"Quyruqlu ulduz"

 

 

 

 

(2 pәrdәli komediya. Yaxud "Revizoru"u yamsılamaq) Әvvәlinci mәclisdәki әfrad әhli-mәclis.

 

1) H a c ı Q ә m i ş -- tacirdir.

 

2) C a h i l o ğ l u Q a t i l-- işi mәlum deyildir.

 

3) Ş ә r m i s a r b ә y -- bәydir.

 

Pәrdә qalxır

 

Ş ә r m i s a r b ә y (әlindә rus qәzeti). Hәzәrat, sizi buraya çağırmaqda mәqsәdim sizә bir pis xәbәr vermәkdir.

 

H a c ı Q ә m i ş (kәnara). Pis xәbәr verәn, evin yıxılsın!

 

C a h i l o ğ l u Q a t i l. Nә pis xәbәrdir!

  

Ş ә r m i s a r b ә y. Göydә quyruqlu ulduz görünübdür. Budur qәzetdә yazıbdır. Haman bu ulduz bir neçә aydan sonra yerә düşüb, hәr nә günahkar adam var, hamısını quyruğu ilә yandıracaqdır.

 

H a c ı vә Q a t i l (bir yerdә). Bәh, bәh!... Bunu bizә neyçün deyirsәn?

 

Ş ә r m i s a r  b ә y. Bәs kimә deyim?

 

H a c ı vә Q a t i l. O adama söylә ki, günah sahibidir, biz ki, әlhәmdülillah müsәlmanıq.

  

Ş ә r m i s a r b ә y (özü dә şad olur) Әlbәttә, mәn özüm dә müsәlmanam vә o ulduzun nә quyruğundan vә nә başından qorxuram. Ancaq bunu sizә demәkdәn mәqsәdim yenә dә, hәrhalda xәbәrdarlıqdır ki, bәli, o vaxt ulduz yerә düşәndә vahimә etmәyәsiniz.

 

H ac ı  Q ә m i ş . Ancaq mәn bilmirәm ki, o ulduzun göydә durduğu halda yerdә nә işi var?

 

Q a t i l. Necә? Yoxsa öz müsәlmanlığından arxayın deyilsәn?

 

H a c ı. Arxayın olmasaydım, mәn dә sәnin kimi hәccә getmәzdim! Ulduzun yerә düşmәsinin o tәrәfi xoşagәlәn deyil ki, yerdә olan günahkarları yandırıb müştәrilәrimizi azaldacaqdır....

  

Ş ә r m i s a r b ә y. Bax, Hacı sәn deyirsәn ki, arxayın olmasaydım, hәccә getmәzdim. Sәnin bu sözün, bağışla, ancaq mәni bir qәdәr şәkkә salır. Çünki mәn, mәn Şәrmisar bәy öz müsәlmanlığımdan arxayınam ki, hәccә getmirәm!

 

Q a t i l. Әlbәttә! Mәn özüm dә o cürәyәm! Mәn öz müsәlmanlığımdan arxayın olmasaydım, başlardım hәccә getmәyә, ehsan vәrmәyә, qurban kәsmәyә....

  

H a c ı. Şәrmisar bәy, mәgәr sәn öz müsәlmanlığından arxayınsan?

 

Ş ә r m i s a r b ә y. Arxayınam!

 

H a c ı. Bәs nә tövr arxayınsan ki, әlinә qazut alıb oxuyursan, halbuki haman qazutu çıxardan kafirlәrdir vә o kafirlәrdir ki, quyruqlu ulduz gәlib onları yandıracaqdır.

 

Q a t i l. Doğru deyir!

 

Ş ә r m i s a r b ә y. Ha, ha, ha, ha!... Bәs, Hacı, sәn burdan Mәskova gedәndә nә üçün vaqona minirsәn? Mәgәr bilmirsәn ki, vaqonu çıxardanlar da kafirlәrdir?

 

Q a t i l. Bu da doğru deyir!

 

H a c ı. Mәnim әlacım olsa, vaqona minmәrәm. Amma sәn nәinki qazut oxuyursan, hәlә hәtta çaxır da içirsәn!

 

Q a t i l. Bu da yalan demir! Sәn çaxır içirsәn!

