YETİMXANA
Cәmiyyәti-xeyriyyәmizin
yetimxanasında işlәrimiz kamali-qayda ilә
getmәkdәdir. Qәdim zurnaçalanların
xoşlarına gәlmәyәn oxumuş vә ziyalı
xanımlarımız yetim-yesirlәrә baxmaq kimi arvada
mәxsus işlәri bu işlәrdә
sәriştәsi olmayan kişilәrin әlindәn
alıb özlәri qayda üzrә aparmaqdadırlar.
Bu saat cәmiyyәti-xeyriyyәmizdә
kişi işini kişi elәyir, arvad işini dә arvad.
Camaat da bәqәdri-mәqdur ianәlәr ilә
cәmiyyәtә kömәk etmәkdәdir.
Bunda sözüm yoxdur.
Bu gün cәmiyyәti-xeyriyyә
üzvlәrindәn bir nәfәr çox
çalışqan әfәndi ilә söhbәtimiz
oldu. Haman әfәndi cәmiyyәtimizin yetimxanasına
dair bir mәslәhәt tökdü ki, mәnim ağlıma
batdı. Әfәndi dedi ki:
-- Yetimxanalarımızda altmışa
qәdәr balaca yetim vardır ki, hal-hazırda
tәrbiyә olunmaqdadırlar. Bunlardan әlavә
beş-altı nәfәr arvad, bir o qәdәr
yetişmiş qız vә bir o qәdәr dә
yetişmiş oğlan xeylağı vardır. Xırda yetim
balalardan dәrs oxumaq zamanı yetişәnlәri
cürbәcür mәktәblәrә qoymaq vә
oğlulluğa, qızlığa götürmәk
istәyәn adamlara vermәk lazımdır ki,
tәrbiyәlәrinә dә
özlәri baxsınlar.
Bәs, dәrs vaxtları ötmüş
qızları vә oğlanları vә yekә-yekә
arvadları nә edәk? Mәqsәd o deyil ki, bunlar
ömürlәri olanı cәmiyyәti-xeyriyyәdә
yeyib-yatsınlar. Bunları işә qoymaq lazımdır.
İş dә bu cürә ola bilәr. Arvad vә
qızlar üçün: etibarlı adamların evindә
qulluğa girmәk, әrә getmәk, ev-eşik sahibi
olmaq.
Oğlanlar üçün:
mәdәnlәrdә, zavodlarda, fabriklәrdә
cürbәcür qulluqlara girmәk vә axırda bir
sәnәt sahibi olmaq. Әlbәttә, bu işlәrin
hamısı da gәrәk cәmiyyәtin әli
ilә olsun. Belә olan surәtdә cәmiyyәtin
yetimlәri saxlamaq himmәti daha da artıb, daha da uca olar.
Bu söhbәt mәnim ağlıma batdı. Hәqiqәtdә dә belә olmalıdır. Ata-ana öz övladının gәlәcәyi xüsusunda fikirlәr çәkib, tәdbirlәr gördüyü kimi, bu yetim-yesirlәrә dә ata-ana olmuş cәmiyyәti-xeyriyyәmiz bunları saxlamaqla bәrabәr, gәlәcәklәri barәsindә fikir etmәlidir.