax o zaman Türkiyə nə etməli olduğunu bilməlidir.

 

Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, özü bir qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalıyıq.

 

Hazır olmaq yalnız o günü susub gözləmək demək deyildir. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazır olur. Mənəvi körpüləri sağlam tutaraq.

 

Dil bir körpüdür, inanc bir körpüdür. Tarix bir körpüdür.

 

Bütünləşməliyik. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız gərəkdir".

 

Atatürkün hələ Cümhuriyyət elan olunmamışdan öncəki fəaliyyəti dövründə - 13 oktyabr 1921-ci ildə, Azərbaycan üçün tale yüklü məsələ ilə bağlı, onun rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisinin hökuməti bir tərəf kimi Qars müqaviləsini imzalamışdır. O zaman Antanta dövlətlərinin, xüsusilə də Rusiyanınn dəstəyi ilə dünyada ilk erməni dövlətinin qurulması prosesi gedirdi və bu iş məhz tarixi Azərbaycan torpaqlarında gerçəkləşdirilirdi. Bəllidir ki, yerli əhalinin etirazlarına baxmayaraq, bəzən informasiyasızlıq mühitindən və əhalinin məsələnin mahiyyətindən bilgisiz olmasından istifadə edən, bir çox hallarda isə zor tətbiq edən ermənilər, onların dəstəkçiləri istəklərinə nail olurdular. Lakin Naxçıvan əhalisi bütün təhdidlərə baxmayaraq və ayrıca bir yazının mövzusu olan şücaət göstərərək erməni idarəsinə boyun əymirdi. Mürəkkəb hərbi-siyasi durumdan böyük dövlətlər öz mənafeləri naminə bəhrələnməyə çalışırdılar ki, Azərbaycan indiki dövrdə olduğu kimi o vaxt da yalnız Türkiyənin dəstəyinə ümid bağlayırdı. Türkiyədə isə faktiki olaraq ikihakimiyyətlilik şəraiti hökm sürürdü. İstanbulda süquta doğru gedən Sultan hakimiyyəti, Anadoluda perspektivi heç də tamamilə hamı tərəfindən eyni dərəcədə aydın təsəvvür edilməyən Türkiyə Böyük Millət Məclisinin idarəçiliyi mövcud idi. Osmanlı imperiyasının 1918-ci il oktyabrın 30-da Böyük Britaniya ilə imzaladığı Mudros müqaviləsinə görə Qafqazın güney hüdudlarını tərk etmiş türk qoşunlarının yerinə ingilis işğalçı ordusunun hissələri gəlmişdi. Aydın Hacıyevin "Qars və Araz-Türk Respublikalarının tarixindən" adlı kitabında oxuyuruq: "Türkiyədəki Milli Azadlıq Hərəkatı ilə üzləşən Britaniya Mustafa Kamalın qoşunlarına qarşı daşnaq Ermənistanından istifadə etmək qərarına gəldi. Antanta səfirləri və xarici işlər nazirlərinin konfransı 1920-ci il martın 12-də Millətlər Cəmiyyətinin Şurasına təklif etdi ki, "yeni yaranmış Ermənistan dövləti"ni öz himayəsinə qəbul etsin". Türk Milli Azadlıq Hərəkatı ilə mübarizədə olan Antanta imperialistləri o vaxt Mustafa Kamalın planlarına

Cənubi Qafqaz tərəfdən, yəni daşnak Ermənistanından və Naxçıvan vasitəsi ilə zərbə endirmək istəyində idilər. Naxçıvanın, Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi hakimiyyəti ilə əlaqələri də zəifləyirdi. Mürəkkəb bir dövrdə, Naxçıvana sovet hökuməti gətiriləndən (23 iyul 1920-ci il) bir il iki ay sonra (13 oktyabr 1921-ci ildə) Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Qafqaz respublikaları arasında "Qars müqaviləsi"nin imzalanması Naxçıvana müəyyən anlamda dinc, qarantiyalı həyat gətirdi. Müqavilədə 3 Qafqaz respublikasının Türkiyə adından TBMM-in qəbul etdiyi sənədləri tanıdıqları, Naxçıvanın Azərbaycanın tərkibində qalması, qaçqınlarla, vətəndaşlıqla bağlı və digər məsələlər təsbit olunmuşdur.

 

Yəqin ki, əgər Atatürkün başladığı Milli Azadlıq Hərəkatı və onun qurduğu Böyük Millət Məclisi olmasaydı, Sultan hakimiyyəti Naxçıvanın Azərbaycanın tərkibində qalmasını ifadə edən bir müqavilənin bağlanmasına israr edə bilməyəcəkdi. Fikrimizcə, Naxçıvanın taleyinin həllində Türkiyədə istiqlal savaşının başlanması, onun nəticələri öz-özlüyündə bir fakt kimi nəzərə alınan təsir faktoru idi. Qeyd edək ki, Qars müqaviləsi bu gün də qüvvədən düşməyib və onun şərtlərinə görə, Naxçıvan təcavüzə məruz qalarsa, Türkiyənin oraya qoşun yeritmə səlahiyyəti var.

 

Azərbaycanda nəinki Atatürkün xarici siyasət kursu, ümumiyyətlə, onun irsi, mübarizəsi haqqında cəmi bir neçə il öncəyə qədər mövcud olan əsərlərin totalitar hakimiyyət dövründə yazıldığına görə tam obyektiv mövqeyi əks etdirməməsi anlaşılır. Prof. N.Cəfərov bu məsələni şərh edərkən deyir: "Azərbaycanda Atatürkü sevirlər, lakin tanımırlar." Başqa bir müsahibəsində Atatürk haqqında Türkiyədən fərqli olaraq digər türk respublikalarında çox yazılmadığını vurğulayan alim fikirlərini belə ifadə etmişdir: "...Yazılanlar və deyilənlər isə üzdən yanaşmalardır. ... Biz Atatürkü intellektual şəkildə təbliğ etməliyik." Odur ki, 2001-ci ildə Prezident H.ƏIiyevin Azərbaycanda prezidentin fəxri sədrliyi ilə fəaliyyət göstərən Atatürk Mərkəzini yaratması və onun üzərinə önəmli görəvlər qoyması böyük hadisədir. Yəqin ki, yuxarıda qeyd etdiyimiz mövcud boşluğun doldurulması baxımından mərkəzin nəşr etdiyi çoxsaylı kitablar, ümumən Mərkəzin işi artıq öz rolunu oynamaqdadır.

