BİR FİRӘNG İLӘ
SÖHBӘTİM
Günlәrin bir günü, yәni bir
neçә zaman bundan irәli nә tövr oldusa bir
firәng ilә tanış oldum. Firәng mәni,
mәn firәngi söhbәtә tutduq, bir xeyli
danışdıq elәdik, axırda firәng
mәndәn soruşdu ki, bir de görüm bu Qafqazda nә
qәdәr müsәlman vardır. Dedim altı
dәfә doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan
doqquz vә bir dә altı müsәlman! Dedi, bu
zәhmәti çәkmә, altı milyon desәydin
ağzın yorulmazdı. Dedim, mәn müsәlmanam, doqquz
yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mәnә
artıq tәsiri olur, nәinki bir milyonun. Firәng bu
sözә razı oldu vә sonra yenә soruşdu ki, bu
altı milyon müsәlmanın içindә
neçә qәzet çıxır. Dedim allahdan gizli
deyil, sәndәn nә gizli olacaqdır, bu altı milyon
müsәlmanın içindә bircә dәnә
qәzet çıxır. Bunu dediyimi gördüm,
firәng yerindәn elә sıçradı ki, guya
kişini ilan dişlәdi! Vә üzündә elә
bir heyrәt vә tәәccüb әlamәti
göstәrdi ki, mәnim özüm dә quruyub mat
qaldım vә ürәyimdәn keçirtdim ki, yazıq
altı milyon müsәlman, bir gör sәnin
içindә bircә dәnә qәzet verilmәsi
yad firәngә nә pis tәsir elәdi vә halonki,
sәnә qalsa istәrsәn ki, heç qәzet
yerli-dibli olmasın! Amma sonra bildim ki, firәngi
tәәccübә gәtirәn altı milyon
müsәlmanın içindә bir qәzet olması
deyilmiş, çünki o mәndәn soruşdu ki,
"müsyö, indiyәdәk, nә tәvarixdә,
nә dә heç bir abrazovannı yerdә
görülmәyibdir ki, bir dәnә qәzetin altı
milyon müştәrisi olsun!! Neujeli sizin bir dәnә
qәzetinizin altı milyon müştәrisi var?!!.
Firәng bu sualı mәnә verdikdә, mәndәn
bir qәhqәhә çıxdı ki, firәng elә
bildi dәli olmuşam.... Dedi nәyә
gülürsüz? Dedim heç, onu deyirәm ki,
qәzetimizin altı milyon müştәrisi yoxdur, bir
qәdәr azdır.
D e d i: Beş milyon? -- Әlli min?
D e d i m: Bir qәdәr azdır. --Yox, azdır.
D e d i: Dörd milyon? -- Otuz min?
D ed i m: Bir qәdәr azdır. -- Yox, azdır.
D e d i:
Üç milyon? -- On min?
D e d i m:
Bir qәdәr azdır. --Yox, azdır.
-- İki
milyon? -- Beş min?
-- Jox,
azdır. -- Jox, azdır.
-- Bir
milyon? -- Dörd min?
-- Jox,
azdır. -- Jox, azdır.
-- Beş
yüz min? -- Üç min?
-- Jox,
azdır. --Jox, azdır.
--
Üç yüz min? -- İki min?
-- Jox,
azdır. -- Jox, azdır.
-- Yüz
min? -- Bir min?
-- Jox,
azdır. -- Jox, bir az çoxdur.
-- Doxsan
min? -- Bәs necә?
-- Jox,
azdır. -- Min sәkkiz yüz!
By sözü demişdim ki, gördüm rәfiqim firәng tez bir fayton
çağırıb, düz vağzala sürdürdü vә o gedәn firәng oldu ki, getdi. Bir neçә vaxtdan sonra firәngdәn bir kağız aldım ki,
içindә
bunu yazmışdı:
"Altı
milyon tayfanın içindә bir dәnә qәzet ola, vә o qәzetin dә min-sәkkiz yüz müştәrisi ola, o tayfadan heç bir
yaxşı şey gözlәmәk olmaz, a molla!"
Bu sözlәr mәni çox yandırdı, tez götürüb cavabında yazdım ki, nә olsun, biz müsәlmanlar belәyik, amma siz firәnglәrin dә yediklәri hәmişә qurbağa ilә tısbağadır!...