DOST
Kağızı qabağıma qoyub vә
qәlәmi әlimә götürüb yazı yazmaq
istәyirdim ki, әhbablardan bir nәfәri
içәri daxil, olub, dedi ki, әl saxla.
D e d i m:
-- Nә var?
D e d i:
-- Sözüm var.
Qәlәmi yerә qoyub, özümü
hazırladım ki, qulaq asam.
Әhbab
başladı:
--Bir
şәxs var,
müsәlmandır.
Mәn ona
çox hörmәt edәrdim,
hәr yerdә tәriflәrdim. Onun üstündә xalqla mübahisәyә girişәrdim, ona pis deyәnlәrә acığım tutardı. Bundan, әlavә özünә cürbәcür yaxşılıqlar edәrdim, pul qazanmaq
üçün yol açardım. Xalq әlli manat qazananda ona
yüz-yüz qazandırardım. Borcundan keçәrdim. Hәr bir tәvәqqәsinә hәvәslә әmәl edәrdim: Sözünü yerә salmazdım. O zamanda fikrim
vardı ki, onu daha da irәli çәkib,
artıq şöhrәtә mindirәm. Amma....
Dedim:
-- Bәli, ortaya ki, "amma" lәfzi gәldi, işlәr xarabdır. Bu saat cәmi işlәri korlayan da hәmin bu "amma"dır. Әhbabım bir ah çәkib, bikef oldu vә dedi:
-- Amma
heyflәr olsun ki,
çıraq söndü....
D e d i m:
-- Allah rәhmәt elәsin.
D e d i:
-- Kimә?
D e d i m:
-- Deyirsәn ki, çıraq
söndü, yәni
o tәriflәdiyin vә şöhrәt altına mindirmәk istәdiyin adam mәrhum oldu. Düzmü anlamışam?
D e d i:
-- Xeyr,
çıraq söndü! Heç bilirsәnmi ki, hansı
çırağı deyirәm?!
D e d i m:
-- Bilirәm.
D e d i:
--
Hansını deyirәm?
D e d i m:
-- Verxni
priyutski küçәdә 23
nömrәli evin
qabağında vә dalanındakı çırağı deyirsәn ki, xozeyini deyir: "pulu vermәdiyinә görә çıraqlar sönür".
D e d i:
-- Yox, mәn qәlbin çırağını deyirәm.
Әhbab
gördü ki, mәn başa düşmәdim. Ona görә dedi;
-- Qulaq
as. Çırağı söndürmәk istәyәndә onun xodunu çәkirsәn, çırağın şölәsi azalıb, titrәmәyә başlayır. Titrәyir, titrәyir, axırda bir balaca
"Püf!" elәyәn kimi hәmin dәm sönür. İndi bu tәriflәdiyim, xatirin istәdiyim adamdan bәzi hәrәkәtlәr sadir olmuşdu ki, ürәyimi sındırıb, qәlbim
çırağının xodunu aşağı çәkmişdi. Şölәsi titrәyә-titrәyә qalıb, bir "püf"ә mәәttәl idi ki, sönsün. Bu adamdan
axırda bir çirkin hәrәkәt dәxi baş verdi ki, bu hәrәkәt bir "püf" olub, qәlb
çırağımı söndürdü. Qәlb çırağı da
özün bilirsәn ki, bu adi çıraqlar kimi deyil ki, söndürәndәn sonra yandırmaq da mümkün
olsun. Bu iş mәnә
çox ağır gәlir. Öz-özümә deyirәm ki, ey şәxs, mәn sәnә bu qәdәr yaxşılıq, hörmәt vә izzәt göstәrdiyim halda, sәnin insafın vә vicdanın vә başındakı
ağlın nә sayaq razı oldu ki, sәn mәnә haqsızlıq vә pislik etdin, vә mәnim ürәyimi sındırıb, qәlb
çırağımı söndürdün? Etibar pәrdәsini aradan götürdün?! Mәn sәnә inanırdım, sәn mәni aldatdın.... İndi, ay Filankәs, mәn bu adama nә pislik edim ki, ürәyim soyusun, bu işin
ağırlığı üstümdәn götürülsün vә bir kәlmә, ürәyimdәn tikan çıxsın?
Gördüm
ki, bu iş әhbabıma
çox әsәr edibdir. Әlbәttә, nәmәkbәharamlıq, nankorluq,
naşükürlük ki, bizim aramızda az tapılan
şeylәrdәn deyildir, hәr bir kәsә fәna tәsir edib, xatirşikәstliyә sәbәb olur. Yaxşı fikir elәdim vә dedim ki:
-- Deyәrәm, amma qorxuram ki, bacarmayasan.
D e d i:
-- Qorxma
de, bacararam. D e d i m:
-- Sәn deyirsәn ki, nә pislik elәyim ki, ürәyim soyusun?
D e d i:
-- Bәli!
D e d i m:
--
Heç nә elәmә.
D e d i:
-- Niyә heç nә elәmәyim? Bәs nә olsun? D e d i m:
--
Heç nә elәmә.
D e d i:
-- Axı
bu nә
sözdür? Mәn sәndәn әlac soruşuram, sәn dә mәnә deyirsәn ki, "heç nә elәmә"! Mәn sәni bir ağıllı adam bilib,
yanına gәlmişәm....
D e d i m:
--
Heç nә elәmә.
Gördüm
ki, әhbabımın
övqatı tәlx
oldu. Sözümü başa düşmәdi vә elә bildi ki, mәn onunla zarafat edirәm. Dedim:
-- Qulaq
as, başa düş: sәn deyirsәn
ki, o şәxsә hörmәt edirdin?
-- Bәli.
-- Etibar
göstәrirdin?
-- Bәli.
-- Tәriflәyirdin?
-- Bәli.
-- Pul qazandırırdın?
-- Bәli.
--
İndi heç nә elәmә. Başa
düşdünmü?
..............................................................
Әhbabımın
qaşqabaqlı üzü yavaş-yavaş
açılmağa başladı. Axırda güldü. Dedi
ki, "başa düşdüm". Doğru deyirsәn, hәqiqәt, onun üçün bundan artıq
pislik ola bilmәz
ki, daha heç nә elәmәyim.
D e d i m:
-- Bәli. O şәxs layiq olduğu tәnbehә giriftar olub, axırda Sәdi әleyhirrәhmәnin bu şerini oxumağa mәcbur olar:
Tәmәhra nә bayәd ki, çәndan koni,
Ki, sahibkәram pa peşiman koni.
Әhbabım xoşhal olub durdu getdi, amma mәnim vaxtımı alıb qoymadı ki, yazımı yazam.