 

Yuxarıda deyilənlərdən hansı sonucları çıxara bilərik. Beləliklə:

 

1. Atatürk prinsipləri üzərində qurulmuş xarici siyasət türk xalqının mənafeyinə cavab verdiyi kimi, bütün tərəqqipərvər bəşəriyyətin də istəklərinə cavab verir;

 

2. Atatürkün xarici siyasətdə əsas götürdüyü prinsiplər bu gün də aktualdır;

 

3. Atatürkün əsəri olan Türkiyə Cümhuriyyətinin xarici siyasətdə əldə etdiyi sonucların  bəzi  hallarda heç də arzu olunan  səviyyədə sonuclar verməməsi  ayrı-ayrı  hökumətlər dövründə onun tövsiyyələrinin, xüsusi ilə iqtisadiyyatla bağlı fikirlərinin gərəkdiyi dərəcədə yerinə yetirilməməsi ilə bağlıdır;

 

4. Atatürkün vaxtı ilə beynəlxalq aləmdə gedən proseslərin perspektivi ilə bağlı irəli sürmüş olduğu fikirlər (o cümlədən, Almaniya tərəfindən başladılacaq II   Dünya savaşı, keçmiş SSRİ-nin və türk dünyasının perspektivi ilə bağlı proqnozları) doğrulmuşdur;

 

5. Atatürk prinsiplərinin rəsmi siyasətə sirayəti, Atatürkçü düşüncə tərzi  Azərbaycan   Respublikasında  gerçəkləşdirilən siyasi kursda təzahür etməkdədir.

 

 

 

 

Yaqut Əmirova,

Atatürk Mərkəzinin elmi əməkdaşı

 

 

 

 

ATATÜRK DÖVRÜNDƏ TÜRKİYƏ - AZƏRBAYCAN ƏLAQƏLƏRİ

 

 

XX əsrin başlanğıcında Birinci Dünya Müharibəsinin başlanması nəticəsində dünyanın inzibati xəritəsində bir sıra dəyişikliklər baş vermiş, imperialist dövlətləri Antanta və üçlər blokuna ayrılmışdılar. Bu zaman Türkiyə üçlər blokunun tərkibində müharibədə iştirak etmiş, 1918-ci il 30 oktyabr Mudros barışının imzalanması ilə məğlub dövlətlər sırasında olmuş, müqaviləyə əsasən, Osmanlı ordusu Bakını ingilislərə buraxıb getmişdir.

 

Bu müqavilə nəticəsində xarici imperialistlər Osmanlı Türkiyəsini parçalamış, Adananı fransızlar, Urfa, Maraş və Antepi ingilislər, Antalya və Konyanı italyanlar işğal etmiş, 15 may 1919- cu ildə isə yunan ordusu İzmiri tutmuşdu.

 

Ölkə isə hər tərəfdən məqsədlərini həyata keçirməyə çalışan xristian orduları tərəfindən əhatə olunmuşdu.

 

Bu zaman Mustafa Kamalın 1919- cu il 19 mayda Samsuna çıxması ilə başlayan mücadiləsi Anadolunu dörd bir tərəfdən işğal etmiş ingilis, fransız, italyan və yunanlara, ölkəni ingilis himayəsi və ya Amerika mandatlığında görən xəlifə hökumətinə, şərqi və cənubi-şərqi Anadoluda erməni  və kürd dövlətləri qurmağa çalışanlara qarşı yönəlmişdi.

 

Bu mübarizədə Azərbaycan xalqının qəlbi də Osmanlı Türkiyəsi ilə birgə döyünmüş, bu barədə Mustafa Kamal belə demişdir: Azərbaycan xalqınm bizimlə bizdən çox maraqlandığını bilirik.

 

Mustafa Kamal təkcə Anadoluda milli mücadiləyə rəhbərlik etməmiş, eyni zamanda Qafqaz və Orta Asiyadakı türklərlə də əlaqə saxlamışdır. Misal üçün; 1919- cu il sentyabrm 20- də Sivasda general Harbord ilə görüşən Mustafa Kamal bildirirdi ki, Ermənistandakı müsəlman xalqının köməyinə getməkdən və Azərbaycan müsəlmanları ilə əməkdaşlıq etməkdən çəkinərək, bütün fəaliyyət və məqsədlərimizi ana vətənimizin və millətimizin istiqlal və rifahını zəmanət altına almaq üçün həsretməyi zəruri bilirik. Çünki Moskva Osmanlının Azərbaycandakı nüfuzunu nəzərə alıb siyasətini buraya çevirməyi planlaşdırır.

 

1920-ci il 28 apreldə rus orduları tərəfindən Azərbaycan işğal olundu. Bu zaman Avropa orduları ilə qarşı-qarşıya duran Osmanlı qoşunlarının rəhbəri Mustafa Kamal paşa 1920- ci il 1 dekabrda Kazım Qarabəkir paşaya göndərdiyi teleqraf təlimatında bildirirdi: "Rusiya müsəlmanları və bütün islam xalqları haqqındakı fikirlərimiz onların hüquqlarının genişlənməsinə yönəldilməlidir. Azərbaycanın tamamən müstəqil bir dövlət halına gətirlməsi üçün, rusları şübhələndirməmək şərti ilə təşəbbüslər göstərmək lazımdır. 1920- ci ilin 10 avqustunda ruslar və ermənilər arasında imzalanan sazişdə Azərbaycana zərər verən maddələrin aradan qaldırılmasına çalışılmalı, Qarabağ və s. yerlərin Azərbaycana bağlı olması təmin edilməlidir".

 

Bu zaman Mustafa Kamal və Nəriman Nərimanov arasındakı danışıqlar mühüm əhəmiyyət kəsb etmşdir.

 

Mustafa Kamal paşa Nəriman Nərimanova müraciətində iki xalq arasında münasibəti qardaşlıq silahı ilə silahlanmaq kimi dəyərləndirmişdir. Bu yazışmalardan sonra, N.Nərimanovun göstərişi ilə 1920-ci il aprel hadisələrindən sonra Bakıda həbs edilən türk zabit və əsgərləri azad edilmişdir.

 

Eyni zamanda 1920-ci il 3 may teleqrafında Mustafa Kamal Qarabəkir paşaya "5 para tapılmadığı halda, başqa bir tərəfdən təmin edilincəyə qədər, Azərbaycan hökumətindən az miqdarda borc almmasını" istəmişdir.

 

Lakin qardaş Osmanlı Türkiyəsi də Azərbaycana hər zaman arxa durmuş, 12 iyul 1921-ci il Böyük Millət Məclisində söylədiyi nitqində Mustafa Kamal Türkiyənin Azərbaycana komandan, zabit və bir sıra şeylər göndərdiyini, eyni zamanda qarşı tərəfin onlarla daha çox maraqlandığını bildirmişdir.

 

Bu zaman Azərbaycan hökuməti özlərinin gələcəyini M.Kamal Türkiyəsi ilə sıx əlaqədə görmüş və bu birgə maraqları Sovet Rusiyası ilə əlaqələndirmiş, Rusiyanın türk siyasətinə müsbət istiqamət vermişdir.

