MÜSӘLMAN KӘNDLİSİNİN SİYASİ SÖHBӘTİ

 

 

 

 

-- Atamoğlan әmi!  İndi sәn bizim içimizdә ağıllı adamsan, dayna! Özün dә pristav qabağında söz danışansan. Şәhәrә-zadә da çox-çox gedib gәlirsәn. Bircә de görüm

dünyada vәzir böyükdür, yoxsa vәkil?

 

-- Әlbәttә, vәzir böyükdür!

 

-- Yaxşı, indi sözgәlişi, bu gün vәzir istәsә, sәn bilirsәn dayna, vәkili tutub qazamata sala bilәrmi?

 

-- Salar!

 

-- Vәkil dә, sözgәlişi, istәsә goburnatı salar, elә deyilmi?

 

-- Bәli!

 

-- Koburnat da demәli, nәçәlniyi salar?

 

-- Bәli!

 

-- Nәçәlnik dә pristavı salar?

 

-- Bәli!

 

-- Pristav da yüzbaşını salar? --            Bәli!

 

-- Yüzbaşı da, demәli, bizi salar?

 

-- Bәli!

 

-- Yaxşı, indi sözgәlişi, bu gün vәzir istәsә, sәn vәkildәn tutmuş bizә kimi cәmi camaatı tutub qazamata salar da!

 

-- Salmağına salar, amma qazamatda bir elә yer olmaz.

 

-- Buy, hә. Doğrudan, bizim hümmәt kişi dә deyirdi ki, qazamatın içi çox dardır. Sibirdә dә o qәdәr adam var ki, elә bil qarışqa qoşunudur....