E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Xatirə sikkəsi Milli Mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875-2010).

Azərbaycan dilində ilk milli qəzetin “Əkinçi”-nin ilk sayı 1875-ci ilin 22 iyul tarixində çap olunmuşdur. Qəzetin baş redaktoru tanınmış ziyalı, görkəmli alim və publisist Həsən bəy Zərdabi olmuşdur.

İlk mətbuat orqanımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü gün-iyul ayının 22-si respublikamızda “Mətbuat Günü” kimi qeyd edilir. Sikkə Milli Mətbuatın 135 illiyinə həsr olunmuşdur. Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir.

Portretin ətrafında H. Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il “2010”-cü il, “Azərbaycan Respublikası” sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir.

Xatirə sikkəsi Avstriyanın “Austrian Mint” sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.



<< Geri