 

1922-ci ildə Parisdə Yaxın Şərq problemləri ilə bağlı konfransa Atatürk hökumətinin nümayəndələri ilə yanaşı, İzzət paşanın rəhbərliyi altında sultan hökumətinin nümayəndələri dəvət olunanda Azərbaycan nümayəndələri kamalçıları dəstəkləmişdir.

 

Rusiya Azərbaycanda saxlanılan ingilis və fransız əsirlərini Böyük Britaniyanın nəzarəti altında olan öz vətəndaşlarına dəyişmək istədikdə Kamal hökumətinin xahişi ilə Azərbaycan hökuməti onların ancaq Malta adasında əsir saxlanılan 66 türk ziyalı və siyasi xadimlərinə dəyişdirilməsini təkid etmişdir.

 

Doğan Avçıoğlu Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edərkən yazır ki, Türkiyənin maliyyə sıxıntıları olduqda Qarabəkir paşanın Azərbaycan hökumətindən yardım istəməsini dinləyən Atatürk Bakıda bolşevik hökumətinin olduğunu bilərək razılıq vermişdir. Belə ki, Azərbaycanın istər birbaşa, istərsə də Rusiya ilə birlikdə Türkiyəyə maddi kömək etməsinə aid çoxlu faktlar vardır.

 

Bununla bağlı Nəriman Nərimanov Mustafa Kamal paşaya ünvanladığı məktubunda yazırdı: "Paşam, qardaş-qardaşa borc verməz, əl tutar". O, fəxrlə "Mustafa Kamal paşanın Türkiyəsi bizim dostumuzdur" deyir. Türkiyənin milli azadlıq savaşında qələbəsini alqışlayır, əlindən gələn yardımı edirdi. Nərimanovun bu xidmətlərini nəzərə alan TBMM Nərimanova fəxri qılınc verməkdən ötrü M.Kamalın göstərişi ilə Azərbaycana xüsusi heyət göndərmişdir.

 

Eyni zamanda M.Kamal paşanın TBMM sədri sifətiylə 1920-ci ildə əlaqə yaratdığı xarici dövlətlərdən birincisi Azərbaycan, ikincisi Əfqanıstan və Sovet Rusiyası olmuşdur. Bununla bağlı o, Azərbaycanın rəsmi nümayəndəliyinin bayrağını qaldırmış, bolşevik hökumətinin siyasətini bəyənmiş və dəstəkləmişdir. Bu sahədə Sovet Azərbaycanının Türkiyədəki səfiri İbrahim Əbilovun fəaliyyəti xüsusi qiymətləndirilməlidir. Belə ki, Resrublikanın tanınmış siyasi və ictimai xadimlərindən biri olan Əbilov 1921-ci ilin yayında Kominternin II konqresinin nümayəndəsi olaraq V.İ.Leninin göstərişi ilə Sovet Azərbaycanının Türkiyədə nümayəndəsi təyin olunmuşdur.

 

1921-ci ilin sentyabr ayında Türkiyəyə yola düşən Azərbaycan elçisi Mustafa Kamal Atatürk tərəfindən qəbul edilmişdir. Qəbul zamanı İ.Əbilov Azərbaycan hökuməti adından Qafqaz süvari ordusunun qızılı xəncərini M.Kamala hədiyyə vermişdi. Xəncərin üzərində belə bir yazı var idi: "Azərbaycan fəhlə-kəndli hökumətindən türk inqilabının qəhrəmanı Mustafa Kamal paşaya xatirə."

 

İ.Əbilov Şərqi Anadolunun yerli şəraitini və iqtisadiyyatını öyrəndikdən sonra mühüm liman şəhərləri Trabzon və Samsunda konsulluqlar təsis edilməsi haqqında hər iki hökumətin razılığına nail olmuşdu. Bu isə Azərbaycanla Türkiyə arasında ticarət və mədəni əlaqələrin yaradılmasına və daha da inkişaf etdirilməsinə doğru yönəldilmişdi. Türk xalqının adət-ənənəsinə, tarixinə, mədəniyyətinə bələd olan İ.Əbilov kimi siyasi xadimin o zaman Türkiyədə səfir işləməsi hökumət dairələrində, şəxsən M.Kamal paşanın yanında qazandığı yüksək nüfuz M.V.Frunzenin Türkiyə səfərinin xeyli səmərəli keçməsinə bilavasitə müsbət təsir göstərmişdir.

 

1921-ci ildən Əbilov Azərbaycanın, sonralar isə ZSFSR-in Türkiyədəki diplomatik nümayəndəsi təyin olunur. Həmin məsul vəzifədə Əbilovun parlaq diplomatik qabiliyyəti aydın bir surətdə özünü göstərir.

 

Əbilov 1923-cü il fevralın 23-də İzmir şəhərində vəfat etmişdir M.Kamal paşa Hindistan və Misirdən cərrahlar çağırtdırıb onun cəsədini 200 illik mumlayıb İtaliya gəmisi "Rono"da Bakıya göndərmişdi. İ.M.Əbilov Bakıda Dağüstü qəbiristanlıqda dəfn edilmişdir. Oradakı qəbiristanlıq köçürüldüyündən, onun qəbri haqqında məlumat yoxdur. Lakin fəxri xiyabanda rəmzi qəbri var.

 

1921-ci il sentyabrın 26-da Qars şəhərində konfrans açıldı. 1921-ci il oktyabrın 13-də isə M.Kamalın göstərişi ilə Qafqaz respublikaları ilə Osmanlı Türkiyəsi arasında Qars müqaviləsi imzalandı.

 

Burada diqqəti çəkən məsələ ondan ibarət idi ki, Atatürkün təkidi və təzyiqi nəticəsində Qars müqaviləsi Azərbaycanın xeyrinə imzalandı.

 

Bu müqavilədən sonra Mustafa Kamal paşa Türkiyənin xarici işlər naziri Yusif Kamalın vasitəsi ilə Azərbaycan hökumətindən xahiş edirdi ki, öz nüfuzundan istifadə edərək, Qars müqaviləsinin respublikalar tərəfindən və ittifaq orqanlarında ratifikasiyasını təmin etsin.

 

Bu müqavilənin 4, 5 və 6-cı maddələrində ərazi məsələlərinin qaydaya salınması şərh edilirdi. Burada göstərilirdi ki, Naxçıvan vilayətinə Azərbaycanın hitnayəsində muxtariyyət verilsin.

 

Mustafa Kamal Naxçıvanla bağlı fikirlərini belə bildirmişdir: "Azərbaycana bağlı Naxçıvan vilayəti qardaş Türkiyə ilə 11 kilometrlik sərhəddə olan türk yurdudur. Naxçıvan türk dünyasının qapısıdır, onu qorumaq lazımdır."

