MÜSӘLMANLARIN HALI
Hökumәt qapısında
-- Kәrbәlayı Bәdәl,
görә bildin?
-- Görә bildim.
-- Nә dedi?
Dedi:
"Zavtra"!
Ağalar
qapısında
-- Mәşәdi Fәrәcullah, ağa evdә idi?
-- Bәli, evdә idi.
-- Sәni gördü, nә dedi?
-- İki dәfә üzümә
tüpürdü, bir dәfә dә atamın goruna
söydü.
İntelligent qapısında
-- Mahmud әmi, razı oldumu?
-- Balam, yox!
-- Nә üçün?
-- Dedi, beş yüz manat ver, yazım.
Dövlәtli qapısında
-- Kәrbәlayı Müseyyib,
getmişdin?
-- Hә, getmişdim.
-- Görә bildin?
-- Balam, yox. Sәhәr yatmışdı,
günorta çörәk yeyirdi,
axşam da evdә yox idi.