"MOLLA NӘSRӘDDİN"
Dövlәt dumasını bağladılar.
"Molla Nәsrәddin" curnalını
da bağladılar.
Dövlәt dumasını bağlayan
hökumәt oldu.
"Molla
Nәsrәddin"i dә bağlayan hökumәt oldu.
Ancaq tәfavüt burasındadır
ki, Dövlәt
dumasını bağladılar padşah әmri ilә, amma "Molla Nәsrәddin" curnalını danos ilә!!!.
Bәli, alimi-mәşhur olan qәdim Molla Nәsrәddin dәxi müstәbid vә müstәbidlәr xadimlәri haqq vә hәqqaniyyәti üstündә sevmәyib, o qәdәr incitdilәr ki, yazıq axırda
özünü dәliliyә
vurdu....
"Molla
Nәsrәddin"in bir o qәdәr "siyasi töhmәti" yox idi ki, hökumәt әhlinin xatirinә dәyә vә onu da "müzürr mәslәkinә görә" bağlaya idi. Xeyr! "Molla Nәsrәddin"in rus hökumәti ilә bir o qәdәr işi yox idi, bәlkә onun işi bizim öz hökumәtimizlә idi. Yәni "Molla Nәsrәddin" haqq söz
danışırdı.
Vә haqq vә hәqiqәt acı olduğuna görә, bizim hәmişә "şirni" yemәyә öyrәnmiş hökumәtimizin xoşuna gәlmәdi vә
gәlmәyәn surәtdә "hökumәt" hökumәtә danos verib, haqq vә
hәqiqәt ağzını yumdurdu....
Lakin
yumdura bildimi?
Bu özgә mәsәlәdir. Bunu get camaatdan xәbәr al, desin!