 

İstiqlal müharibəsi illərində Atatürk Şərq komandanlığına Ərzurum, Qars, Ərdəhan və Ağrı ilə bərabər Naxçıvanla bağlı sərəncamlar vermişdir. Bu sərəncamlarda Naxçıvanın erməni işğalından, amerikan-ingilis hegemonluğundan qorunması üçün göstərişlər vardır. Məhz böyük Atatürkün ciddi təkidləri nəticəsində Naxçıvan Qars və Moskva müqavilələrini imzalayan dövlətlər tərəfindən Azərbaycan torpaqları kimi qəbul olunmuşdur. Onun uzaqgörənliyi nəticəsində Azərbaycanın tərkibində Naxçıvan vilayəti yaradılmışdır. Həmin vaxt Atatürkün yürütdüyü ardıcıl siyasi fəaliyyət olmasaydı, ermənilərin arxalandığı Moskva hökuməti Naxçıvan Muxtar Vilayətinin qurulmasına razılıq verməyəcək və Azərbaycan tarixi Naxçıvan torpaqlarını itirmiş olacaqdı. Çünki siyasi səhnədə təklənmiş Azərbaycan hökumətinin də Naxçıvanı təkbaşına saxlamağa gücü yetməyəcəkdi.

 

1925-ci il sərhəd müqavilələrində də Mustafa Kamal hökumətinin Azərbaycanla bağlı qərarları üstün mövqeyə layiqdir. Belə ki, martın 14-ü 1925- ci ildə SSRİ-Türkiyə sərhəd komissiyasının Moskva iclası açıldı. Bu iclasın məqsədi Araz və Arpa çaylarının sularından qarşılıqlı surətdə istifadə etmək və sərhəddi daha da dəqiqləşdirməkdən ibarət idi. Mustafa Kamalın göstərişi ilə burada da Azərbaycanın maraqları digər respublikalardan üstün götürülmüşdür.

 

Göründüyü kimi, yaşadığı müddətcə o, təkcə Türkiyənin deyil, bütün türk dünyasının qayğısını çəkmişdir. Onun XX əsrin əvvəllərində başladığı işi davam etdirən və XX əsrin sonlarında ümumtürk xalqlarının atası kimi tanınan ümummilli liderimiz Heydər Əliyev də onun bu fədakarlığını yüksək qiymətləndirmiş, Azərbaycanda Atatürk irsinin daha dərindən öyrənilməsini təmin etmək məqsədilə Atatürk Mərkəzinin açılması haqqında Sərəncam vermişdir. Hazırda bu Mərkəz Azərbaycanda Atatürk irsini çox layiqincə araşdırmaqdadır.

 

Konfrans iştirakçılarını Cümhuriyyət bayramı münasibəti ilə təbrik edirəm, türk xalqlarına yeni Cümhuriyyət arzuları ilə!

 

 

 

 

Fəridə Hacıyeva,

M.F.Axundov ad. Milli Kitabxananın

Dövri mətbuat bölməsinin müdiri,

Yazıçılar Birliyinin üzvü,

"Qızıl qələm" mükafatı laureatı

 

 

 

 

Hörmətli konfrans iştirakçıları!

 

 

Bu gün biz qardaş Türkiyənin Cümhuriyyət gününün 82-ci il dönümünü M.F.Axundov adına Milli Kitabxanada, elm məbədgahında qeyd edirik. Bugünkü gün biz Azərbaycan xalqı üçün də çox əlamətdar bir gündür. Burada Mustafa Kamal Atatürkün qurduğu sarsılmaz dövlət haqqında bir-birindən dolğun, elmi çıxışlar oldu. Bir daha biz bu dövlətin möhtəşəmliyini  qürurla  hiss etdik. Azəri türkü olaraq mənim də bu böyük dövlətə, millətə sevgim hədsiz-hüdudsuzdur. Elə türk xalqına olan məhəbbətin, istəyin təzahüründəndir ki, mənin evimin mötəbər yerində Mustafa Kamal Atatürkün böyük portreti və canımız qədər sevdiyimiz al bayraq durur. 30 ilə yaxındır ki, evimin, ailəmin ən qiymətli varı bunlar sayılır.

 

Bu gün mən qürur hissi ilə deyə bilərəm ki, oğlum Türkiyədə Konya şəhərinin Səlcuq Universitetinin doktorantıdır. Ali təhsilini (ilahiyyət fakültəsi) İzmir şəhərinin "Doqquz Eylul" Universitetində, "Egey" Universitetində isə magistraturanı bitirmişdir. Dəfələrlə rəssam olaraq Atatürkün portretini işləmiş və keçirilən sərgilərində nümayiş elətdirmişdir. Mən bir azəri türk anası kimi özümü bir daha xöşbəxt sanıram ki, minlərlə tələbələrin içində Atatürkün ən çox sevdiyi havalardan biri olan "Atavar" mahnısını dəfələrlə məhz oğlum ifa etmişdir. Özümə ideal saydığım dahi insan, əzəmətli dövlət başçısı kimi Mustafa Kamal Atatürkün varlığımda, qəlbimdə hər an özünə məxsus, toxunulmaz bir yeri var ki, o da mənim and içdiyim, baş əydiyim ən müqəddəs dərgahdır. Bu istək yazılarımda qabarıq şəkildə hər an özünü göstərir. Hamımız üçün bir danılmaz fakt var ki, biz həqiqətən də qan qardaşı, can qardaşıyıq.

 

Əziz konfrans iştikrakçıları, buna misal olaraq Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra "Türküm mənim" və bir çox başqa şerlər yarandı. İcazə versəniz, "Türküm mənim" şeri ilə çıxışımı yekunlaşdırardım.

 

Türküm mənim

 

Türküm mənim!

Qan qardaşım,

Can qardaşım!

Yaralarım

yaman oldu.

Bu ağrılar

Qançır-qançır,

Yolumuzda

Görünməmiş

Duman oldu,

Duman oldu.

Türküm mənim!

Canım qurban

Bu dərdinə.

Mən ağlaram

yana-yana,

aman Allah,

el dərdinə,

el dərdinə.

Türküm mənim!

Ürəyimin

özəyi.

Arxam,

varım.

 

Od-cağım,

Ən qiymətli

göz bəbəyim.

Sən mənimsən,

əyilməzsən.

 

Mən bilirəm.

Halın haldı.

Ruhun dönməz.

İnanıram

Varlığına.

Türküm

türksə,

yaşayacaq.

O heç zaman

ölməz,

ölməz.

 

 

 

 

Mələk Hacıyeva,

M.F.Axundov adına Azərbaycan

Milli Kitabxanasının direktor müavini

 

 

 

 

"M.K.ATATÜRK VƏ TÜRKÇÜLÜK" ADLI KİTAB SƏRGİSİ HAQQINDA

 

 

Mustafa Kamal Atatürk

 bütün türk dünyasının əvəzsiz,

 ölməz lideridir.                   