 

Ş ә r m i s a r b ә y. Doğrudur, mәn çaxır içirәm vә günah elәyirәm, amma bәzi vaxt olur ki, ayıq da oluram. Bundan әlavә, nә sәnin kimi, hacı dörd arşında arşınyarım kәf gedib, puluma haram qatmıram, nә dә sәnin kimi cәllad olub xalqın başını kәsmirәm.

   

H a c ı. Doğrudan, birdәn olur ki, arşında sәhv düşür, çünki ölçüdә adam karıxa bilәr. Amma sәn onu de ki, hәr cümә axşamı oruc tuturam vә bir tәlәbә gәtirib qarnını doydururam, amma sәn qumar da oynayırsan.

 

Q a t i l -- Doğrudur, mәn az adam öldürmәmişәm. Bunu da hәr kәs bilir vә polisiyaya da yәqindir, amma sәn orasını da de ki, ömrüm olanı bir dәfә dә üzümә ülgüc dәymәyibdir. Hәddi-büluğa yetәndәn bәri bir kәrә dә olsun ajaq üstә bövl elәmәmişәm! Amma sәn çaxır içirsәn, qumar oynayırsan, üzünü qırxdırırsan vә üzdәn iraq, saldat kimi dә ayaq üstә divarın dibini gözlәyirsәn.

 

H a c ı -- Hәlә tәharәt almağından da şәkkim vardır!

  

Ş ә r m i s a r b ә y. Mәn hәr nә elәyirәm öz nәfsimә elәyirәm. Amma siz xalqın evini yıxırsınız! Mәnim ömrümdә әlimdәn tәk bircә danә xәta çıxıbdır ki, bir gün keflәnib butulka ilә Sәrkis bәyin başını yarmışam vә ayılandan sonra da çox peşiman olub, ondan "izvineniya istәmişәm. Amma siz.... Ux, allah heç kafir bәndәsini dә sizә rast elәmәsin, yamanca ev yıxansınız.

  

H a c ı. Bәs sәn özün qumar oynayıb, xalqın pulunu udub evini yıxmırsan?

 

Ş ә r m i s a r  b ә y. O mәni udmasın, mәn dә onu udmayım!

  

Q a t i l . Әcәb! Onda o mәni öldürmәk üçün gizlәnmәsin, mәn dә onu öldürmәyim!

  

H a c ı. Vallah, o adama ki, mәn sәhvәn arşında ona kәf gedirәm ha ... hәrgah onu buraxsan, o saat mәnim dükanımı yarar. Mәn bilirәm bu camaatı!

  

Ş ә r m i s a r b ә y. Qәrәz, adam gәrәk insaflı olsun. Әgәr mәn günahkaramsa, sәn dә günahkarsan, o da günahkardır. O biri dә günahkardır.... Dünyada günahsız adam yox dur.

 

H a c ı. Bәs, günahı da savab yuyar! Odur mәn bir günah buraxıramsa da iki savab edirәm. Çox vaxt üç rükәt axşam namazı әvәzinә mәn qәsdәn dörd rükәt qılıram ki, biri dә artıq olsun. İndi o artıq rükәtin savabı bir köpükdәn hesab olunsa, gör onun pulu hara vurar?

 

Q a t i l. Әşi, vallah, öldürdüklәrim adamların hamısının qanı mәnim üçün dәryaca günah olsa da, bir adam öldürmüşәm ki, onun savabı hamısını yuyub aparar.

 

Mәlun oğlu Qara Vәlini deyirәm ey, deyirlәr istәyirmiş babi olsun!

  

Ş ә r m i s a r b ә y. Canım, günah elәmәk bir günah, günahı da danmaq iki günah. Hamısından yaxşısı budur ki, şәk-şübhәdә vә qorxuda qalınca, duraq burdan gedәk axundun yanına, öz әhvalatımızı ona söylәyәk vә hәr nә lazımdır, ona verәk, baxsın, görsün hәrgah günahımız savabımızdan çoxdursa, o halda bundan sonra başlayaq ulduz yerә düşәnә qәdәr ibadәtә mәşğul olaq. Elә ki, ulduz gәlib bizdәn ötdü getdi, yenә dә öz işimizdә davam edәrik.

  

H a c ı vә Q a t i l. Çox әcәb, artıq danışmaq nә lazım, gedәk axundun yanına.

 

(Çıxıb gedirlәr)

         

P ә r d ә İkinci mәclis gәlәn sәfәr.