SUALLAR VӘ SUALLARADA
CAVABLAR
S. Dünyada hamıdan çox
hürriyyәtpәrvәr vә azadlıqsevәn adam
kimdir?
C. Rusiyanın baş vәziri Stolıpin
vә onun yoldaşlarıdır. Çünki bunların
bütün әllәşib-vuruşduqları odur ki,
millәt onların işinә qarışmayıb,
azadә dolanıb bildiklәrini elәmәyә
xәlәl yetirmәsinlәr.
* * *
S. Dünyada
hamıdan az dәrd çәkәn adamlar
kimdir?
C. Zәngәzur acları, çünki
onların hәr biri bir manatın qeydinә qalıb, bir
dәrd çәkirlәr. Amma, mәsәlәn,
Bakı milyonerlәri milyon manatın qeydinә qalıb,
milyon dәrd çәkirlәr.
* * *
S. Dünyada İran
mәmlәkәtlәrinin әn yavuq xeyirxahları
kimdir?
C. İran xanları vә hakimlәri.
Çünki bunlar çox yaxşı bilirdilәr ki,
İran hәmişәki halında qaldığı vaxt
kafir әcnәbilәr gәlib onların vәtәnini
istila edәcәkdilәr. Ona görә bunlar da cəj
elәyirdilәr ki, vәtәni kafir әlinә
vermәkdәnsә, elә hazır özlәricә
soyub, dağıdıb kafirlәri damaq qoysunlar.
* * *
S. Rusiyada hamıdan artıq sair tayfaların
yaxşılığını arzu elәyәn kim idi?
C.
Pobedonossev adında bir urus idi. Amma nә fayda ki, kişi, canınıza
sağlıq, bir neçә gün bundan irәli sağ-salamat durduğu
yerdә vәfat elәdi.... Çünki bu
kişi elә
bilirdi ki, dünyada hamıdan yaxşı adam urusdur. Ona
görә sair
tayfaları da urus edib, "yaxşı adam" olmaqlarına
çalışırdı.
* * *
S.
Dünyada rus hökumәtinin lap bәrk dostu kimdir?
C.
Dövlәt
dumasının "sol" firqәlәri, çünki bunlar әvvәldәn indiyә kimi hökumәt әhlinә deyirlәr ki, Ay balam, ta siz yorulubsunuz, az iş
görün, çıxın gәlin oturun bir yerdә, qoyun qalan işlәri dә biz özümüz görәrik.
* * *
S.
Dünyada hamıdan xoşbәxt hansı tayfadır? C. Yәhudi millәti. Çünki hara getsәlәr, onlar üçün vәtәndir.
S. Nә vaxt adam öz evindә qonaq kimi olur? C. Evini
qaradavoylar obısk elәyәndә!