                                                           Heydər Əliyev

 

 

Düz 82 il öncə -- 1923-cü il oktyabrın 29 da Türkiyə Böyük  Millət  Məclisi Türkiyənin idarə  üsulunun Respublika olmasını bəyan etdi. Bununla da Türkiyənin yeni dövlət quruluşu - onun tarixində Respublika dövrünü açdı. Yeni Türkiyənin  qurucusu  böyük öndər M.K.Atatürkün  rəhbərliyi altında aparılmış dünyəvi islahatlar o cümlədən, sultanlığın və xilafətin ləğvi, dinin dövlətdən ayrılması, maarifin dünyəvi prinsiplər əsasında yenidən qurulması, latın əlifbasına keçilməsi, mülki məcəllənin qəbul edilməsi, türk qadınının qurtuluşu və onun statusunun qanunvericilik yolu ilə bərabərləşdirilməsi və s. ölkənin demokratiya yolu ilə müasir sivilizasiyasının dəyərlərinə doğru inamlı yürüşü üçün möhkəm zəmin yaratdı.

 

Bu gün Respublika gününə həsr olunmuş "Mustafa Kamal Paşa Atatürk və türkçülük" adlı konfransda dinlədiyiniz məruzə və çıxışlarla bərəbər eyni zamanda "M.K.Atatürk və türkçülük" adlı kitab sərgisi də təşkil olunmuşdur. Sərgidə 100-dən yuxarı kitab, müxtəlif qəzet və jurnal materialları əks etdirilir. Azərbaycan, türk, rus, ingilis dillərində olan bu kitablar ötən əsrin ortalarından bu günə kimi Bakıda, Ankarada, İstanbulda və Moskvada çap edilmişdir. Kitablar sərginin "Atatürk: həyat və yaradıcılığı", "Türkiyə və türkçülük", "Türkiyə-Azərbaycan əlaqələri" və "Azərbaycanda Atatürk Mərkəzi" bölmələrində nümayiş olunur.

 

Sərginin "Atatürk: həyat və yaradıcılığı" bölməsində əks olunan kitablarla tanış olarkən, ilk növbədə bu gün geniş və ətraflı məruzəsini dinlədiyimiz Azərbaycanda Atatürk Mərkəzinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nazir Əhmədlinin "Mustafa Kamal Atatürk" adlı kitabı diqqəti cəlb edir. Kitabda Türkiyə Respublikasının yaradıcısı, bütün dünya ictimaiyyətinin yüksək qiymətləndirdiyi Qazi Mustafa Kamal Paşa Atatürkün yaşadığı tarixi şərait, həyatı və fəaliyyəti təsvir edilmişdir. Bu kitablar arasında Həmzə Erbolun "Paşanın həyat hekayəsi" adlı kitabı da böyük maraq doğurur. Kitab Paşanın doğulduğu gündən ölümünə qədər olan dövrü əhatə edir. Yazıçı Atatürkü bir şəxsiyyət kimi gerçək keyfiyyətləri, fikir və idealları ilə oxuculara tanıtmaq istəmişdir. Kitaba Paşanın 1918-1923 cü illər milli-azadlıq mübarizəsi dövründəki fəaliyyəti ilə əlaqədar maraqlı epizodlar da daxil edilmişdir.

 

M.K.Atatürkün həyatına həsr olunmuş kitablar içərisində Atatürk Araşdırmalar Mərkəzinin nəşrlərindən olan "Atatürk həyatı və əsəri" (Ankara 1990), "Atatürkün həyatı və üstün kişiligi" (Ankara 1994) kimi kitablarda oxucular tərəfindən böyük maraq hissi ilə qarşılanır.

 

İsmət Bozdağın Atatürkün həyat yoldaşına həsr etdiyi "Lətifə xanım - Atatürkün həyat yoldaşı" kitabı da çox oxunaqlıdır. Kitabda hər bir türk üçün çox doğma olan Atatürkün ailə həyatının bir sıra məqamlarından bəhs edilir. Kitabda həm də Türkiyədə baş verən ictimai-siyasi hadisələrin bəzi məqamları açıqlanır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

Bölmədə Atatürkün həyatına həsr olunmuş kitablarla yanaşı habelə onun fəaliyyətinə, tarixi irsinə dair materiallara da geniş yer verilmişdir. Bunlar arasında 1993-cü ildə Tofik Paşa-oğlunun Bakıda çap olunmuş "Atatürk və Türkiyədə mədəni inqilab" adlı kitabı kamalçı islahatlar dövründə Türkiyədə musiqi və təsviri sənətə, kino və teatrın yaradılmasına həsr olunmuşdur.

 

2003-cü ildə Bakıda "Nurlan" nəşriyyatı tərəfindən çap olunmuş və bu gün böyük məmnuniyyət hissi ilə məruzəsini dinlədiyimiz Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Pərvin xanım Məmmədovanın (Quliyeva) "Atatürkün dil siyasəti" kitabında böyük siyasətçi Atatürkün keçirdiyi "Dil" inqilabının mahiyyətinin araşdırılmasına cəhd olunmuş, bu inqilabın nəticələri geniş təhlil edilmişdir. Kitab həm mütəxəssislər, həm də Atatürk irsi ilə maraqlananlar üçün faydalıdır.

 

Atatürk və hərb işinə həsr olunmuş kitablarda bu böyük insanın hərbə, əsgərliyə verdiyi əhəmiyyətdən söhbət açılır.

 

Sərginin bu bölməsində eyni zamanda tanınmış şəxsiyyətlərin Atatürk haqqında söylədikləri kəlamlar onun haqqında əldə olunan fikir və düşüncələri daha da zənginləşdirir.

 

"Türkiyə və türkçülük" bölməsində Türkiyə tarixinə, mədəniyyətinə və türkçülüyün əsaslarına həsr olunmuş kitablar öz əksini tapır.

 

"Türkiyə-Azərbaycan əlaqələri" bölməsində isə nümayiş etdirilən kitablar bu iki xalqın tarixi dostluğuna və əlaqələrinə həsr olunmuşdur. Kitablarla tanış olarkən ulu öndərimizin "bir millət iki dövlət" kəlamı sərgi iştirakçıları üçün daha dərindən açıqlanır. Ümummilli liderimiz H.ƏIiyev cənablarının Atatürk yolu ilə getməsi və bu yolla öz millətini, öz xalqını yeni səviyyəyə qaldırmasının şahidi olursan.

