Bakıda ucaldılmış ilk abidələr gÖrkəmli maarifpərvər şair və yazıçılar M.Ə.Sabirin (1922) və M.F.Axundovun (1930) heykəllərini hesab etmək olar. 1922-ci ildə Sabirə bütün boyuna gÖrə hazırlanmış, müəllifi Keylixis Yakov olan heykəl qoyulmuşdur. Lakin bağın genişləndirilməsi ilə əlaqədar olaraq, heykəli dəyişmək qərarına gəlmiş və 1958-ci ildə həmin heykəl yenisi ilə əvəz edilmişdir. Hazırda “İsmailiyyə” binası ilə yanaşı bağda yerləşən M.Ə.Sabirin heykəli 1958-ci ildə qoyulmuşdur. Sabirin heykəlinin müəllifləri Heykəltəraş C.Qaryağdı, arxitektorlar Q.Əlizadə, A.İsmayılov olmuşdur. Heykəl tuncdan, qara qranitdən və mərmərdən işlənmiş, 9 metr hündürlüyə malikdir.

Mirzə Ələkbər Sabirin Şamaxı şəhərində qoyulmuş heykəlinin müəllifi Sovet dÖvrünün məşhur heykəltəraşı Pinxos Sabsay olmuşdur. Heykəl 1933-cü ildə hazırlanmışdır.

Şairin digər heykəli Balaxanıda yerləşən mədəniyyət evinin qarşısında ucaldılmış, büstü isə Şamaxıda yerləşən ev muzeyinin qarşısındadır.

2011-ci il sentyabr ayının 13-də Şamaxı rayonu Sabir qəsəbəsində də gÖrkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində Sabir qəsəbəsinə gəlmiş Qəsəbənin girişində həmin abidənin açılışında iştirak etmiş, Önünə gül dəstəsi qoymuşdur.

Sevindirici xəbərlərdən biri də odur ki, 2012-ci ildə Belçikanın Thuin şəhərində Azərbaycanın bÖyük şairi Mirzə Ələkbər Sabirin heykəli ucaldılacaq. Bu haqda Şamaxıda rayon ictimaiyyətinin nüymayəndələri ilə gÖrüşdə məlumat verilmişdir.

<< Geri