TӘZӘ LÜĞӘTDӘN
M ә ş r u t ә-- (osmanlıca)
şәrt sözündәn çıxır. Yәni
şәrt qoysunlar ki, hәr kәs xәzinәdәn
nә oğurlayıbsa, dinmәz-söylәmәz
gәtirsin qoysun yerinә.
M ә ş r u t ә-- (iranca) şәrit
sözündәn çıxır. Yәni adamları tutub
şәritdәn assınlar.
M ә ş r u t ә-- (rusca) yәni
şurum-burum.