 

Və nəhayət, sərginin sonuncu bölməsində Azərbaycanda Atatürk Mərkəzinin nəşrləri nümayiş etdirilir. Bildiyimiz kimi, ulu öndərimiz H.Əliyevin 9 mart 2001-ci il tarixli sərancamı ilə Azərbaycanda Atatürk Mərkəzi yaradılmışdır. Mərkəz M.K.Atatürk irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin öyrənilməsi və təbliğ olunması məqsədi ilə yaradılmış, elmi araşdırmalar və mədəniyyət təşkilatıdır. Çox qısa bir zaman kəsiyində Mərkəzin 60-dan yuxarı nəşri buraxılmışdır. Bölmədə həmin nəşrlər içərisindən Atatürk və türkçülüyə həsr olunmuş kitablar əks olunur.

 

Sərgilənən kitablar haqqında bu qədər. Yaxşı deyiblər: "Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır". Mən sizin hamınızı sərgi ilə daha yaxmdan tanış olmağa dəvət edirəm.

 

Sərgidə nümayiş olunmuş kitabların biblioqrafik siyahısı:

 

Kitablar

 

Azərbaycan dilində

 

1. Abdullayev M. Azərbaycan-Türkiyə əlaqələri.- B.: Mütərcim, 1998.- 112s.

2. Aydınqızı A. Osmanlıca (oxu mətnləri).- B.: Bakı Universiteti Nəşriyyatı, 2003.- 261 s.

3. Aydınqızı A. Ümumtürk mənbəşünaslığı.- B.: Bakı Universiteti Nəşriyyatı, 2003.- 130 s.

4. Azərbaycan-Türkiyə: Dostluq, Qardaşlıq, Strateji əməkdaşlıq.- B.: "Şərq-Qərb", 1997.- 200 s.

5. Nəzərli S. Azərbaycan Atatürk Mərkəzi. Buklet.- B., 2004.

6. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin 10 illiyinə həsr olunmuş elmi-praktik konfrans  (14 yanvar 2002-ci il). B.: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 2002.- 70 s.

7. Azərbaycan Türkologiyası (1920-1938). Biblioqrafiya.- B.: AzAtaM, 2002.- 33 s.

8. Azərbaycanda Atatürk Mərkəzi Bülleten.- B.: AzAtaM, 2002, № 2 (10), 2003, № 3 (11), 2004, № 4 (12).

9. Azərbaycanda Atatürk Mərkəzi. Tərtibçi: Nəzərli S.- B.: AzAtaM, 2004.- 24 s.

10. Azərbaycanda Atatürk və Türkiyə Cümhuriyyəti araşdırılmaları (1941-2003); Biblioqrafiya// Tərtibçi: Məmmədova S.-B.: 2003.-130 s.

11. Azərbaycanda və Gürcüstanda yerli özünüidarə.- B.: "Yeni Nəsil" MMC, 2002.- 176 s.

12. Bozdağ İ. Lətifə xanım Atatürkün həyat yoldaşı.- B.: Xəzər, 2005.- 271 s.

13. Budaqov B. Türk uluslarının yer yaddaşı.- B.: "Elm", 1994.- 270 s.

14. Cahangirli H.C. Azərbaycan Türkiyə...- B.: "Çaşıoğlu", 2004.- 104 s.

15. Cilovdarlı A., Abbas qızı Ş. Türk yurdu Qarabağ - Yüz il müharibə (Birinci kitab).- B.: "Nərgiz" nəşriyyatı, 2000.- 440 s.

16. Cəfərov N. Anar: (Yazıçı, mütəfəkkir-alim, ictimai xadim).- B.: AzAtaM, 2004.- 57 s.

17. Cəfərov N. Azərbaycan Türkcəsinin milliləşməsi tarixi.- B.: Azərbaycan Dövlət Kitab Palatası, 1995.- 208 s.

18. Cəfərov N. Azərbaycanşünaslığın əsasları.- B.: Pedaqogika, 2005.- 255 s.

19. Cəfərov N. Heydər Əliyev.- B.: AzAtaM, 2002.- 53 s.

(Azərbaycanda Atatürk Mərkəzi. "Türk dünyasmın böyük dövlət xadimləri", seriya №1).

20. Cəfərov N. Qədim türk ədəbiyyatı.- B.: AzAtaM, 2004.- 318 s.

21. Cəfərov N. Ədəbiyyatdan siyasətə.- B.: AzAtaM, 2003.- 103 s.

22. Cəfərov N., Osmanlı D. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə.- B.: "Çaşıoğlu", 2004.- 160 s.

23. Cəfərov N., Osrnanlı D. İlham Əliyev (siyasi portret cizgiləri).- B.: 2004.- 76 s.

24. Cəfərov N., Əhmədli N. Professor Sadiq Tural.- B.: AzAtaM, 2005.- 150 s.

25. Eroğlu H. Paşanın həyat hekayəsi.- B.: Tərcümə Mərkəzi, 1992.- 64 s.

26. Əliyev H. Türkiyə Birinci Dünya müharibəsi dövründə (daxili vəziyyət).- B.: "Elm", 1965.- 167 s.

27. Əhmədli N. Mustafa Kamal Atatürk: (portret cizgiləri).- B.: AzAtaM, 2002.- 218 s.

28. Fətəliyev M. Türkiyə, Yunanıstan və böyük dövlətlər.- B.: Bakı Universiteti nəşriyyatı, 2005.- 359 s.

29. Göyalp Z. Türkçülüyün əsasları.- B.: "Maarif, 1991.- 175 s.

30. Hacıyev İ., Məmmədov Ş. Türk dünyasının alim və şair hökmdarları.- B.: "Qorqud", 1998.- 60s.

31. Həsənova A. Seyfi Sarayının "Gülüstan" tərcüməsinin dili.- B.: "Çaşıoğlu", 2005.- 176 s.

32. Hüseynov Q. Atatürk dövründə Türkiyənin xarici siyasətinə dair.- B.: Azərnəşr, 1970.- 110 s.

33. Hüseynov Q. Müasir Türkiyə (1960-1967-ci illər). Dərs vəsaiti.- B., 1968.- 51 s.

34. Hüseynov Q. Türkiyə İkinci Dünya müharibəsindən sonar (1945-1960).- B., 1967.- 33 s.

35. Hüseynov M. Dünya türklərinin müxtəsər tarixi.- B.: "Elm", 1999.- 291 s.

36. İlkin Q. Türk ordusu Bakıda (Xatirələr).- B.: AzAtaM, 2003.- 45 s.

37. İslamov M. Türk dillərində əvəzliklər.- B.: "Elm", 1986.- 204 s.

38. Kərimov İ. Azərbaycan - Türkiyə teatr əlaqələri.- B.: "Nağıl evi", 2000.- 200 s.

39. Qars müqaviləsi.- B.: AzAtaM, 2004.- 81 s. (Azərbaycan, rus, türk və ingilis dillərində).

40. Qasımov M. Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (aprel 1920-ci il -- dekabr 1922-ci il).- B.: Mütərcim, 1998.- 120 s.

41. Qoşalı Ə. Nursultan Nazarbayev.- B.: AzAtaM, 2002.- 45 s.

(Türk dünyasınm böyük dövlət xadimləri" seriyası, № 3).

