"MİLLӘT GERİDӘ QALDI"
Mәn and içәrәm ki, bizim
millәtin doğrudan da geridә qalmağına bir
sәbәb dә haman bu "millәt geridә
qaldı" sözüdür ki, daha gündә onlara qulaq
asmaqdan tәngə gәlmişik. Görürsәn iki
qәrib müsәlman bir şәhәrdә
görüşürlәr. Birisinin dә әlindә
qәzet var. Haman saat başlayırlar ki, "millәt
geridә qaldı", bizi xabiqәflәt basdı, vay
halımıza vahәsrәta vә sair. Bu cürә
boş vә bimәna sözlәr ki, içindә bir
qәpiklik mәnfәәt yox, savayinki ürәk
bulanması vә bir dә baş ağrısı. Bu
cürә kiflәnmiş vә
çürümüş sözlәri hamıdan çox
deyәn içimizdә bir sinif adamlardır ki, onların
müsәlman millәtinә olan zәrәri
nәflәrindәn çoxdur vә millәtin
geridә qalmağına sәbәb mәhz onlardır.
Hәqiqәtdә geridә qalmaqla irәli getmәyin
nәdәn ibarәt olduğunu bilmәyәn bu
adamların heç mәslәki, әqidәsi olmur
vә hәrçәnd hürriyyәt vә
әdalәtdәn dәm vururlar, amma onların da
nәmәnә şey olduğunu başa
düşmәyib, hәr bir әmәllәrindә
dә tәrsinә iş görürlәr. İki zidd
mәslәkli qәzeti ki, bunun biri camaatın
әxlaqını pozub tәrәqqisinә mane ola vә
o biri dә camaat üçün tәrәqqi yolu
aça, bunlar bir-birindәn seçә bilmәzlәr,
mәhz bir "xәtir" üçün ya o
qәzetә vә ya bu qәzetә tәrәfdar
olarlar.
Camaata elan edirәm ki, bu cürә adamlardan bacardıqca uzaq olub, bir dә onlar "millәt geridә qaldı" dedikdә sözlәrinә qulaq asmasınlar.