Görkəmli şəxsiyyətlər haqqında

 

Üzeyir Hacıbəyov haqqında:

Üzeyir Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətində yerini M. Qlinkanın rus musiqi tarixində yeri ilə tutuşdurmaq olar. Çağdaş musiqimizin bütün başlıca janrları Üzeyir Hacıbəyovun yaradıcılığından qaynaqlanır.

" ", 1948, 26 noyabr.

 ...... Öz yetirmələrindən hər birinə böyük qayğıkeşliklə yanaşan bu istedadlı müəllimin sinfində çoxlarımız ilk dəfə anladı ki, lirik xalq mahnılarının sadə incəlikləri, muğam quruluşunun gözəllikləri arxasında həm estetik, həm də məntiqi baxımdan olduqca özüllü bir sistem durur.

" ", 1975, 26 noyabr.

Şostakoviç haqqında:

Şostakoviçin tələbələri ilə necə dərs keçdiyini, hansı pedaqoji prinsiplərdən faydalandığını hazırda məndən tez-tez soruşurlar. Və mən cavab verməyi özümə borc bilirəm ki, həmin prinsiplərin sayı istedadlı və oxşarsız şagirdlərin sayı ilə ölçülürdü. Lakin bütün hallarda, çox sərt müəllim olduğuna baxmayaraq, o yetirmələrində özlərinə dərin inam aşılayır və ən şətin işlərini belə sona çatdırmaqda onlara köməkçi olurdu.....

 

Folklor və millilik haqqında

 Mən tələbəni xalq yaradıcılığının hazır nümunələrindən sitat şəklində faydalanma yoluna yönəltməkdən uzağam. Xalq musiqisinə sirf qoruyuculuq baxımından yanaşma mühafizəkarlığa gətirib çıxarır, irəliləyiş və inkişafa maneçilik törədir , onu bir növ donmuş nəyəsə, daha doğrusu, muzey eksponatına çevirir. Burada, bütün yaradıcılıqla bağlı məsələlərdəki kimi, milli musiqi mədəniyyətinin geniş çevrəsində ən yaşamlı və dəyərlilərin seçimində gənc bəstəkarın yaradıcılıq təşəbbüsu və var qüvvəsi ilə işləmək bacarığı olmasa, uğur qazanıla bilməz.....

qəzeti, 29. XI. 1962.

 

Yaradıcılıq haqqında

 ..... Sənətçiləri gəmilərə bənzətmək olar: bəziləri geniş, ucu bucağı görünməyən, fırtınalı və hər zaman yeniliyində belə sonsuz dənizdə üzməyi sevir, digərləri isə səssiz, sakit fırtınalardan və qorxulardan uzaq limanlarda lövbər salmağa can atırlar....

 ..... Musiqi sənəti çevrəsində işlədiyim xeyli zamandır. Əlbəttə, sakitlikdə də yaşamaq olardı. Lakin dincliyin başlanğıcı sənətin sonu deməkdir. Yerində saymamaq üçün, gərək özün özündən üz döndərməlisən. Necə ki, V. Şklovski deyib: Boy atmaqdan, yetkinləşməkdən yorulmadığımdan, mən daim dəyişilməliyəm.

jurnalı, 1967, 11.

 Ritm zaman anlamını dəyişib. Əgər keçmişlərdə sənətkar ömrü, kobud desək, incəsənət tarixi gedişinin hansısa, - klassisizm yaxud romantizm, - dövrünə uyğun idisə, hazırda bizlərdən hər birimiz zirvəyə doğru bir neçə gədiyi aşmalı olur. Dayanıb durmaq qorxuludur.....

, jurnalı, 1967, 10.

 

Müəllimləri

Vladimir Mixayloviç Kozlov

 Vladimir Mixayloviç Kozlov son dərəcə istedadlı musiqiçi idi. Onların tanışlığının başlanğıcı 1925-ci ildə, Qara Qarayev konservatoriya yanında musiqi məktəbində oxuduğu zamandan başlayıb. (V.M.Kozlov o zaman konservatoriyanın həm fortepiano, həm tarix-nəzəriyyə fakultələrində təhsil alırdı.) İstər pianoçu, istər pedaqoq kimi V.M.Kozlovun respublikada o zamankı konsert həyatının canlanmasında sanballı yeri var idi. Kozlov ilk növbədə konsertmeyster kimi tanınmışdı və sozün tam mənasında SSRİ-də ən öncül müşayiətçi pianoçulardan biri sayılırdı.

Q. Qarayev V.M.Kozlovun Azərbaycandan çox-çox uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi. Bu haqda o belə demişdi: O Bakıda çıxış etmiş bütün artistlərlə çalmışdı və çoxları bilirdi ki, Bakıya akkompaniatorsuz da yollanmaq olar.