42. Mehdi Ə. Atatürkün özü sənsən.- B.: Azərbaycan nəşriyyatı, 2001.- 40 s.

43. Məmmədli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə.- B.: AzAtaM, 2005.- 233 s.

44. Məmmədova P. Atatürkün dil siyasəti.- B.: "Nurlan" 2003.- 232 s.

45. Müasir Türkiyə.- B., 1958.- 41 s.

46. Nəzərli S. Heydər Əliyev Atatürk haqqında. B., AzAtaM, 2003.- 80 s.

47. Nəsir H. Birinci Dünya müharibəsində osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı.- B.: Qafqaz Universiteti, 1999.- 196 s.

48. Novruzova N., Əliyeva D. Türkoloji dilçiliyə dair biblioqrafiya.- B.: Təhsil, 2005.- 212 s.

49. Paşaoğlu T. Atatürk və Türkiyədə mədəni inqilab (1920-1930-cu illər).- B.: Azərnəşr, 1993.- 232 s.

50. Ulusel R. Heydər Əliyev və Azərbaycan. Atatürk və türk dünyası Nizami Cəfərovun elmi araşdırmalarında.- B.: "Elm", 2004.- 146 s.

51. Ulusel R. Qloballaşma və türk sivilizasiyası.- B.: Çaşıoğlu, 2005.- 148 s.

52. Ulusel R. Ulutürklük qloballaşma çağında milli özünüdərketmə və geostrategiya.- B.: AzAtaM "AME" NPB, 2002.- 89 s.

53. Rəfiq Ö. Türkün qızıl kitabı (birinci kitab).- B.: "Yazıçı", 1996.- 144 s.

54. Rəfiq Ö. Türkün qızıi kitabı (ikinci kitab).- B.: "Yazıçı", 1993.- 232 s.

55. Rəhimova Ə. Türk (Azərbaycan) dili dərslərində rabitəli nitqin inkişafı.- B.: "Öyrətmən", 1994.- 71 s.

56. Rüstəmov Y. Türk fikir tarixi haqqında mülahizələr.- B.: Çaşıoğlu, 2005.- 137 s.

57. Sofiyev M. Türkiyə 1918-1923-cü illərdə. Dərs vəsaiti.- B., 1968.- 68 s.

58. Sofiyev M. Türkiyənin ən yeni tarixi.- B.: ADU nəşriyyatı, 1973.- 145 s.

59. Suver A. Atatürkü yaşamaq.- B.: Azərbaycan nəşriyyatı, 2003.- 63 s.

60. Tanrıverdiyev Ə. Türk mənşəli Azərbaycan antroponimləri/ N.Tusi ad. Az. DPU.- B.: 1996.- 159 s.

61. Tuncay B. XXI əsrin perspektivləri: Azərbaycandan baxış.- B.: AzAtaM, 2003.- 87 s.

62. Türk xalqlarının tanınmış adamları. Ensiklopedik məlumat kitabı. Sözlük.- B.: Azərbaycan ensiklopediyası NPB, 1999.- 76 s.

63. Türk mənşəli Azərbaycan şəxs adları sözlüyü. Tərtib edən: E. Həmzəyeva.- B., AzAtaM, 2004.- 31 s.

64. Türk nəzm və nəsr mətnlərindən seçmələr.- B.: "Osman", 1997.- 136 s.

65. Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevinm əsəridir. (Professor Nizami Cəfərovla Dəyanət Osmanlmın söhbəti).- B.: AzataM, 2002.- 82 s.

66. Türkiyə Respublikası və Osman dövləti. Türkiyə Cümhuriyyətinin 75 illiyi və Mustafa Kamal Atatürk.- B.: "Elm", 2000.- 232 s.

67. Türkiyə tarixi məsələləri .- B.: "Eim", 1972.- 182 s.

68. Türkün səsi (gənc türk yazarlannın şer, hekayə ve publisistik yazıları).- B.: "Gənciik", 1999.- № 1.- 108 s.

69. Türkün səsi (gənc türk yazarlarının şer, hekayə və publisistik yazıları).- B.: "Zarnarf nəşriyyatı, 2000,- № 2.- 156 s.

70. Türkün səsi (gənc türk yazarlarının şer, hekayə və publisistik yazıları).- B., 2001.- №3.- 156 s.

71. Türkün səsi (gənc türk yazarlannın şer, hekayə və publisistik yazıları).- B.: BSU, 2002.- № 4.- 146 s. (Mətn Azərb., türk, türkmən, noğay dillərirıdə).

72. Türkün səsi (gənc türk yazarlarının şer, hekayə və publisistik yazıları).- B.: 2005.- № 6.- 170 s.

73. Vəliyev İ., Muxtarov K. Heydər Əliyev və türk dünyası.- B.: AzAtaM, 2003.- 87 s. (Azərbaycanda Atatürk Mərkəzi).

74. Zeynallı H. Azərbaycan türk mahnıları haqqında.- B.: "Səda", 2004.- 68 s.

75. Ülkü L., Həsənov Ə. Süleyman Dəmirəl.- B.: AzAtaM, 2002.- 23 s. (Azərbaycanda Atatürk Mərkəzi. "Türk dünyasının böyük dövlət xadimləri" seriya № 2)

76. 100 Böyük Türk: Azərbaycan dilinə tərc. ed.: Sabir Adil.- B.: Dalğa şirkəti, 1991.- 128 s.

 

Türk dilində

 

77. Akal Emel. Milli mücadelenin başlanğıcında Mustafa Kemal ittihat terakki ve bolşevizm.- İstanbul: Araştırma, 2002.- 423 s.

78. Akçakayalıoğlu Cihat. Atatürk komutan, inkilapçı ve devlet adamı yönleriyle.- Ankara: Genelkurmay Basım evi, 1988.- 727 s.

