TÜRKİYӘDӘ "AZADLIQ"
Amma raviyani-әxbar vә naqilani-asar vә
tutiyani-şәkkәrşikәn, şirin köftar
belә rәvayәt elәyirlәr ki,
sayeyi-mәrhәmәti Әbdülhәmidisanidә
Osmanlı mәmlәkәti-pürsәadәtinin
"tәrәqqi vә tәalisi" hәr bir
cәhәtcә ilbәil, günbәgün, saatbasaat
artmaqda olub, bütün alәmi-bәşәri
müstәğrәqi-bәhri heyrәt ediyor!
Tәrәfi-hümayundan lütf әta
qılınmış "hürriyyәt"
sayәsindә mәmlәkәtin
"mәdәniyyәti-tamә" vә
mәrifәti-amәsi xüsusunda görüb
eşidәnlәr and içirlәr ki ... daha nә bilim,
nә tәhәr!!!.
"Hürriyyәtә"i-şәxsiyyә
sayәsindә mәmlәkәtdә
gәliş-gediş, übur-mürur, xüruc-düxul,
apar-gәtir, hәbsә sal, başını kәs,
boğazın üz, çarmıxa çәk, daşa
çәk, filan elә, bәhmәn elә, getdikcә
tәrәqqi edir, çoxalır vә getdicә artıb
başdan aşmağa qәdәm qoymaqdadır.
"Hürriyyәti-mәtbuat" sayәsindә
cürbәcürә әrizәlәr, danoslar,
mәxfi hökmlәr, gizli әmrnamәlәr,
xәlvәt kağızlar, pünhan fәrmanlar
mәmuruni-qәyurun әllәrindә fır-fır
fırlanmaqdadır.
"Hürriyyәti-ictima, vә ittifaq
sayәsindә, hәtta, itlәr, köpәklәr
vә hamısından çox cәsuslar, xәfiyyәlәr,
şipionlar, şeytanlar "dәrsi-sәadәt"
darülxilafә adlanan İstambulun
küçәsindә, bazarında, küncündә,
tinindә, döngәsindә, rahında,
güzәrgahında, dalında, qabağında,
meydanında, içindә, çölündә,
yuxarısında, aşağısında, daxilindә,
xaricindә, әndәrununda, birununda, sәf-sәf olub,
ayaq altında pilәsәk vururlar. O sәbәbdәndir
ki, hәzrәtlәri mәmlәkәtin bu
günә tәrәqqi vә tәalisini görüb,
fikir edibdir ki, mәbada әcnәbi müsәlmanlar bu
"tәrәqqi"dәn xәbәrdar olub, bizә
"meşat" elәyәlәr. Ona görә
bütün tacirlәri, sәnәtçilәri,
işçilәri, kitabçıları, qәrәz,
hәr bir sövdәgәri nәzdi-humayuna
çağırıb buyurubdur ki, olmaya-olmaya ki, әcnәbi
müsәlman qәzetlәrindә elan-filan
yazdırasınız ki, İstambulda filan şey
satılır vә illa, çap etsәniz, sizin
hamınızı tutub sәrazir, qәri-zәmin
edәrәm (yәni yerә soxaram).
Ona görә bizә İstambuldan yazırlar: Müdiri-möhtәrәm, sәn olasan, sәni yaradan, bizim filan elanı qәzetinizdәn çıxarıb, mәnim canımı qurtarasınız. Cәhәnnәm, qoy, mәnim ticarәtim kasad olsun, tәki başım bәdәnimdә baqi qalsın! Cәhәnnәm, qoy, mәnim malım intişar tapmasın, tәki üzüm hәbsxana görmәsin! Cәhәnnәm, qoy, mәtaım satılmayıb qalsın, tәki xәfiyyәlәr mәni didә nә didәnә salmasınlar! Cәhәnnәm! Cәhәnnәm! Cәhәnnәm!