Q. Qarayevin yaradıcılığında V.M.Kozlovun adı ilə bağlı əsərlərdən onun dünyadan köçdüyü 1960-cı ildə yazılmış və xatirəsinə həsr olunmuş Violino ilə fortepiano üçün Sonatanı göstərmək olar.

 Leopold Moritseviç Rudolf (1877-1938)

Leopold Moritseviç Rudolf 1901-ci ildə Moskva konservatoriyasını S. İ. Taneyevin bəstəkarlıq sinfi üzrə bitirib. 20 illik zaman kəsimində Saratovda, sonralar konservatoriyaya çevrilmiş orta musiqi məktəbində işləyib.

1930-1932-ci illərdə Leninqrad konservatoriyası yanında işçi fakultəsində və şəhərin musiqi texnikumlarında müəllimliyindən sonra Bakı konservatoriyasında ölümünədək bəstəkarlıq nəzəriyyəsi kafedrasına başçılıq edib, professor vəzifəsində işləmişdir. Konservatoriyanın tələbəsi ikən Q. Qarayev professor Rudolfun bəstəkarlıq sinfində təhsil alırdı (L.M.Rudolf həm də tarix nəzəriyyə - bəstəkarlıq fakultəsinə başçılıq edirdi. )

Georgi Georgieviç Şaroyev - görkəmli rus pedaqoqları M.K.Benua və A.R.Yesipovanın şagirdi, Azərbaycan Dövlət konservatoriyasının professoru və Q. Qarayevin fortepiano üzrə müəllimi olmuşdur.

 Üzeyir Əbdul Hüseyn oğlu Hacıbəyov (18. IX. 1885-23. X. 1948)

Böyük Azərbaycan bəstəkarı, pedaqoq, yazıçı-jurnalist və ictimai xadimdir.

İstər konservatoriyanın, istər buradakı Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi kafedrasının yaranması onun adı ilə bağlıdır. Folklorun böyük bilicisi kimi o milli musiqinin məqam (lad) qanunauyğunluqlarını əsaslandıran biçimli nəzəri sistemin yaradıcışıdır.

 Üzeyir Hacıbəyovun sinfində Qara Qarayev Azərbaycan xalq musiqisinin əsasları fənnini keçirdi. Böyük musiqiçi ilk andan Q. Qarayevin gələcəkli istedadını aşkarlaya bilmişdi. Sonralar Q. Qarayev belə söyləyirdi: O, əgər belə desək, mənim milli ruhum uğrunda çarpışırdı.

 Bütün böyük ustadlardakı kimi, Hacıbəyov təlimi sirf nəzəri çevrəni aşaraq, Azərbaycan məqamları (ladları) sistemini musiqi yaradıcılığı ilə sıx və üzvi şəkildə uzlaşdırırdı. Belə üzlaşmanın gərəkliyi onunla bağlıydı ki, Azərbaycan musiqisində, - istər xalq yaradıcılığı janrlarında, istərsə də xalq-professional musiqi sənətində (muğam və aşıq sənətində) səs materialı və quruluş biçimlənməsinin, Avropa musiqisindəkindən daha artıq və olduqca qabarıq şəkildə, məqamın (ladın) qanunauyğunluqlarından böyük asılılığı var.

 Qara Əbülfəz oğlu muəlliminə bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonunadək qoruyub saxlamışdı. Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin Aşıqsayağı simfonik transkripsiyasını yaratmağa ilhamlandırmışdı.

 Dmitri Dmitriyeviş Şostakoviç (25.IX.1906-1909. VIII. 1975)

Görkəmli rus bəstəkarı, pianoçu, pedaqoq və ictimai xadim. 1943-cü ilin payızında Moskvaya qayıdan Qara Qarayev, o zaman Moskva konservatoriyasının professoru D.Şostakoviçin sinfinə düşür.

 Ustadla şagirdinin ömürlük dostluğu həm zövq, həm yaradıcılıq durumu, həm də həyata baxışları baxımından yaxınlıqlarının sonucu kimi açıqlana bilər.  

Bütün bunlar Qara Qarayevin tələbəlik illərindəki yaradıcılığında həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri ilə özünü aşkarlayıb.  
I simfoniya (1943), fortepiano üçün Sonata a-moll (1943), Vətən operası (1945), nəhayət, konservatoriyanı bitirərkən (1946) yazılan II simfoniya, - bütün bunlar, şübhəsiz ki, D.Şostakoviç şagirdinin əsərləridirlər.

<< Geri