FÜZULİYӘ NӘZİRӘ
Belә rәvayәt edirlәr ki, Hindistanda
bir biyaban var, dәrvişlәr o biyabana gedib dәyirmi bir
cızıq çәkirlәr vә tamam 40 gün orada
qalıb, axırda bilici olurlar. Amma deyirlәr ki, hәrgah
bir dәrviş 40 günün içindә bu dәyirmi
cızıqdan ayaq kәnara qoysa, haman dәm onun
üstünә şirlәr, pәlәnglәr,
әcdahalar tökülüb parça-parça
edәrlәr.
İndi bizim dumanın üzvlәri dә
gedib, Peterburqda Tavriçeski saraya girib arxayındırlar ki,
heç bir "şir", "pәlәng",
"әcdaha", yәni qaradavoy-filan onlara bir çırtma
da vura bilmәz. Amma di hünәrlәri var, oradan
çıxıb dağılsınlar! Deyirәm ki,
Purişkeviç vә yoldaşlarından savayı birini
dә yerdә qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi
pasxa bayramını bәhanә edib, hökumәt onlara
deyir ki, ay balam, ta bәsdir danışdırınız,
yorulubsuz, bayram gәlir, gedin bir az gәzin, sonra yenә
qayıdıb gәlәrsiniz. Onlar da hökumәtin
bicliyini duyub, deyirlәr ki, lotu, öz aramızdır, amma
bizi tutub voyenni polevoy suda verәrsәn! Qәrәz,
mәzәli işdir.
* *
* *
*
Amma bundan mәzәli iş olmaz ki,
görürsәn, birdәn bir millәt xaini durub
özünü millәtә xahan hesab edir, bәzi vaxt,
hәlә desәn, cәmi alәmi-islam tәrәfindәn
dә qazılıq edir. Mәsәlәn, cәmi
ağıllı adamlara mәlumdur ki, Osmanlı
hökumәti türk millәtinin vә
alәmi-islamın evini xaraba qoyub, külünü
göyә sovurubdur vә hәr kәs bunlara
tәrәfdar olsa, o da bütün türk millәtinә
vә alәmi-islama xaindir vә hәr kәs bu xainә
tәrәfdar olsa, da xaindir. İndi onu deyirәm ki,
mәzәli burasıdır ki, bu gün mәsәlәn,
bir canıyanan durub, mәsәlәn, Osmanlı
hökumәtinin pisliyindәn danışıb, yazıq
millәtin dәrdinә ağladıqda,
görürsәn ki, haman o xaini-millәtlәr
yerbәyerdәn baş qalxızıb, Osmanlı
hökumәtini tәrif vә müdafiә edirlәr
vә öz alәmlәrindә guya millәtә vә
alәmi-islama yaxşılıq edirlәr. Halbuki
hәqiqәtdә bayquş kimi ulayırlar vә bu
viranә qoyulmuş yeri bir dә tәzәdәn viran
etmәk istәyirlәr....
* *
* * *
Bizim bayquşlar bizim yerlәri viran etmәk
istәdiyi kimi, rus bayquşları da dumanı
dağıdıb, Rusiyanı viran etmәk istәyirlәr.
Bizim xaini-millәtlәr Osmanlı hökumәtini
tәriflәyәn kimi, rus xaini-millәtlәri dә
Rusiya hökumәtini tәrif edirlәr. Belә ki,
Rusiyadan gәlәn adamlar xәbәr verirlәr ki,
baş vәzir Stolıpin gündüz axşamadәk teleqram
almaqdan lap tәngә gәlibdir. Bu teleqramları
göndәrәn xainlәr vә bayquşlar yazıq
vәziri tutubdular ki, bu saat dumanı qovub dağıdasan.
İndi vәzir dә qalıb belә, bilmir nә
qayırsın, qovsun-qovmasın. Bir dәli şeytan deyir ki,
qov! O biri ağıllı şeytan da deyir ki, qovma! Stolıpin
özü dә çox bikef olub hәrdәnbir
Füzulinin bu şerini oxuyur:
Ah, kim bir dәm fәlәk rәyimcә
dövran etmәdi!
Yerli-dibli
uçurub bu dumu viran etmәdi!