BOŞBOĞAZLAR
Bir az da öz işimizdәn, daha doğrusu,
öz içimizdәn danışaq.... Adam qәzeti
әlinә alıb açanda, müharibәdәn
başqa bir şey görmür.
Hәrçәnd bu halda, lap qızıq bir
şey varsa, o da yenә elә müharibә
xәbәrlәridir, amma yenә dә öz işimizi
vә öz içimizi yaddan çıxartmayaq.
Götürәk, mәsәlәn, bizim
boşboğazlarımızı vә buradan bir
haşiyә çıxaq.
Bu halda Avropa adamlarının hansı biri
ilә danışıq elәsәn vә hansı
mәsәlәyә әl vursan, baxib
görәrsәn ki, bu adamın hәr bir mәsәlәdә
bir müәyyәn nәzәri vardır. Amma
bizlәrdә belә deyil.
Mәsәlәn, Kәrbәlayı
Әliquluya deyirsәn ki, Kәrbәlayı Әliqulu,
qatıq ağdır, Kәrbәlayı Әliqulu deyir ki,
doğrudur, ağdır. Bir dә görürsәn ki,
boşboğazlarımızdan biri çıxdı vә
dedi: "Xeyr, qatıq qaradır vә onun
ağlığı da mәhz qaralığındadır".
Kәrbәlayı Әliqulu razı olub deyir ki,
doğrudur, qatıq qaradır. Sonra bir ayrı boşboğaz
çıxıb Kәrbәlayı Әliqulunu inandırır
ki, qatıq qırmızıdır. Kәrbәlayı
Әliqulu inanır.... Deyirlәr sarıdır, inanır,
yaşıldır, inanır. Qәrәz,
Kәrbәlayı Әliqulu olur bir yaş çubuq, hara
әyirsәn ora әyilir.
Bu nәdәn belә olur? Nә
üçün Kәrbәlayı Әliqulu ora-bura
әyilir?
Bu ondan ötrü olur ki, Kәrbәlayı
Әliqulunun qatığın ağlığı
barәsindә nәzәri müәyyәn, etiqadı
dürüst vә imanı kamil deyildir. Kәrbәlayı
Әliqulu qatığın rәngindәn
bixәbәrdir, odur ki, hәr kәs hәr nә deyir,
ona qulaq asır vә axırdan axıra yenә bilmir ki,
qatıq nә rәngdәdir.
Әlbәttә, Kәrbәlayı
Әliquludan murad ümum camaatımızdır vә
qatıqdan da murad camaat işlәrimizdir.
Bәli, insanın gәrәk [....] hәr
bir barәdә dürüst bir etiqadı olsun. Amma
bәşәrtiha vә bәşürutiha. Etiqadı
yaxşısına olsun, pis şeyә olmasın.
Mәsәlәn, demәsin ki, mәnim etiqadıma
görә oxuyub yazmaq haramdır vә ya zәrәrdir.
Әksinә, etiqad etsin ki, elm vә mәrifәt әn
vacib şeylәrin böyüyüdür vә hәrgah
boşboğazın birisi desә ki, oxuyub yazmaq pis şeydir,
cavab versin ki, xeyr, boş danışırsan.
Boşboğaz kimdir?
Boşboğaz camaat işlәrinә
zәrәr vuran bir para bimәni vücudlardır ki,
özlәrinin әllәrindәn heç bir şey
gәlmir, bişüurdurlar,
bivecdirlәr vә bununla
belә hәsuddurlar,
xain vә xasirdirlәr.
Sәnәtlәri nәdir?
Onu pislәmәk, bunu pislәmәk, bacarıqlı adamları söymәk, iş görәnlәrә zәrәr yetirmәk, fitnә salmaq. Camaatımızın, yәni yaxşı ilә pis barәsindә dürüst etiqadı olan camaatımızın borcu odur ki, haman müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarından vursun, yol vermәsin, qudurtmasın vә bu yolla onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun.... Amma bunun üçün yaxşıya vә yamana etiqad lazımdır ki, boşboğazların fikri haman dәm aşkar olsun....