Şamaxı şəhərində yerlışən Sabirin ev–muzeyi 1962- ci ildə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuşdur.Muzeyin yaradılmasında və fəaliyyətində Şamaxı ziyalılarından Ə .Səfərovanın , A. Alcanovun , M . Namazovun , M . Məmmədovun , İ. Quliyevanın , R . Xəlilovanın və başqalarının əməyi çox olmuşdur.

Muzeyin yerlışdiyi hazırkı ikimərtəbəli bina 1979 – cu ildə tikilib istifadəyə verilmişdir.Muzeyin 6 sərgi salonu vardır.Birnci sərgi salonunda M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə , səhayətlərinə aid eksponatlar və şarin sabun bişirdiyi qazanın maketi nümayiş olunur. Digər salonlarda XIX – XX əsrlərə aid məişət əşyaları , muzeyə verilən hədiyyələr, Sabirin müasirlərinin şəkilləri , tədqiqatçılarının əsərləri , “Molla Nəsrəddin” jurnalının nümunələri və s. eksponatlar tamaşaçılara təqdim edilir.

 

<< Geri