79. Atatürk araştırma merkezi dergisi.- Ankara: Atatürk Araşdırma merkezi.- 1998.- 128 s.

80. Atatürk araştırma merkezi dergisi.- Ankara: Atatürk Araştırma merkezi, Basım Ciltevi, 1998.- 670 s.

81. Atatürk ilkileri ve inkilap tarihi- IV.- Anadolu: Anadolu Üniv. Basım evi 1990.- 151 s.

82. Atatürk yolu.- Ankara: Türk Tarih kurumu Basım evi, 1995.- 359 s.

83. Atatürk Kemal. Nutuk 1919-1927.- İstanbul: Türk Tarih Kurumu Basım evi, 1991.- 638 s.

84. Atatürk Kemal. Nutuk 1919-1927.- İstanbul: Türk Tarih Kurumu Basım evi, 1995.- 638 s.

85. Atatürk şiirleri Antolojisi Hazr. M. Kaplan, N. Birinci.- Ankara: Mersin Basım evi, 1992.- 435 s.

86. Atatürk şiirleri. Hazr. Kaplan M., Birinci N.- Ankara: Türk Tarih Kurumu Basım evi, 1995.- 489 s.

87. Atatürk Gazi Mustafa Kemal.- Ankara: Türk Tarih kurumu Basım evi, 1969.- 191 s.

88. Atatürk. Soylev. (Nutuk). II.- Ankara: Ankara Üniv. Basım evi, 1966.- 665 s.

89. Atatürke sayqı.- Ankara: Ankara Üniv. Basım evi, 1969.- 517 s.

90. Atatürkün kültür ve medeniyet konusundakı sözleri.- Ankara: Atatürk Kültür merkezi, 1990.- 176 s.

91. Atatürkçü düşünce el kitabı.- Ankara: Yeniçağ matbaası, 1995.- 424 s.

92. Atatürkçülük: ( Birinci kitap): Atatürkün görüş ve direktifleri.- İstanbul: Milli Egitim Basım evi, 2001.- 734 s.

93. Atatürkçülük: (Birinci kitap); Atatürkün görüş ve direktifleri.- Ankara: Gnkur. Basım evi, 1983.- 733 s.

94. Atatürkçülük: (İkinci kitap): Atatürk ve Atatürkçülüğe ilişkin makaleler.- İstanbul: Milli Egitim Basım evi, 2001.- 388 s.

95. Atatürkçülük: (İkinci kitap); Atatürk ve Atatürkçülüğe ilişkin makaleler.- Ankara: Gnkur. Basım evi, 1983.- 388 s.

96. Atatürkçülük: (Üçüncü kitap): Atatürkçü düşünce sistemi.- Ankara: Gnkur. Basım evi, 1983.- 270 s.

97. Atatürkçünün El kitabı Hazr.  S.N. Özerdim.- Ankara: Ankara Üniv. Basım evi, 1981.- 138 s.

98. Atatürkcü düşünce.- İstanbul: Türk Tarih Kurumu Basım evi, 1992.- 1269 s.

99. Bayur Yusif Hikmet. Atatürk hayatı ve eseri.- Ankara: Atatürk Araştırma merkezi. 1990.- 382 s.

100. Dağlarça Fazil Hüsnü. Gazi Mustafa Kemal Atatürk.- Ankara: Türk Dil kurumu yayınları, 1973.- 85 s.

 101. Deligönül Mehmet. Atatürkten (Seçki).- Ankara: Ankara Üniv. Basım evi, 1882.- 114 s. 102. Doğumunun  100 yılında Atatürke armağan.- İstanbul: Edebiyat fakultesi matbaası, 1981.- 603 s.

103. Eroğlu Hamza. Atatürk: hayatı ve üstün kişiliği.- Ankara: Kultur bakanlığı Milli kütüphane Basım evi, 1994.- 340 s.

104. Ergin Feridun. K.Atatürk.- İstanbul: İstanbul Üniv. Basım evi, 1984.- 253 s.

105. Eröz Mehmet. Atatürk milliyetçilik doğu Anadolu.- İstanbul: Türk Siyasi Araştırmaları Vakfı, 1987.- 296 s.

106. İlhan Suat. Atatürk ve askerlik: Düşünce ve uygulamaları.- Ankara: Türk Tarih Kurumu Basım evi, 1990.- 214 s.

107. İlhan Suat. Harp yönetimi və Atatürk.- Ankara: Türk Tarih Kurumu Basım evi, 1987.- 93 s.

108. Tyrkiye cumhuriyetinin 80 yılıl. armağanı: Atatürk ve Atatürkçü düşünce: (Seçilmiş makalelr).- Ankara: Genelkurmay Basım evi, 2003.- 221 s.

 

Rus dilində

 

109. Abilova A. İbraqim Abilov. Azerbaydjanskiy druq Atatyurka.- B.: AzAtaM, 2003.- 54 s.

110. Aksenenko A., Quseynov A. Turetskaya Respublika.- M., 1990.- 382 s.

111. Alekseev V. Sovremennaya Turkiya.- M., 1961.- 31 s.

112. Efendieva N. Borba Turetskoqo naroda protiv fransuzskix okkupantov na yuqe Anatolii (1919-1921 q.).- B.: İzd-vo Akademii nauk Azerbaydjanskoy SSR, 1966.- 158 s.

113. Kadımbekov Z. Zdes Aziya vstreçaetsya s Evropoy.- B.: Qendjlik, 1982.- 136s.

114. Kemal Atatyurk,- M., 1966.- 438 s.

115. Piotrovskiy C. Svet i ten Turkiyi. M., 1981.- 238 c.

116.Turetskaya Respublika v 60-70 qodı: Vopr. Obhestv.- polit. razvitiya/ (P.P.Moiseev, M.S.Meyer, V.İ.ŞIıkov i dr.).- M.: izd-voMQU, 1984.- 148 s.

 

İngilis dilində

 

117. Aliyev H. About Ataturk (Tərtib edən: S.Nəzərli)   - B-AzAtaM, 2004,- 58 s.

 

Dövrü matbuat

 

1. Qoşalı Ə. Atatürkün xarici siyasəti// Yeni Azərbaycan.- 2003.- 1 iyul.

2. Nəbili N. Mustafa Kamal Atatürk haqqında// Xalq qəzeti.- 1997.- 5-11 dekabr.

3. Nərimanoğlu M. Atatürkə səs verək// Azərbaycan.- 1997.- 25 sentyabr.

4. Paşaoğlu T. Atatürk və Türkiyə Dünyəvi hüqüq dövlət quruculuğu// Respublika.- 1998.- 20 oktyabr.

5. Türkiyə: Ümumi məlumat// Hüquqi dövlət və qanun.-1999.- № 6.- s. 57-62.

6. Yoloğlu G. Atatürk irsinin öyrənilməsi yolunda// Azərbaycan.- 2001.- 26 avqust.

 

 

 

 

MUSTAFA KAMAL ATATÜRK

VƏ TÜRKÇÜLÜK

(Elmi konfransın materialları)

Tərtib edən

Osman Ənvər oğlu Musayev

______________________________________________________

 

 

 

Kompüter dizaynı

Vaqif Nadirov

 

 

Yığılmağa verilmiş 07.01.2006.

 Çapa imzalanmış 19.01.2006

Şərti  çap vərəqi 4,6. Sifariş N 33.

Kağız formatı 60x84 1/16. Tiraj 300.

_______________________________________________________

_______________________________________

 

 

Kitab "Nurlan " nəşriyyat-poliqrafiya müəssisəsində

 hazır diapozitivlərdən çap olunmuşdur.

Direktor: prof. N.B.Məmmədli

E-mail: nurlanl959@rambler.ru

Tel: 497-16-32; 850-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.