TELEFONLA SÖHBӘT
-- Salamәleyküm!
-- Әleykümәssәlam, sabahın xeyir
olsun!
-- Sәnin dә gözün aydın olsun.
-- Necә?
-- Axtarıbdılar.
-- Ba, hansını?
-- Hә, hamısını!
-- Çox gözәl, bәs nә
tapıbdılar. Kimi Sibirә
göndәrirlәr? Hansını
boğazından asacaqdılar? Bir tez nağıl
elә görüm, әşi, sәni xeyir xәbәr
olasan!
-- Balam.... Utanıram demәyә, heç zad tapmayıbdılar.
-- Mәn ölüm?
-- Sәn öl!
-- Pәh bu olmadı ki, bәs kimi tutublar?
-- Yenә heç kәsi.... Sonra tutsalar da bir saatdan
sonra
buraxarlar....
-- Yox,
aşna, bu olmadı. Mәn belә
demirdim....
-- Neynәmәk? Bu sәfәr belә
oldu. Allah qoysa, gәlәn sәfәr özgә cürә olar.
-- (Bir az fikirdәn sonra) Mәn
ölüm mәni
tovlamırsan
ki? -- (Tәlәsik).
-- Buy, bu
sәn öl,
arxayın ol, bu nә sözdür, tovlasam, mәn
gәrәk namәrd olam!
-- Xudahafiz!