O, HEÇ!
Deyirlәr ki, "Müsadimeyi-әfkardan
bariqeyi-hәqiqәt doğar." Yәni göydә
buludların bir-birinә toqquşmasından ildırım
әmәlә gәlәn kimi, yerdә dә
fikirlәrin bir-birinә toqquşmasından hәqiqәt
ildırımı doğar.
Doğrudan
da, belәdir ki,
var.
Mәsәlәn, iki nәfәr әdib bir şer üstündә mübahisә edirlәr. Fikirlәr bir-birinә toqquşur, müsadimә olur. Bir dә görürsәn ki, "bariqeyi-hәqiqәt" doğdu, mәlum oldu ki, әdibin birisinin "altı
atası varmış". O ki, qaldı şerin
yaxşılığına, ya pisliyinә--o heç!
Bәli, müsadimeyi-әfkardan bariqeyi-hәqiqәt doğarmış.... Әlbәttә, mәsәlәn, cәmiyyәt işlәrindә iki nәfәr başbilәnin fikirlәri bir-birinә toqquşur, mübahisә millәtin irәli getmәyi üstündә düşüb müsadimә olur vә axırda "bariqeyi-hәqiqәt" doğub mәlum olur ki, başbilәnin birinin atası ... imiş, o birinin dә atası ... imiş. O ki,
qaldı millәtin
irәli getmәyi--o heç!
Doğru
deyirlәr ki,
müsadimeyi-әfkardan
bariqeyi-hәqiqәt doğarmış. Bu
cürә
sözә
şübhә
edәnin imanı
kamil deyildir. Әlbәttә, mәsәlәn, iki nәfәr artist oyun xüsusunda mübahisә edirlәr. Biri deyir ki, bu oyunda bu
cürә hәrәkәt lazımdır, o biri deyir ki, yox, o
cürә hәrәkәt lazımdır. Fikirlәr toqquşur, müsadimә olur vә "bariqeyi-hәqiqәt" yerә tökülür. Yox, sәhv elәdim, artistin birinin qanı yerә tökülür.
O ki,
qaldı hәrәkәt mәsәlәsi--o heç!