TELEQRAMLAR
Osmanlıda qanuni-әsasi verildiyi
sәbәbilә müxtәlif yerlәrdәn
İstambula göndәrilәn teleqramlar:
"Әşi, әvvәldәn belә
fikrin var idi, bizi dә qandıraydın, mәclisdi, nә
zәhrimardı dağıtmayaydıq da! İndi nә
olsun? Sәn küçәlәrdә keyfin
istәyәn kimi gәzirsәn, amma mәn
günüqara dustaq kimi qalmışam burda. Bilmirәm
başıma nә çarә qılım."
Mәhәmmәdәli.
"Cavan adamlara tәnbeh etmәk
üçün yaxşı lotularım var;
istәsәniz, özüm dә gәlәrәm."
Mirhaşım Tәbrizi.
"Әgәr xahiş etsәniz, әmr
göndәrәrәm ki, cәmi qanuni-әsası
istәyәn babidir vә hamısını da bir
gündә qırarlar. Mәxfi qalmasın ki, bu
cürә işlәrdә çox ustalaşmışam"
Müctәhid Ağa. Mirhәsәn ağa.
"Mәclisi dağıtmaq
istәsәniz, teleqram vurun, gәlim. Xәrci
sizdәn".
Lyaxov.
"Birdәn bizim padşaha yazarsan ki, o da
qanuni-әsasi versin, ha!... Mәbada elәyәsәn!
Yoxsa, uşağı yoldan çıxararsan".
Әmir Bahadir Cәng.